Nə vəlvələ düşdü canıza, ay Zavallılar? Mən balaca bir ditdiliyəm, Siz isə Adəm övladı olan insan!
Ay canıza daraşım, mənim Sizlərə lap yazığım gəlir. Bu YAP (Yalançı Azərbaycan Partiyası) sizləri necə manqurt etdi?
Uzun illər idi ki, Masallı rayonunun Osnəğə (Dəmirçi) kənd əsas təhsil məktəbi qəza vəziyyətində idi. Həmin məktəbin ibtidai sinif müəllimi ASİF ABBASZADƏ yeni məktəb tikintisi üçün aidiyyati ünvanlara nə qədər müraciət etməsini bir Allah bilir. ASİF müəllim kəndin dərd-səri, harınlaşmış məmurların burada at oynatması barədə dövrü mətbuatda da tənqidi çıxışlar etməsinə görə şərlə üzləşməli oldu.
Bədəlan kənd ərazi nümayəndəsi Nağıyev Mərdan, 71-saylı Masallı kənd seçki dairəsinin sədri Nağıyev Hacırza qardaşlarının saxta diplomları və bir sıra qanunsuz əməlləri barədə mütəmadi olaraq, hüquq-mühafizə orqanlarına məlumatlar yazdığına görə, onların qəzəbinə tuş gəldi. Qoçu qardaşlar onu şərləyib, həbs etdirə bildilər...
ASİF müəllim nümunəvi əxlaqına görə vaxtından əvvəl azadlığa buraxıldı. İndi isə ASİF müəllim qapı-qapı düşüb, yetmiş nəfər kənd sakini adından imza toplayaraq, yeni məktəbin tikilməsi məqsədilə səlahiyyətli instansiyalara məktub unvanlamışdır.
Məktəbin tikintisinə artıq start verilmişdir. Mübarək olsun, məktəb tikintisi uğurlu olsun deyək. Osnəğə kənd camaatına gözaydınlığı verməyi özümüzə borc bilərək, sancmağı da unutdum.