Главная » 2012»Декабрь»26 » Ruhulla Axundzadə həbsxanadan Ədliyyə Nazirliyinə müraciət etdi
00:26
Ruhulla Axundzadə həbsxanadan Ədliyyə Nazirliyinə müraciət etdi
Siyasi məhbus Ruhulla Höccət oğlu Axundzadə Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin 15 saylı Cəzaçəkmə Müəssisənin rəisi ədliyə polkovnik-leytenantı cənab Rauf Məmmədova müraciət ünvanlayıb. Müraciətdə deyilir:
Bağışlayan və rəhm edən Allahın (c.c) adı ilə.
Sizə səlam və eləcə də səlamətlik arzusu ilə bir miqdar xidmət üçün aşağıdakı təklifimə diqqət etməyinizi xahiş edirəm. Belə ki, Sizin müəssisədə olduğum bu az müddətdə çoxlu müsbət dəyişikliklərin, əsasını şəxsən bir Rəhbər kimi humanistliyinizdə və həmçinin müəssisədə cəza çəkən məhbuslara diqqətli olmağınızda görürəm. Odur ki,bəzi məsələlərin daha da tez həllini tapmasına xidmət etmək üçün (bir tək Allah xatirinə) bildirirəm ki: 1) Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbusların hidayət olması, sağlamlıq durumlarının yaxşılaşması və qorunması; 2) Cəzaçəkmə Müəssisəsinin ərazisinin daha da abadlaşıb və təmiz saxlanması; 3) Ən əsası isə Müəssisədən məhbusların əksəriyyətinin islah olunaraq cəmiyyətimizə qovuşması üçün......... və s. məqsədilə mənə aktoviy zalda həftədə bir və ya iki dəfə ümumi məhbuslar üçün (nə ki təkcə dindarların iştirakı ilə) "İslam və idman", "İslam və sağlamlıq", Qədim Tibet təbabəti üsulu ilə müalicə və profilaktika", İbn Sina və təbabət" bu və bu sayaq mövzularda mühazirə oxumağa şərait yaradasınız. Bununla məhbusları özlərinin bir tək Allah tərəfindən şərəfli və eyibsiz yaradıldığlarını onların yadlarına salmaqla düz yola çağırıb, pis yoldan uzaqlaşdırmaq (İslam dinində "əmr be məruf" və "nəhy əz münkər" kimi (firiuddinin 2 maddəsidir)) və gələcək Azərbaycanımıza və eləcə də ümumilikdə Dünyaya sağlam, əqidəli, Allahdan qorxan, cinayətdən çəkinən, valideynlərinə və yaxınlarına diqqətli olmaqla hidayət nuru ardınca gedənlər dəstəsi vermək durur ki, bu yoldan nə qədər məhbus qayıtsa əyri əqidədən Sizin və eləcə də bu təşəbbüsdə zəhməti olanların mükafatını həm dünyada, həm də Axirətdə Allah Təala tərəfindən verilməsini sidqi ürəklə istəyirəm.