Главная » 2012»Январь»16 » Rejimin informasiya setinə total xaker hucumu baş verib
19:47
Rejimin informasiya setinə total xaker hucumu baş verib
Bu gün Əliyev rejiminin informasiya setinə total xaker hucumu baş verib. Proses Yeni Azərbaycan Partiyasının rəsmi saytına olan haker hücumu ilə başlayıb. Hakerlər saytın ana səhifəsində əsas yazıların yerinə belə bir lövhə yerləşdirib: "Xalqın var-dövlətini qəsb etmiş Əliyevlər və onların muzdurları qalxan dünya okeanında Bakı adlı daş parçası üzərində xilas olmağa ümid edir. Bin Əli, Mübarək, Qəddafinin ümidi kimi puç bir ümid! Yəhudi nökərləri!”.
Mətnin yuxarısında göstərilir ki, hücumu "AzerianCyberArmy” təşkil edib.
Bir az sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytı dağıdılıb. Dağıdılmış səhifəyə İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovdan sitat yerləşdirilib. Hazırda sayt hücumla əlaqədar bağlanıb.
Daha sonra Konstitusiya Məhkəməsinin saytına da (www.constcourt.gov.az) haker hücumu olub və sayt açılmır.
Bunlardan başqa Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının cssn.gov.az, Dövlət Gömrük Komitəsinin http://www.customs.gov.az, Azərtac-ın da azertag.com, Azərbaycanın Daxili İşlər Nazirliyinin saytları dağıdılmışdır.
Təhsil Nazirliyinin edu.gov.az və vet.edu.gov.az sıradan çıxarılan saytda İslam Partiyasının həbsdə olan keçmiş sədri Mövsüm Səmədovun hicabın qadağasına qarşı fikirləri yerləşdirilib.
Təxminən
saat 18:30 radələrində Azərbaycan Prezidentinin rəsmi saytı da eyni
haker qrupu tərəfindən dağıdılıb və ora gördüyünüz şəkil (bax foto) yerləşdirilib.
Lakin digər dağıdilan saytlardan fərqli olaraq president.az saytı bərpa
olunub və normal fəaliyyətini göstərir.
Hücüm nəticəsində dağıdılan saytların tam siyahısını təqdim edirik: