Главная » 2014»Сентябрь»2 » Ramil Usubovun ziyalıya qarşı şikayəti icraata götürülüb
22:54
Ramil Usubovun ziyalıya qarşı şikayəti icraata götürülüb
Sentyabrın 2-də Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə qarşı şikayəti icraata götürülüb.
Bu haqda AzadlıqRadiosuna Eldəniz Quliyevin özü məlumat verib:
«Bu cür absurd məsələ olmaz. Kimisə öz facebook səhifəsində yazdıqlarına görə məhkəməyə verirlər. Mən öz statusumdakı tənqiddə onun adını belə çəkməmişəm. Bircə dəfə «cənab nazir» yazmışam. Vəkilinin dediyinə görə, Ramil Usubov nazir kimi yox, guya bir vətəndaş kimi məni məhkəməyə verib. Statusumda heç kimi təhqir etməmişəm. Sadəcə bəzi polislərin özbaşınalığından, sistemdəki çatışmazlıqlardan yazmışam. Bu onu göstərir ki, baş verənlər mənim siyasi fəaliyyətimlə bağlıdır. Bu yolla təzyiq etmək istəyirlər».
Bir müddət öncə Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirmişdi ki, Eldəniz Quliyev yol polisinin hərəkətlərindən KİV vasitəsi ilə nazirliyə müraciət edərkən təhqirə yol verib, polisin şərəf və ləyaqətinə toxunub.
Bu səbəbdən daxili işlər naziri məhkəməyə müraciət edərək Eldəniz Quliyevin müvafiq maddələrlə cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.