Главная » 2012»Июнь»23 » Respublika Talış Mədəniyyət Mərkəzinin bəyanatı
10:42
Respublika Talış Mədəniyyət Mərkəzinin bəyanatı
Respublika Talış Mədəniyyəti Mərkəzi təşkilatımızın İdarə Heyyətinin üzvü, Talış Mədəniyyəti Mərkəzinin rəsmi orqanı olan "Tolışi Sədo” qəzetinin baş redaktoru, fizika-riyaziyyat elmləri namizədi, professor Hilal Məmmədovun həbsi ilə bağlı öz təəcübünü gizlətməyərək bəyanat verir ki, Hilal Məmmədova qarşı sürülmüş bütün ittihamlar saxtadır.
Respublika Talış Mədəniyyəti Mərkəzi ümüdvar olmaq istərdi ki, ziyalı Hilal Məmmədova qarşı siyasi sifarişlə qurulmuş, Azərbaycan Respublikasının xarici təşkilatlardakı imicinə xələl gətirəcək bu planın sifarişçiləri aşkarlanacaq, həm sifarişçilər, həm də bu sifarişi həyata keçirən səlahiyyət sahibləri öz layiqli cəzalarını alacaqdırlar. Respublika Talış Mədəniyyət Mərkəzinin Mətbuat Xidməti