Milli.Az xəbər portalı "Əl Libya əl Yəum"a istinadən bildirir ki, Liviyada möcüzə sayıla biləcək hadisə baş verib.
Ölkənin Əz Zəaviyyə şəhərində üsyançılarla Liviya lideri Muəmmar Qəzzafiyə sadiq hərbi birləşmələr arasında gedən döyüşlərdə 19 yaşlı Muhammad Zauvi də iştirak edirdi. O, şəhəri Qəzzafinin hərbçilərindən qoruyanların sıralarında idi.
Atışma zamanı qəlpələrdən biri Muhammadın sinəsinə, ürəyinin başına dəyir. Zərbənin gücündən Muhamməd yerə yıxılır. Ətrafındakılar onun həlak olduğunu sanırlar və dərhal kənara çəkirlər. Lakin bir qədər sonra Muhamməd gözlərini açır və məlum olur ki, o, ürəyinin başından qəlpə zərbəsi alsa da, yaralanmayıb.
Qəlpə Muhammədin ürəyinin başında, köynəyinin sinə cibində saxladığı kiçik Qurani-Kərimə dəyib və orada da qalıb. Daha doğrusu, Quranı dələn qəlpə sonuncu surə "Nas"a "ilişib qalıb".
"Pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların tanrısına", - qəlpə bu ayələrədən o yana keçə bilməyib.