Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Май » 12 » Bir gün digər diktatorlar kimi həmin pulların xalq qarşısında hesabatını verməli olacaqlar
21:10
Bir gün digər diktatorlar kimi həmin pulların xalq qarşısında hesabatını verməli olacaqlar
İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Xameneinin Ərdəbil vilayətindəki nümayəndəsi, imam-cümə Ayətullah Seyyid Həsən Amili İran-Azərbaycan həmçinin İsrailin Azərbaycana olan xəyanətlərindən danışıb.

İslam-Azeri.az İnternet qəzetinin Arannyus-a istinadən verdiyi xəbərə görə, Seyyid Həsən Amuli Azərbaycan İslam Partiyasının keçmiş sədri, mərhum Əlikram Əliyevin vəfatı ilə bağlı bəyanatında iki ölkənin münasibətlərinə geniş yer ayırıb.

Ayətullah Amili bildirib ki, İran-Azərbaycan münasibətlərinin tarixi və dini köklərinin möhkəm olmasına baxmayaraq, Qərb bu münasibətlərin pisləşməsi üçün geniş proqramla iş görüb. Bəyanatda Qərbin Qarabağ probemindən sui-istifadə etdiyi və bu vasitə ilə iki qardaş xalq arasında nifaq yaratmaq niyyəti güddüyü bildirilib. İmam-cümə Qarabağ müharibəsi başlayan zaman İranın iki yol ayrıcında qaldığını deyir: "Ya erməni təcavüzünə qarşı hərbi müdaxilə etməliydi - bu, İran üçün ikinci bir cəbhənin açılması və Rusiya ilə müharibə ilə nəticələnərdi - ya da öz müsəlman qardaşlarının erməni cəlladları tərəfindən qırılmasına göz yumaraq islami heysiyyətini itirməliydi. İran üçüncü yolu seçməyə məcbur qaldı: nə aşkar şəkildə hərbi müdaxilə, nə də tamaşaçı olmaq. İran siyasətçiləri bəzi əməkdaşlıqları bu günə qədər dilə gətirməyiblər və ola bilər ki, diplomatik mülahizələrə görə, bu məsələlər heç zaman işıqlandırılmasın. Amma mən deməliyəm. Mən imam-cüməyəm. Xitabət kürsüsündə əyləşib müsəlman qardaşlarımın şübhə və suallarına aydınlıq gətirməliyəm. Şuşanı qorumaq üçün bir-iki silah tapa bilməyən mübariz insanlara maşınlarla silah verilib. O zamankı hökumətin razılığı, Rəhim Qazıyevin, Rövşən Cavadovun xahişi ilə müdafiə sistemi qurmaq üçün müştərək qərargah yaradılıb. Bu qərargahda Təbriz və Ərdəbil generalları əyləşib öz azərbaycanlı qardaşlarına yardım göstərib, gecə-gündüz əllərindən gələni edib, təcavüzün qarşısını almağa çalışıblar. Hətta canlı qüvvəyə ehtiyac olanda İranın yardım və təşkilatçılığı ilə Əfqanıstandan minlərlə döyüşçü gətirilərək cəbhə xəttinə yerləşdirilib. Biz ermənilərə yox, azərbaycanlı qardaşlarımıza silah-sürsat verirdik. Bizim Ermənistanda yox, Azərbaycanda hərbi təlim mərkəzlərimiz olub. Qeyd etdiyim məsələlərin Azərbaycanda minlərlə canlı şahidi var. Onlar hələ dünyalarını dəyişməyiblər. Zərrə qədər insafları olsa, mənim dediklərimi təsdiq edərlər. Bəs nəticə nə oldu? Bu qədər zəhmət və təlaşların sonu nə ilə qurtardı? Azərbaycan cəbhələrində İranın məxfi iştirakını görən qərb ölkələri öz planlarının iflasa uğrayacağını başa düşdülər. Təcili tədbirlər görüldü; regionda İslam İnqilabı dalğasına qarşı yaranmış Ergenekona gizli tapşırıqlar göndərildi. Bəli, qardaş Türkiyədə, hərbçilər arasında mossadın son dərəcə ustalıqla yaratdığı Ergenekon təşkilatı Azərbaycan cəbhələrində İranın fəaliyyətlərinə xitam vermək üçün xüsusi tapşırıq aldı. Tapşırıqda da qeyd olunurdu ki, guya İran Qarabağa yardım adı ilə Azərbaycanda Hizbullah təşkilatı yaradır. İranın bu hərəkəti Livanda Hizbullah təşkilatının yaradılması ilə müqayisə olunur, bu iş durdurulmazsa, az bir zamanda onun da qarşısıalınmaz bir prosesə çevrilməsi vurğulanırdı".

