Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Январь » 24 » Rusiyaya iyirmi günlük səfərim
16:08
Rusiyaya iyirmi günlük səfərim
Və yaxud, Rusiya Federasiyasının  Tümen Vilayətinin Xantı-Mantiyski Muxtar Vilayətinə bir tikə çörək dalınca,  Azərbaycandan "tərkivətən” olanlar barədə bəzi təsüratlarım

 Yaşadığımız bu ədalətsiz dünyada ikili standartların mövcudluğu heç kimə sirr deyil. Allah təlah babamız Adəm əlehissalamı və nənəmiz Həvvanı yaratdıqdan sonra, onlara cənnəti qərar verdi. Onlar şeytana uyduqlarına görə, cənnətdən qovulmuşlardan olmaqla, yaşadığımız bu dünyanı da yer üzünə endirildilər....

Dünyaya gətirdikləri Habil, doğma qardaşı Qabili paxıllıqdan qətlə yetirdi. Ümumiyyətlə bütün peyqəmbərlərin həyatı, yaşam tərzi, əxlaq normaları biz insanlara ibrət olması əvəzinə, onların üzləşdiyi mənfi hallar günümüzün reallıqlarından yan keçmir.

Sözümü peyqəmbərləri xatırlatmaqla bəzi "ağzıgöyçəklər” bu yazını oxuyub,  deməsinlər ki, mən də haranınsa "agentiyəm” yaxud  "separatçıyam” . Bu sözlərə onsuz da öyrəncəli olmuşuq, nə deyirlər desinlər, mən isə qüdrətli Allahın adı ilə, yalnız gördüyüm, üzləşdiyim həqiqətəri ictimailəşdirməyi özümün insanlıq və müsəlmançılıq borcum bilirəm.  Dünyanın ictimai-siyasi, hərbi və mənəvi palitrası gözümüzün önündə olmasından, ikili standartlardan çıxış edən güc mərkəzlərinin müsəlman ölkələrinə qarşı yürütdüyü hegemonçuluq siyasətindən söz açmaq fikrində deyiləm.

Sadə, el dilində bunu deyirəm ki, külli-kainatın sahibi Allahdır, yaşadığımız bu dünyanı idarə edən seytandır. Seytan da dünya dövlətlərinə  özünə bab rəhbərlər təyin edir.

Peyqəmbərlərin yaşadıqları dövrlərdə, zülümkar rəhbərlərin olması da hər kəsə bəllidir. Nəmrudlar, Fironlar o dövürdə olduğu kimi, bu bu gün də onlar xislətdə olanlar mövcuddur. Bir çox harınlamış dövlət başçılarının aqibətinin faciəli sonluğunu bəşəriyyət görsə də, digər Azərbaycan tipli ölkə başçıları bu olaylardan ibrət dərsi almaq əvəzinə, sanki öz doğma xalqına qarşı etdikləri zülüm və iztirabları davam etməkdədirlər.

Azərbaycanın Kütləvi İnformasiya Vasitələri mütəmadi olaraq, ölkədə baş alıb gedən haqsızlıqlar barədə ictimaiyyəti məlumatlandırsa da, hakimiyyət mənsubları etdikləri qanunsuz əməllərdən heç də usanmırlar. İnsan haqları, söz və fikir azadlığı hakimiyyət dairələri tərəfindən kobud şəkildə pozulur. Jurnalistlər təqib, təhqir, həbs və qətlə yetirilir.

İdarə və hüquq mühafizə orqanları ölkə qanunlarına hörmətsizlik etməkdən də çəkinmirlər. Bir sözlə, kağız üzərində təm-təraqlı, "analoqu” olmayan qanunlar mövcud olsa da, işlək deyil. Ölkə sanki "oğru” qanunlarla idarə olunur. Azərbaycan telekanallarına baxanda, təəccüb, əsəb gərginliyi adamı təngə gətirir. Əxlaqdan kənar verlişlər, bəzi üzdəniraq ziyalıların yaltaqlığı, məddahlığı, məmurların yalanlarla dolu ləyaqətsiz çıxışları adamı bezdirib. Ötən ilin dekabr ayının sonlarında ürəyimə dəhşətli bir vahimə düşdü. Fikirdən yuxum ərşə çəkildi, özümü olduqca pis hiss edirdim. Ona görə ki, bu ölkədə qalıb yaşayanlar ancaq ölümlərini gözləyirlər. Gələcəkdə yaxşılığa doğru nəsə vəd edilməsinə bir kimsədə inam olmadığı kimi, məndə də o inam yoxdur.

Özüm, övladlarım və bütün tayfamla Qarabağ müharibəsindən keçdik, Azərbaycan Dövlətçiliyinə Vətəndaşlıq borcumuzu verdik. Qarşılığında isə, bu ölkədə nə mənə nə də övladlarıma rüşvətsiz iş olmadı. Kiçik oğlum Təbib, Naxçıvanın Şahbuz rayonunda dislokasiya olunmuş "N” saylı hərbi hissədə yerli əsgərlərin "fiziki-dedovşina” işgəncələrindən bezib, bir il altı ay xidmətini dəyişmədən, səngərdə keçirtməyindən, ömürlük olaraq, uroloji xəstəliklə evə döndü. Vətəndaşlıq pasportunu rüşvətlə aldıqdan sonra, üç il işsiz qaldı, döymədiyi qapı qalmadı, digər uşaqlarım kimi, o da Rusiyanın soyuq Sibirinə öz ayaqları ilə tərkivətən oldu. Allaha şükürlər olsun ki, hal-hazırda övladlarım Rusiya Vətəndaşlığın qəbul edib, rəsmi-dövlət işində işləməklə, insan kimi yaşayırlar. Rusiya dövləti onlara ipoteka ilə mənzil də verib. Hər uşağa görə müavinət və evin kreditinin üç yüz səksən min rublu güzəşt edilib.

Azərbaycandan Xantı-Mantiyski vilayətinə köçən digər həmvətənlərimlə də görüşmək qərarına gəldim. Nijnevartovsk şəhərinin  "Balaqan” adlanan bazarın qapısının ağzındaca, qalın qış paltarına sırınmış, əslən Beyləqan rayonundan olan Abdullayev Natiq (foto) məni qarşıladı. Bildirdi ki, mən sizin yazı və karikaruralarınızı internet saytlarında izləyirəm....

Bir qədər təəccübləndim ki, bazarda alver edən adam yəni elə də vaxt tapa bilməz ki, interneti yaxud da mətbuatı izləsin. Natiq bəyin ziyalılığı məni heyran etdiyindən, tez diktafonumu açıb, onun razılığı ilə ondan müsahibə götürə bildim.

Natiq bəy Azərbaycan İnşaat-Mühəndislər institutunu bitirib, Azərbaycanda iş tapa bilmədiyindən, səkkiz il öncə Nijnevartovski şəhərinə gəldiyini dedi. Mən ona hərtərəfi suallar verdim, onun da ağrılı yeri Qarabağ probleminin həll olunmaması oldu.

Digər narazılıqlarını isə mövcud hakimiyyətə ünvanladı. Mənim "bu şəhərdə hansı problemlərlə üzləşirsiniz" sualıma onun cavabı belə oldu: - Burda mənim iki uşağıma dövlət qayğı göstərir, baxçada uşaqlarımın təlim-tərbiyyəsi ilə lazımınca məşğul olurlar, onlara müavinət verilir, dövlətin vergisin ödəyirəm, ailəmə pulsuz tibbi xidmət göstərilir, isti evdə yaşayıram, şükür Allaha ki, qazanıram, Azərbaycanda yaşayan valideynlərimi də dolandırıram, istədiyim qədər dövlətdən faizsiz kredit də götürə bilirəm.

Sonda onu da bildirdi ki, qardaş bura Azərbaycan deyil ki, hər qoltuğu papkalı üstümə gəlib haqq istəsin, hətta şəhərin polis rəisi gəlir, ona bir salam veririk, ertəsi gün gəlib bir şey alır, sonra da dost oluruq. Azərbaycanda isə, zır-savadsız polis serjantları adamı insan yerinə qoymur, istədiyi adamı şərləməkdən də çəkinmir....

"Balaqan”da məşhur TALIŞ kafesi

Nijnevartovsk şəhəri inşa edilən vaxtlardan bəri Talış oğulları burda yaxşı ad qoyublar, tanınıblar, sayılıb-seçiliblər. Masallı rayonunun Babakücə kəndindən olan mərhum Şirəli (ŞİR) indi də hər kəsin dilinin əzbəridir. Astaradan böyük iş adamı, hazırda İzraildə yaşayan Bəhrəmi də dövlət adamları hörmətlə xatırlayırlar və indi də onun simasında Talışlara hörmət bəsləyirlər.

Hal-hazırda Masallının Sığdaşd kəndindən olan Məhyəddin Əliyev özündən əvəl bu şəhərdə yaşayan Talışların müsbət işlərini davam edir. Məhyəddinin bu TALIŞ kafesi Vətən oğulların cəmləşdiyi məkandır. Bütün problemlər bu kafedə həll olunur. Azərbaycanın digər rayonlarından gələnlərin də məkanı "Talış” kafesidir.

Onu da qeyd edim ki, Məhyəddin keçmiş döyüşçü olmaqla, yaxşı da idmançıdır. O, hər ay bazarda işləyənləri yığıb deyir ki, evinizə pul göndərin, valideynlərinizi azərbaycan hökumətinin qəpik-quruşuna ümid etməyin. Mən də onun bu alicənab işinə görə bütün valideynlər adından ona təşəkkürümü bildirdim. Sonda bunu deyim ki, doğrusu, ordan qayıtmaq istəmirdim. Hər gün məni qonaqlığa çağırırdılar, mənim iyirmi günlük səfərim çox maraqlı keçdi.   

(ardı növbəti yazıda)

Mətləb DADAŞOV,
Bakı-Tümen-Bakı



Категория: Dünyada | Просмотров: 2050 | Добавил: admin | Рейтинг: 4.6/9
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus