İçimizdə yalan cücərir, Allah!
Ey öz kəlmeyi-şəhadətini bu cür həvəs və ləzzətlə oxuyan "şanlı" millətim - ölüm yuxun mübarək!
Ey öz taleyinin sahibi çıxmaqdan daha çox, onun əbədi tamaşaçısı olmağa üstünlük verən "mübariz" millətim, - qul olmaq bu qədərmi şirin? Nə oldu sənə? Birləşib yumruğa dönməli olduğun halda nədən əzilib-büzülüyb yumağa döndün?
Nə oldu sənin dəniz tək özünü öz içindən təmizləyib durultmaq qabiliyyətinə?Paslandınmı, hisləndinmi, kirləndin, çirkləndinmi?
Bu qədər sümsüy it kimi quyruq bulayan nadanlar, yaltaqlar haradan çıxdı? Bu qədər müəllimlər, JEK işçiləri, dövlət məmurları, həkimlər, zabitlər və daha kimlər, nədən qayıdıb üzünə cırmaq atdılar, taleyinin ayaqlar altında tapdanmasının fəal iştirakçısına çevrildilər, - nəticədə, sənin daha beş il ölümə məhkum olunmağına rəvac verdilər. Haqqı, ədaləti, vicdanını, üstəlik şəxsiyyət və ləyaqətini itirmiş bu məlunlar sürüsü məgər səndən deyildilərmi, sənin belindən gəlməmişdilərmi? Nədən sən onlara doğru-dürüst yol göstərib tərki-silsh eləyə bilmədin?! Bacarmadın, ya gücün çatmadı?
Hakimiyyəti YALAN atına minmiş, məhkəməs və millətinin Məclisi şərə ərə getmiş millətim, sən nə vaxta qədər fil qulağında yatacaqsan, oyan, dur! Oyan özünə qayıt! Oyanmasan yanılacaqsan. Yanılıb öləcəksən! Bu gün bizim əsas işimiz cənnət qazanmaqdan daha çox cəhənnəmdən xilas olmaqdır.
Allahım, yıxılmağa qanad ver mənə!..
Eldəniz QULİYEV