Seyyid Amili Xocalı soyqırımın həqiqətlərinin gələcəkdə açılacağını da önə çəkərək deyib: "Xocalı faciəsinin ildönümü ilə bağlı cümə xütbələrində bu barədə danışmışam. Bu münasitbətimə görə ittiham edilmişəm ki, guya Azərbaycan xalqını müqəssir sayıram. İnsafınız olsun, xain siyasətçilərin cinayətini xalqın ayağına yazmayın və mən xalqı yox, məlum qüvvələri nəzərdə tutmuşam. Ürəyimizi qana döndərən bu qırğını, biz azərilərə namus ləkəsi gətirən bir müsibəti ermənilər törətdi və buna heç bir şübhə yoxdur. Amma kimin himayəsi və hiyləsi ilə?! Ruslarınmı? Məlum məsələdir ki, Xocalı qırğınından bir neçə gün sonra Ayaz Mütəllibov devrildi. Mütəllibov rusların himayəsində deyildimi, onlar öz adamlarını devirib qərbpərəst Elçibəyimi gətirmək istəyirdilər?! Gün kimi aydındır ki, belə deyil. Çevriliş rusların himayə etdiyi hakimiyyətə qarşı idi. Amma onların təbirincə Qarabağ cəbhəsindən İranın əlini kəsmək üçün hazırlanmış, günahsız insanların qanı üzərində qurulmuş bir məkrli plan idi. Onun arxasında Ergenekon, əslində Mossad dayanırdı.

Şükürlər olsun ki, əlləri minlərlə müsəlman qanına bulaşmış Ergenokon generalları Ərdoğanın qüdrətli qolları arasında can verir. Minlərlə səhifədən ibarət Ergenekon cinayət qovluğu bu gün vərəq-vərəq oxunur, xəyanətlər ifşa olunur. Amma onun Azərbaycana aid hissələri həmişəlik qapadıldı".

Seyyid Amili mərhum Rövşən Cavadov haqqında da açıqlamalar verib. O bu haqda deyib: "Mərhum Rövşən Cavadov ona yardım edən təbrizli generalla söhbətində çox maraqlı bir nüansı xatırlamışdı. O demişdi ki, çevrilişdən və prezident and içdikdən sonra ilk rəsmi görüşə məni çağırmışdı. Fikirləşirdim ki, məndən Qarabağın azadlığı haqda planımızın nədən ibarət olduğu soruşulacaq. Odur ki, döyüş və əməliyyat planını qovluğa qoyub bəylə görüşə getdim. Amma söhbət əsnasında çaşıb qaldım. Prezident stolunun üstündə bir qovluğa işarə edib dedi: "Sizin İranla bu günə qədər olan həmkarlığınızdan xəbərim var. (Həmin qovluq İsraildən Türkiyəyə, oradan da Azərbaycana göndərilmişdi) Artıq bu gündən bütün əlaqələri dayandırmalısınız. Bizə İranın köməyi lazım deyil. Mən bilsəm ki, Qarabağı İranın köməyi ilə geri alacağıq, o torpaqları ermənilərə bağışlayaram. Qarabağ ciddi bir problem deyil, az bir zamanda öz həllini tapacaq. Bizim müharibəmiz İranladır, özümüzü İranla müharibəyə hazırlamalıyıq. Bizim həqiqi düşmənimiz ermənilər deyil, farslardır”.

İsrailin Azərbaycana silah satışının da əslində bir səhv addım adlandıran Ərdəbilin İmam Cüməsi deyib: "Görəsən Azərbaycan hökuməti qanımıza susamış İsraillə həmkarlığa arxalanıb Qarabağı azad etmək istəyir?! Guya İsrail heç bir dövlətin bizə satmadığı silahları satır? Nə qədər gülüncdür?! Onların Azərbaycana satdığı silahlar öz ölkələrində istifadədən çıxarılan silahlardır. Onlar bir zaman Türkiyəyə pilotsuz təyyarələr satdılar. Sonradan məlum oldu ki, pilotsuzlar iki idarə sistemi ilə istehsal edilib. Əsil idarəetmə sitemlərini Tel-Əviv özündə saxlayır. Yəni münasibət pozulsa, pilotsuzlar Tel-Əvivdəki daha üstün sistemlərlə özümüzə qarşı yönəldilə bilər. Bir neçə il bundan qabaq Türkiyədə qəzaya uğramış qırıcı təyyarənin qara qutusunu və qalıqlarını tapmaq üçün İsraildən kömək aldılar. Çünki onların mərkəzi idarəetmə sistemi onların əlindədir".

Ayətullah Amili General Rail Rzayevin öldürülməsi haqqında da şok açıqlamalar verib. O bu haqda deyib: "Azərbaycanlı general, qara pulların silinməsində ən gəlirli sahə olan hava qüvvələri komandanı Rail Rzayevi kim öldürdü? Nə üçün öldürdü? Heç vaxt açılmayacaq bu qətlin üstü. Aldadılaraq bu oyuna girən general milyardlara imza atmış, sonda ona çox cüzi pay düşdüyünə sadəcə etiraz etmişdi. Bəli, bu oyundan çıxan olmur, ölən olur.

Onlar hələlik İsraili Azərbaycan xalqına dost kimi sırıyaraq, yuxuda yəhudi banklarındakı milyardları görürlər. Bir gün Məhəmmədrza Pəhləvi, Ben Əli, Hüsnü Mübarək, Qəzzafi və digər diktatorlar kimi həmin pulların xalq qarşısında hesabatını verməli olacaqlar".


TALISH.ORG

Категория: İran | Просмотров: 1758 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Caesaro  
0
Bu Ergenekon Israilin ve Qrbin maraglarini Turkiyede ve Azerbaycanda yerine yetirilmek uchun yaradilib, onu destekleyen butun azerbaycanlilar Islamin dushmenleri ve Veten xainleridir.
Forumlarda da real heyatda da onlarin teblighatlarina rast gelmek olur.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus