Главная » 2012»Январь»21 » Talış xalqının mücahid oğlu Ruhulla Axundzadəyə azadlıq!
13:50
Talış xalqının mücahid oğlu Ruhulla Axundzadəyə azadlıq!
Axundzadə Ruhulla Höccətullah oğlu 1955-ci il yanvar ayının 21-i Astara rayonunda dəmiryolçu ailəsində dünyaya gəlib. Orta təhsilini Astara rayonunda alıb, Azərbaycan Texniki Universitetini bitirib. Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri olub…
Astarada və ölkə dindarları arasında pak və səmimi bir insan kimi tanınmış Axundzadə ötən il, 21 yanvar, o şaxtalı qış günü hicab repressiyaları dalğasında həbsxanaya atıdı. Azərbaycan Respublikası Baş Prokurorluğu Azərbaycan İslam Partiyası Astara rayon təşkilatı sədri Ruhulla Axundzadənin evindən silah-sursat tapılması ilə bağlı rəsmi məlumat yaydı. İnanan olmadı. Amma artıq xalqın inamı rejim üçün qara qəpik qədər əhəmiyyət daşımır. Ən təmiz insanlar ən çirkin üsullarla həbsə alınır.
Ruhulla Axundzadə ad günündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. AİP Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan ona Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə də yeni ittiham irəli sürülüb. Guya ki, o İranın "Səhər” telekanalındakı çıxışlarında dəfələrlə Talış zonazında yaşayan əhalinin haqqlarının tapdalanmasını dilə gətirmişdir. Bu məqsədlə hakimiyyətin bilavasitə Astara rayonundan 3 məktəb müəlliminin və direktorunun Bakıya gətirilib onun üzünə dürdurmaları bir daha ölkə rəsmilərinin Talışlara olan ögey və qərəzli münasibətini aşkar edir...
Qeyd edək ki məhz Respublika Talış Mədəniyyəti Mərkəzinin rəhbəri və "Tolışi Sədo” qəzetinin baş redaktoru olmuş mərhum professor Novruzəli Məmmədov da eyni motivlərlə, "İrana casusluq” iftirası ilə həbs edilərək zindanda qətlə yetirilmişdir. Ruhulla Axundzadə öz həbsinin son gününəcən, Talış xalqının azad və maarifpərvər oğlu Novruzəli Məmmədovun hüquqlarının müdafiəsində əlindən gələn qədər mübarizə aparmışdır.
Bu gün onun ad günüdür. Həyatda 57, həbsxanada 1 yaşı tamam olur. Kim bilir, bəlkə elə ötən yanvar başladı Axundzadənin ömrü. Axı yer üzündə baş verən hadisələr ərş aləmindən başqa görünür.
Təbrik edirik Səni əziz qardaşımız! Hamı bilir ki, Sən pak insansan. Səni şərləyənlərin də şər dünyasında bir yaşı tamam oldu. Amma bütün şərlərini üst-üstə yığsan elə İblislə yaşıd olarlar. Bu da onların seçdiyi yoldur.