Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Июль » 29 » “Rüstəm İbrahimbəyovun yanında olmaq borcumuzdur”
14:32
“Rüstəm İbrahimbəyovun yanında olmaq borcumuzdur”
«Rusiyada yaşayan azərbaycanlılar ölkəmizdə böyük dəyişikliyin vaxtı çatdığını dərk edir»

"Talış diasporu”nun sədri: "Mahiyyətinə bir balaca məntiqlə varsaq, əsl separatçının kimliyi məlum olacaq”

Demokratik Qüvvələrin Milli Şurasına və bu qurumun prezidentliyə namizədi Rüstəm Ibrahimbəyova Rusiyada yaşayan həmvətənlərimizdən və onların təmsil olunduqları təşkilatlardan da böyük dəstək var. Dəstəyini açıq bəyan edənlərdən biri də Rusiyada fəaliyyət göstərən "Talış diasporu” təşkilatının sədri İsmayıl Şabanovdur. Onunla söhbətimizdə Rusiyadakı azərbaycanlı icmalarının fəaliyyətindən tutmuş, Milli Şura ilə bağlı gözləntilərə qədər müxtəlif məsələlərlə bağlı fikirlərini öyrəndik:

- Son vaxtlar Rusiyada Azərbaycan icmaları tez-tez bir araya gəlir. Əvvəllər bu fəallıq hiss olunmurdu. Indiyə qədər bu fəallığın hiss olunmaması nədən irəli gəlirdi?

- Əvvəla, Azərbaycan oxucularına cəsur və fədakar qəzet olan "Azadlıq” vasitəsilə səmimi salamlarımı çatdırıram. Fikrinizlə tam razıyam ki, əvvəllər Rusiyada yaşayan Azərbaycan icmalari tez-tez bir araya gəlmirdilər, fəallıq hiss olunmurdu. Sevindiricidir ki, indi icmalar nəinki fəallıq göstərir, hətta bir yerə yığışıb, Vətəndə baş verən ictimai-siyasi prosesləri müzakirə edirlər, bu prosesə  hansısa töhfə vermək istəyirlər.
Əlbəttə, belə fəallaşmanın əsas səbəbi Azərbaycanda qarşıdan gələn prezident seçkiləridir və bizim bu seçkilərdə fəal iştirak etmək istəyimizdir. Məlumdur ki, hazırkı rejim indiyə kimi bir dəfə də olsun, normal demokratik seçki keçirməyib, bütün seçkiləri total şəkildə saxtalaşdırıb. Bu azmış kimi, siyasi cəhətdən fəal olan insanlarımız müxtəlif formada şərlənərək, qondarma ittihamlarla zindanlara atılır, yaxud da daha iyrənc vasitələrlə təqib edilir. Nəzərinizə çatdırım ki, Azərbaycanda gedən bu ədalətsiz proseslər və ondan doğan nəticələr biləvasitə Rusiyada yaşayan soydaşlarımıza, burdakı icmalara təsir edir. Məlumdur ki, Vətəndə təzyiq və təqiblərlə üzləşdiyindən Azərbaycanı tərk etməyə məcbur olanların ilk üz tutduğu ölkələrdən biri Rusiyadır. Gələnlər də ilk növbədə icmalara üz tutur və kömək istəyirlər. Son zamanlar belə hallar əvvəlki illərlə müqayisədə bir neçə dəfə çoxalıb, total şəkil alıb. Bu da icmalar üçün müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Məhz belə xoşagəlməz hallardan irəli gələrək, biz səyləri birləşdirməyə və birgə mübarizəyə qərar vermişik. Bütün məsələlərin kökündə isə vətəndaşların seçim haqqını tanımaq, ədalətli seçkilərin keçirilməsi problemi durur. Azərbaycanda baş verən demokratik proses, Milli Şura kimi bir strukturun formalaşması da bu işə təkan verib.

- Fəaliyyətiniz nədən ibarətdir və hansı sahələri əhatə edir?

- Bizim əsas fəaliyyətimiz Azərbaycandan Rusiyaya gələn vətəndaşların Rusiya cəmiyyətinə inteqrasiya olunmasına kömək göstərməkdən ibarətdir. Eyni zamanda, Rusiyada yaşayan həmvətənlərimizin burada pozulmuş hüquqlarının bərpası istiqamətində də köməyimizi əsirgəmirik. Əlbəttə ki, biz xalqımızın adət-ənənələrinin yaşadılmasında, onun dilinin, mədəniyyətinin qorunub saxlanılmasında maraqlıyıq. Biz xalqımızın ənənəvi bayramlarını qeyd edirik, soydaşlarımızın, xüsusən yeniyetmələrin bu işə cəlb edilməsində maraqlıyıq. Fəaliyyətimizə digər icmalarla, eyni zamanda, xarici dövlətlərdəki Azərbaycan təşkilatlarıyla əməkdaşlıq məsələləri də daxildir.

- Milli Şuraya dəstək verdiniz. Bəs, Rusiyadakı başqa Azərbaycan icmaları bu dəstəyi necə qiymətləndirdilər?

- Biz ilk gündən Demokratik Qüvvələrin Milli Şurasına hər cür dəstək verməyə hazır olduğumuzu bildirmişik. Bunun əsas səbəbi Milli Şuranın elan etdiyi prinsiplərlə bağlı olub. Əgər söhbət demokratiyadan gedirsə, biz buna kompleks yanaşmağın tərəfdarıyıq. Biz demokratik standartların nədən ibarət olduğundan yaxşı xəbərdarıq və Azərbaycan üçün də bunu bütöv formada istəyirik. Demokratiya yarımçıq olmamalıdır. Demokratiya ya var, ya da yoxdur. Onun bütün növ imitasiyaları anti-demokratizmin təzahürüdür. Bu mənada, biz demokratiyanı bütöv şəklində istəyirik və bunu da Milli Şuradan gözləyirik. Eyni zamanda, Azərbaycan əhalisinin əksəriyyəti də bu gün vəziyyətdən çıxış yolunun, Azərbaycanın qarşısında duran bütün problemlərin həllinin demokratik dəyişiklikdən keçdiyini yaxşı anlayır. Odur ki, Rusiyada yaşayan azərbaycanlı ziyalılar, iş adamları ölkəmizdə böyük dəyişikliyin vaxtının çatdığını dərk edir və buna töhfə verməkdə maraqlıdır.

- Rüstəm Ibrahimbəyovu dəstəkləməyinizin başlıca səbəbi nədir?

- Rustəm Ibrahimbəyov dünyada tanınmış simadır. O, sözün bütün mənalarında böyük azərbaycanlıdır. Deyərdim ki, o, tək Azərbaycana deyil, bütün bəşəriyyətə məxsusdur. Rüstəm müəllim bütün nailiyyətlərini özünün halal zəhmətilə qazanıb və Azərbaycanı dünyada tanıdıb. Bu gün Azərbaycan xalqının Rüstəm Ibrahimbəyov kimi ictimai xadimə böyük ehtiyacı var. Tarixən xalqları üzləşdiyi zülmdən onun işıqlı simaları qurtarıb. Bu gün bu missiya Azərbaycana münasibətdə Rüstəm müəllimin üzərinə düşüb. Rüstəm Ibrahimbəyov haqq və ədalətin bayrağını qaldırıb, onun yanında olmaq hər bir Azərbaycan vətəndaşının, o cümlədən bizim borcumuzdur.

- Bəzi dairələr sizi separatçılıqda ittiham edirlər. Bu nədən irəli gəlir?

- O "bəzi dairələr”i yaxşı tanıyıram. Azərbaycanda yaxşı bir atalar sözü var: oğru elə bağırdı ki, doğrunun bağrı çatladı. Həmin "oğruların” nəzərinə bir daha çatdırmaq istərdim ki, mənim yolum şəffafdır, fəaliyyətim açıqdır və ortadadır. Odur ki, onlar mənim "bağrımı çatlatmaq” iddiasına düşməsinlər. Əgər separatçılıq dövləti parçalamaqdırsa, Azərbaycan torpaqlarını satmaqdırsa, Konstitusiyaya xəyanətdirsə, şükürlər olsun ki, belə fəaliyyətlərdə nəinki iştirak etməmişik, əksinə, daim belə hallarla mübarizədə olmuşuq. Mahiyyətinə bir balaca məntiqlə varsaq, əsl separatçının kimliyi məlum olacaq. Bizə "separatçı” yarlığı yapışdıranların nəzərinə çatdırım ki, Qarabağ müharibəsinin ən qızğın çağında Naxçıvan-Ermənistan sərhədi boyu atəşkəs elan edilməsi üçün Naxçıvan adından Ermənistanla sülh müqaviləsi imzalamamışam. Bilməyənlər üçün deyirəm ki, həmin sənəd sayəsində Ermənistan iki cəbhədə vuruşmaqdan xilas oldu, bütün qoşunları Naxçıvan cəbhəsindən Qarabağ cəbhəsinə daşıdı və Azərbaycan torpaqlarının işğalına nail oldu. Bundan başqa, Konstitusiyası ilə Naxçıvana dövlət statusunu verməmişəm; Dağlıq Qarabağ və onun ətraf rayonlarının ermənilərə satılmasında heç bir fəaliyyətim olmayıb; Konstitusiyaya xəyanət edib vətəndaşların hüquqlarını addımbaşı pozan, siyasi fəallara qarşı şər və böhtan kampaniyası aparan, onları həbs edən, zindanlara salan və hətta öldürən (təkcə elə Novruzəli Məmmədovun işi kifayətdir), dinc əhalinin evlərini başlarına uçuran, Azərbaycanı işğalda olan ərazi kimi idarə edən, Azərbaycan xalqının varidatını ata malı kimi çapıb-talayan mən deyiləm.
Şükürlər olsun ki, artıq insanların hər şeydən xəbərləri var, xalqımız ağı qaradan ayırd edə bilir. Artıq rejimin yalanları nəinki yerimir, heç ayaq da tutmur.

İlham Hüseyn
Azadlıq Qəzeti 

Категория: Müsahibə | Просмотров: 2217 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus