Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Март » 17 » Səhər, səhər...
15:10
Səhər, səhər...
Sovet dönəmində tez-tez "Səhər, səhər” mahnısını verərdilər. Səhf etmirəmsə Zeynəb Xanlarova oxuyardı. Gözəl zamana idi, 8 saat işləyib, gəlirdin evə, qohum-əqrabaya da baş çəkməyə vaxt qalırdı. Cammat aldığı maaş ilə dolana bilirdi, hələm bir "əmanət kassalarına” pul da qoyurdular...

Pulumu verin...

20 il idi ki, əhali, "Bəxtiyar” kinosundakı kontrabas çalan kişi kimi "pulumu verin” deyərək, dad edirdi. Sağ olsun dövlət başçısı, axır ki, camaatın səsini eşitdi, "gec oldu, güc oldu”! Bizim də o əmanət bankında min manat civarında pulumuz "yatır”. Indi, qulaqlara qurğuşun, deyirlər ki, 2000 manatacan olan əmanətlərə 300 manat verəcəklər. nəyi pisdir ki? 30 kilo ət edire... Desəm ki, mən ayda-ildə bir dəfə ət alıram, inanmazsız. İndi mən o pulu alan kimi qaçacam bazara, o vaxtacan ətin qiyməti qalxmasa, (pensiyalar 4 manat qalxan kimi bütün ərzaqlar 10-15 faiz "qalxırlar”) 30 kilo ət alıb, yığacam soyuducuya, xımır-xımır yeyəcəm. Nəyi pisdir ki? Birdən dövlət başçısı bu əhalinin səsini eşitməyib, o "batan pulu” Xəzərin dibindən neft ilə bir yerdə çıxartmasaydı, nə dəyişəcəkdi ki? Heç nə, 20 il dözən millət bir 120 il də dözərdi, bütün varislər "pulumuzu verin” deyə-deyə o dünaya köç edəndən sonra, o pul artıq heç kəsə lazım olmayacaqdı. Amma indi.. Düzdür, əmanətçilərin bir qismi o pulu görmədilər, amma zato övladları görəcək. Bir şeyə heyfslənirəm, kaş prezident millətin səsini bir 6-7 il bundan qabaq eşidərdi, onda 300 manata 70-80 kilo ət almaq olardı. Amma yenə də, şükür allaha ki, pulumuz qayıtdı, mənim isə bir vətəndaş olaraq iki arzum var. Birincisi: Xuda səni istəyənlərin ömründən kəsib sənə versin, nöşüm ki, bunu onlar özləri istəyirlər. səmimi olub, olmadıqlarını bilmirəm, amma "sifarişli” olduğu uşağa da aydındır....

İndi səhərdən-axşamacan AzTV və onun filialları olan bütün Azərbaycan TV kanalları bir neçə həftə (bəlkə də bir neşə ay) xüsusi "məddahlar ordusu” ilə qulağımızı dəng edəcəklər ki, (Qərar oxunandan 40 dəqiqə sonra  "Xəzər TV” əməli fəaliyyətə başladı) "bu əsl atalıq qayğısıdır”, indi bu bədbəxtlərə deyən tapılmır ki, bu dövlətin vətəndaşlarının əksəriyyəti yetimdir...

İkinci arzum isə budur ki,Xuda səni istəməyənlərin isə ömrünü birdəfəlik kəssin, nöşün ki, bunlarda bir himə bəndmiş kimi başlayacaqlar "gic-gic” danışmağa ki, bəs neft pullarını basıb, yeyirlər, korrupsiya baş alıb gedir, ay nə bilim filankəsə Dubayda villa alıb, filan ölkədə kilsə tikir, filan yerdə senaqoq tikir, ay nə bilim mərmər küçələri betonlatdırırlar, təzədən mərmər üzlük çəkirlər və bu kimi "əsassız” və "boş-boş” sözlərlə zəhləmizi tökməyə. Bunlara deyən də yoxdur ki, "a bala, sənin nə borcuna? Lap belə əcəb edir, ə sən onun yerinə olsan, neftdən gələn bu boyda pulu görsən, zirzəmindəki krısaların üçün Kanadada xüsusi sort buğda yetişdirtdirərsən e...” Deyəsən bir az mövzudan yayındım. Ümumiyyətlə mövzu nə idi? Alacağım o 30 kilo ət heç gözümün qabağından getmir ki, getmir...

Birdəfəlik Sosial Yardım...


Vallah bu dövlətdə ancaq dahilər işləyir. O gün telequtuda kanallardan birində xəbərlərə baxırdım, (əksər vətəndaşlarımız bizim telekanallara baxmırlar, hərəsi bir nimçə alıb, tuşlayıblar osmona, xaricə baxırlar, ona görə də xəbərlərdən xəbərləri olmur, bizdən xəbərlərin qısa xülasəsini tələb edirlər) Sosial-Müdafiə Naziri çıxıb deyir ki, bəs biz daha ünvanlı sosial yardımı ləğv edəcəyik, birdəfəlik yardım verəcəyik. Yəni ki, mənə 10 min manat pul lazımdırsa, gəlirəm "sosialistlərin” idarəsinə, deyirəm ki, "qardaş, mən filan iş görəcəm, mənə 20 min pul lazımdır”, təbii ki, onlar mənim heç bir iş görməyəcəyimi bildikləri üçün "yox” cavabını verəcəklər, sonra təzədən deyəcəm ki, "əslində mənə 20 min yox, 10 min lazımdır, amma 10 minə görə 20 minə imza ata bilərəm”. Bu "sosialistlər” arif adam olurlar, dərhal məni başa düşəcəklər, 3-4 günə "lazım olan kağız-kuğuz” yığılar, 20 min yazılacaq, məndə 20 minə imza atıb, 10 minimi alıb, mürəxxəs olacam. Etibarlı, sadə və keyfiyyətli! İnanmırsız? İndi bir olmuş şey yazsam, inanarsız. Elə də uzaqda olmayan o vaxtlar idi ki, "seçilmiş” əhaliyə "sosialistlər” müavinəti 6 aylıq yazırdılar və iki ayın pulunu da bu başdan götürürdülər, mən "Xural”da yazdım ki, bəs tezliklə müavinətlər bir illik olacaq və tən yarısı "sosialistlərin böyüyünə” çatacaq, heç kəs inanmadı, məni ciddi qəbul etmədilər, dedilər ki, "kim öz halal pulundan 6 ayı onlara verər ki?”, onları başa saldım ki, müavinət alanların yarıdan çoxu, bəlkə də 80 faizi "yağ-bal içində” yaşayanlardır, onlar nə vaxt halal tikə yeyiblər ki? Onlar lap 9 aydan da keçərlər, təki "havayı pul” gəlsin, nə isə, zamana öz işini gördü, mən deyən ilə rastlaşanda, barmaqlarını dişlədilər. İndi qardaş, mən "müjdəni” verdim, siz hazır olun, hər ehtimala qarşı indidən "sosialistlərin” kontoru ilə sıcaq münasibət yaradın, arada bir inspektorların cibinə "çay pulu” qoyun, mən özüm də sabahdan cum edəcəm "sosinternə”, yəni sosial-müdafiə fonduna ki, özümə bir dost tapım, yoxsa neçə illərdir bütün tanış-bilişlərim sosial müavinət alırlar, mən, "sosialistlərin” içində "dostum” olmadığı üçün heç sosial salam da ala bilmirəm, görünür bu respublikada sosial müavinət almayan 5-6 nəfər "pullu” (oxu: pulsuz!) oğlan var ki, biri də mənəm!

Səhər TV..


İran telekanalları ilə bizim telekanallar yarışa giriblər, kim kimdən çox əks-təbliğat materialı verəcək! Çox bəyənilən bir hərəkətdir, kişilər çörək qazanırlar, qulaqları bir şey çalan kimi, verirlər efirə. Bizim evdə "osmona tuşlanmış nimçə” olmadığı üçün, mən xarici kanallara baxmıram. Amma o gün dostlardan biri mənə dedi ki, bəs "Səhər 2” kanalı ilə "MTN-nin qəzetin yazarlarına təzyiqindən” danışırdılar. Allah-Allah, bu "Səhər 2” imkan verməz ki, biz adam kimi işimizi görək, millətimizi bir az maarifləndirək. Adama deməzlər ki, "ağayi qardaş, bu informasiyanı qəzetin hansı əməkdaşı ilə dəqiqləşdirmisiz ki, verilişinizdə bir car da çəkirsiz?” Olmaz, vallah olmaz. Biz arxayınıq ki, MTN-nin yadından, müvəqqəti də olsa, çıxmışıq, bu gün MTN-in başı "İran cəsuslarını” tutmağa qarışıb, siz bizi onların yadına niyə salırsız? (xəbərlərə baxanda görürük ki, son 5-6 ildə Azərbaycanda tutularaq saxlanılanlar və "cəsusluqda” ittiham olunanlar hamısı İrana işləyənlərdir, görəsən Ermənistanın bizdə cəsusu yoxdur ki?) İzi azdırmaq istəyirsiz? A kişi, hələm bizim növbəmiz gəlməyib, bizi oyuna atmayın, qoyun heç olmasa 5-6 nömrə çıxaq, bizim heç kəsin müdafiəsinə ehtiyacımız yoxdur, yazarlarımızdakı, maşallah, gündən-günə artırlar, siz İranda yaşıyan Talışların qeydinə qalın, onlar üçün şərait yaradın ki, dillərini, adət-ənələrini qoruyub saxlaya, yaşada bilsinlər, ən azı bi sizin "zərbane madare” – "anamızın dili” dediyiniz, dünyada "Azəri dili” kimi tanınan qədim bir dildir, bunu etsəz, yəqin ki, Allah dərgahında ibadətləriniz də qəbul olunar...

Sosial şəbəkə...


Qəzetimizlə bağlı sosial şəbəkədə böyük bir informasiya yayıldı, bu informasiya bir neçə xəbər portalında verildi ki, heç kəs də bu məlumatın ilkin mənbəyini göstərmirdi. Məlumatın ilkin mənbəyi qəzet olaraq bizik, ikinci mənbə əməkdaşlıq etdiyimiz talış.org saytıdır, digər sayt və bloqlar bu məlumatı verərkən, ən azı bizimlə və ya talış.org saytı ilə əlaqə yaratmalı idilər, bizim mövqeyimizi öyrənməli idilər, yoxsa bu iqtidar ilə "düz demədikləri” üçün guya bizə qahmar çıxırlar? (əslində hamısı elə iqtidara işləyirlər) Ay-hay, inanan daşa dönsün, siz belə düz adamsınizsa niyə Rufulla Axundzadəni siyasi məhbusların siyahısına salmırsız, Talışdır, ona görə? Yəni sabah bizim qəzetin başına bir iş gəlsə, siz bizi müdafiə edəcəksiz? Yox, etməzsiz, elə bu gün tənqid etdiyiniz MTN-nin sifarişi ilə bizi "separatçı” adlandıracaqsınız, böyük hərflərlə yazassız ki, "MTN daha bir separatçı qrupu zərərsizləşdirdi”, bəlkə belə deyil? Adım kimi əminəm ki, belədir, ona görə də sizlərdən xahiş və tələb edirəm: dəqiqləşdirmə aparmadan, mövqeyimizi bilmədən qəzetimiz haqqında heç bir informasiya verməyin, bizim sizin "dəstəyinizə” ehtiyacımız yoxdur, (əslində bu dəstək yox, ayağımızın altının qazılmasıdır) özümüz də kifayət qədər məlumat ötürə bilirik, öz gücümüz çatmaz, əməkdaşlıq etdiyimiz talış.org saytı bu informasiyaları ötürər. Nə isə, hesab edirəm ki, anlaşdıq.

Rafiq Cəlilov,
Tolışon Sədo, №09 (21), 17 mart 2012
celilovrafiq@mail.ru



 

Категория: Талыш xəbərləri | Просмотров: 1855 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus