Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Апрель » 19 » Qorxaqlıq - Şirin yalan
20:32
Qorxaqlıq - Şirin yalan
Professorun arxivindən

Gözlədiyim kimi Mərkəzi Seçki Komissiyası mənə bu quruma və baş prokurorluğa bir qədər əvvəl ünvanladığım şikayətə noyabrın 26-da "növbətçi” cavab verdi. Şikayətimdə namizədliyimi verdiyim dairə üzrə nəticələrin ləğv edilməsini və seçki saxtakarlığı etmiş, Seçki Məcəlləsinin tələblərini bilərəkdən kobud şəkildə pozmuş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdim. Cavab məktubunun içinə 2 sənəd qoyulmuşdu – ekspert rəyi və MSK-nın qərarı. Bu iki sənəd elə bil 1 alma idi ki, iki yerə bölünmüşdü. Baş prokurorluqdn da mənə eyni məzmunlu cavabın veriləcəyinə şübhə etmirəm. MSK-nın qərarını yüngülcə dəyərləndirmək istəsək, deyə bilərik ki, həmin cavabla verdiyim şikayətdə göstərilən suallarla heç bir əlaqəsi yoxdur. Çəkinmədən verilmiş cavabı bürokratik əngəlin gözəgirən nümunəsi adlandırmaq olar.  Həmin sənədlərdə böyük səylə Seçki Məcəlləsindəki maddələrə toxunulur və tələbləri izah olunur... lakin cavabda verilən sualın mahiyyəti ilə bağlı heç bir qeyd yoxdur.  Söhbət Seçki Məcəlləsinin tələblərini bilərəkdən kobud şəkildə pozmuş şəxslər barədə cinayət işi başlanmasından gedir. Cavabdan belə nəticəyə gəlmək olar ki, sanki şikayətdə belə bir tələb olmayıb. Bunun əvəzində ekspert Ramiz İbrahimovun hazırladığı, MSK sədri cənab Məzahir Pənahovun imzaladığı cavabda açıq aydın yalan, faktların saxtalaşdırılması, hadisələrin vicdansızcasına başqa cür təqdim olunması yer alıb. 

Məsələn MSK-nın qərarında deyilir: "… seçki günü namizəd Canmirzə Mirzəyev, onun nümayəndələri və müşahidəçiləri 27, 28, 29 saylı seçki məntəqələrində olmayıblar, hər hansı bir akt tərtib etməyiblər, hər hansı müraciətləri qeydə alınmayıb. Dairə Seçki Komisiyasına da heç bir sənəd təqdim olunmayıb”. Yalandır! Gözlərinizi ovxalayın cənab ekspertlər: mənim şikayətimə 29 saylı məntəqədə tərtib edilmiş akt və DSK-ya müraciətim əlavə olunub. Bundan başqa mənim şikayətim 35 saylı DSK-da səsvermə günü qeydiyyata alınıb və qeydəalma vaxtı da belə göstərilib – 14: 30, 07.11.2010 - cu il. 

Ekspertlərin və MSK üszlərinin kütləvi kor olmasının səbəbi mənim şikayətimdə qanunsuzluqlara rəvac vermiş şəxsin – Səfər Əbiyevin adını qeyd etməyimdir. 

Seçki Məcəlləsinin 35.5-ci maddəsində hərbçilərin və xüsusi rejimli məntəqələrdə səsvermə qaydaları ən xırda detallarına qədər qeyd olunub. Göstərilib ki, namizədliyi qeydə alınmış şəxs, onun səlahiyyətli nümayəndələri, vəkilləri və müşahidəçiləri  MANEƏSİZ (seçdirmə bizimdir-C.M.) seçki məntəqələrinə buraxılmalıdırlar. Mən şəxsən Ali Hərbi Məktəbə gedib baş verənlərə yerindəcə aydınlıq gətirilməsini çalışdım. Lakin mənim özümü də Ali Hərbi Məktəbdə yerləşən 3 məntəqədən heç birinə buraxmadılar. 

MSK mənim, səlahiyyətli nümayəndələrimin və müşahidəçilərimin məntəqələrə buraxılmamağımızı "şirin” notlarla belə şərh edir: " Canmirzə Mirzəyevin, onun səlahiyyətli nümayəndə və müşahidəçilərinin seçki məntəqələrinə buraxılmamaları nəzarət buraxılış məntəqəsindəki növbətçi hissə ilə ANLAŞILMAZLIQ (seçdirmə bizimdir-C.M.) olmasıdır”. Bu anlaşılmazlıq seçki günü 10(!) saat davam edib. Buna MSK və 35 saylı DSK heç bir reaksiya verməyib. Seçkidən 3 gün sonra DSK özündə güc taparaq  protokol tərtib etdi. Protokolda yazılırdı: "...namizədi və onun nümayəndələrini seçki məntəqələrini buraxmayan hərbiçilərlə bağlı xidməti araşdırma aparılsın(?!)”.

Bu qəbildən olan "şirin başdanetmə”lərə MSK-nın cavablarında çoxdur. Baş verənlərdən bir hal gün kimi aydın olur – demokratik seçkilərin keçirilməsinə cavabdeh olan bu şəxslər Səfər Əbiyevin qanunsuzluqlarının qarşısında heç kimdirlər. Mən dəfələrlə məhkəmələrimizin Səfər Əbiyevin bədii fantaziyaları əsasında hazırlanmış ssenarilər üzrə keçirilən araşdırmalar zamanı gücsüzlüyünün görmüşəm - ədalət mühakiməsini həyata keçirənlər qəflətən qlaukoma, katarkta, diareya xəstəliyinə "tutularaq” müdafiə nazirini cəzalandırmaqdan yayınıblar. MSK-nın "xəstələnməsi” ilə ilk dəfədir rastlaşıram. Onlar kimdən çəkinir və müdafiə edirlər?

Yeri gəlmişkən hamının yadına müdafiə nazirinin "xidmət”i və "xidməti üstünlük”ləri barədə məlumat vermək istəyirəm.
                                         
BAŞLANĞIC

Səfər Əbiyevin müdafiə naziri postuna ilk gəlişi (1993-cü ilin iyun –sentyabrı) Qarabağ uğrundakı döyüşlərdə hissedilən dərəcədə  məğlubiyyətlərlə yadda qaldı – 2 ay ərzində 5 rayonu itirdik – Ağdərə, Ağdam, Cəbrayıl, Fizuli və Qubadlı. 

Bundan məğlubiyyətlərdən sonra onun vəzifəsindən uzaqlaşdırılaraq nazir müavini postuna göndərilməsi təbii idi. Bu vəzifədə o, atəşkəs dövrünü qarşıladı və milli ordunun yaranması prosesi başladı. 

Nəhayət 1995-ci ilin fevralında baş tutmayan cangəvərin  başgicəllədən tərzdə vəzifəyə qayıdışının şahidi  olduq. 

Hadisələrin "məğlubiyyət naziri” üçün belə xoş tərzdə baş verməsi ordu üçün ən acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxardı – məhz onun nazirliyi dövründə maddi-texniki təminat məsələsində fasilələr yarandı. Hərbi istedadını heç cür üzə çıxara bilməyən Səfər Əbiyev özünü nazir kimi "yaxşı” təşkilatçı, təsərrüfatçı kimi göstərdi: ordunun təminat məsələsi tam nazirin nəzarətinə keçdi, bu işə cavabdeh olan qurumlar isə kənarda qaldı. S.Əbiyevin vəzifədə irəli çəkilməsinin mistik tərəvləri də var: onu Şərq təqviminə görə Donuz ilində bu vəzifəyə təyin ediblər. Görünür bu məqam onun sözün həqiqi mənasında əsgər qazanına donuz piyi qatmasını şərtləndirib. Özü də bu piy şübhəli keyfiyyətdə oldu. Belə şübhəli mənşəli piyin alınması əməliyyatını Əbiyev bu işə birbaşa cavabdeh olan müavini polkovnik Ayaz Məmmədovun fikrini öyrənmədən belə həyata keçirdi. Müavininin əsgərlər üçün ət əvəzinə "Viskas” adlı pişik yemi alınması ilə bağlı sualına Səfərbala lakonik cavab vermişdi: "Bu – quru qəlyanaltıdır”!

Onun fəaliyyəti nəticəsində silahlı qüvvələrimizdə "Əbiyevçilik” adlı şiş əmələ gəldi. Ordudakı korrupsiya, rüşvətxorluq, "şapka”, hərbi əmlakın talan edilməsi və təminat məsələlərinin kommersiyalaşdırılması "əbiyevçi”liyin elementləridir.  İlk dəfə ölkə rəhbərliyini Azərbycan ordusunda yaranmaqda olan bu bədxassəli şiş barədə Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov xəbərdar etdi. 1996-cı ildə Milli Məclisin qapalı iclasında akademik çıxış edərək baş verənləri təsvir etməklə bu "təm-taraq”ın basikarının adını da konkret çəkdi – Səfər Əbiyev…
                                        
ÇİÇƏKLƏNMƏ

Ziya Bünyadovun (1997-ci ilin fevralında vəhşicəsinə öldürüldü - C.M) Milli Məclisdəki sensasion çıxışı bir çox vicdanlı şəxslərin diqqətini ordunun vəziyyətinə dair fikir söyləməyə sövq etdi. Həmin dövrdə ANS-dən mirşahin ağayevin araşdırması efirə verildi. Materialda "N” saylı hərbi hissəyə il ərzində sənədlərlə verildiyi göstərilən ərzaqlardan söhbət açılırdı: kofe(həllolunan) 51 min banka; şokalad yağı - 6 ton; fıstıq - 35 ton; həşəm balığı - 7,8 ton; - köhnə pulla 452 milyon 600 min manatlıq "şprot” konservi; 12,9 ton kişmiş və s. Aparıcı bu məlumatlarıın ardınca həmin hərbi hissədə qulluq etmiş hərbiçilərə(xidmət müddəti 7 aydan 5 ilə qədər) bu ərzaqlarla qidalanmaları barədə suallar vermişdi. Məlum olmuşdu ki, hərbiçilər bu ərqazlardan yalnız kişmişi görüblər – o da Yeni il qabağı hazırlanmış plova qatılmış olubmuş. Mirşahin nəinki bu məlumatları efirə verdi, üstəlik bu faktları qəzetlərdən birində "Dərs” rubrikası altında "Səfər Əbiyevə "əlcək” atıram” sərlövhəsilə dərc etdirdi və Səfər Əbiyevi birbaş efirə dəvət etdi. 

Həmin dəvət hələ də qəbul olunmayıb... 

Ordunun belə katostrofik təminatı bədbəxt nəticələrə səbəb oldu. 1998-ci ilin noyabrında Hüseynov Zaur Hüseynbala oğlu (həqiqi hərbi xidmətə Əzizbəyov RHK-dan çağırılıb), Məmmədov Elbrus Zeynal oğlu (Sabirabad), Mirzəyev Ağaqulu Zəfər oğlu (Bakı), Nəsurullayev Zahir Qazəhməd oğlu(Quba) ön cəbhədəki qazmalarda hərbi vəzifələrini yerinə yetirərkən çəkilərinin yarısını itirərək ölüblər. Onların meyitlərinin təşrihini həyata keçirən məhkəmə tibb eksperti, mayor Nizami Cəfərov mərhumların sümükləri ilə dəriləri arasında nə vaxtsa olmuş nazik piy qatının ibtidai vəziyyətə qayıtmasını qeydə alıb. 

Bu əsgərlərin ölüm haqda şəhadətnamamələrində eyni diaqnoz yazılıb – alimentar distrofiya. Tibbdən uzaq insanlar üçün deyim ki, alimentar distrofiya anlayışı ilk dəfə sovet məhkəmə tibb ekspertləri tərəfindən 1942-ci ildə Leninqradın blokdası zamanı aclıqdan ölmüş insanların müayinəsi zamanı meydana çıxıb.

Bu xətəliyin mahiyyəti budur: - qida olmayanda insan orqanizmi daxili ehtiyatların istifadəsinə başlayır – ətlə sümük araındakı həmin piy qatı əridilərək ehtiyac ödənilir(heyvanlardan dəvənin orqanizmi belə quruluşdadır). 

Yeməməzlikdən daxili orqanlar (ürək, qara çiyər, beyin, ağ ciyərlər və başqa orqanlar) qurumağa başlayır və ölçüləri kiçilir. İmmun sistemi son nöqtəyə kimi zəifləyir(ADİS-in başqa forması əmələ gəlir), ən əhəmiyyətsiz xəstəlikdən insan ölür. 

Alimentar distrofiya xarici əlamətlərindən vərəmin simptomlarını xatırladır. Amma onların arasında əhəmiyyətli dərəcədə fərqlər var. Təəssüf ki, bu fərqləri yalnız meyitlərin təşrihi zamanı görmək olar: alimentar distrofiya zamanı bütün daxili oranların ölçüləri kiçilir, bütün digər xəstəliklər zamanı isə daxili oranların ölçüləri böyüyür, şişir. Alimentar distrofiyanın ilkin əlamətləri qida çatışmamazlığının, sistematik yeməməzliyin birinci ayında üzə çıxır. Xatırladım ki, əsgərlər ön cəbhədəki qazmalarda, ən azı 1 ay normal yemək yeməyiblər... Amma Müdafiə Nazirliyinin sənədlərinə əsasən onların şokalad yağı, balıq delikatesləri, kişmiş, həllolunan kofe, "şprot” ilə qidalanıblar. 

Hazırda ordunun təminatə "bazarın monitorinq”i, "tenderin keçirilməsi” kimi xoşagələn terminlərdən istifadə edilməklə həyata keçirilir. Tender komisiyasının qaimələrinin və protokollarının analizi mraqlı mənzərəni meydana çıxarıb. Məlum olub ki, ordu üçün alınan hər kiloqram ətə görə müdafiə nazirinin cibinə şəxsi ehtiyaclarını ödəmək üçün dövlət büdcəsindən 1 dollar gedir.  Təsir eləmədi? İndi büdcə oğurluğuna ordu miqyasında qiymət verək. Bir əsgər üçün günlük norma 200 qram ət müəyyən olunub. İldə bu hesabla bir əsgərə 73 kiloqram ət alınır. Deməli 1 əsgər ildə büdcə oğrularına 73 dollar verir. Bütün Azərbaycan ordusunun təkcə ətlə təminatından  5 milyon dollar gəlir əldə olunur. Normada  daha 31 mövqe var. Bu da son deyil. Ətin alışında sənədlərdəki ilə faktiki qiymət arasında 30 – 40 %, digər ərzaqlarda isə 100% fərq var! İndi müdafə nazirliyində büdcə oğurluğunun hansı miqyasda olmasını təsəvvür edirsiniz?!

P.S  Bir sual ortaya çıxır: - görəsən Səfər Əbiyev daha nə etməlidir ki, Femida onun əməllərini lazımınca qiymətləndirə bilsin?

Canmirzə MIRZƏYEV,
Ehtiyatda olan 2-ci dərəcəli kapitan, professor,
27 noyabr 2010-cu il

Категория: Azərbaycan | Просмотров: 1845 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus