İlham Əliyev daha bir neçə icra başçısının yerini dəyişdi
Aprelin 14-də Masallı, Lənkəran və Astara rayonlarının icra başçıları vəzifələrindən azad olunublar. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 5 ildən çoxdur Masallıda icra başçısı işləyən Qəzənfər Ağayev vəzifəsindən azad edilib. Onun yerinə Prezident Aparatının əməkdaşı Rafiq Hüseynov Masallının icra başçısı təyin olunub.
Lakin Qəzənfər Ağayev də vəzifəsiz qalmayıb. Ölkə başçısının digər sərəncamı ilə o, Astara rayonuna icra başçısı təyin olunub. Astaranın icra başçısı Taleh Qaraşov isə Lənkərana icra başçısı təyin edilib.
Digər sərəncamlarla Lənkəranın icra başçısı Tofiq İbrahimov tutduğu vəzifədən azad edilərək Ağdaş rayonunun icra başçısı təyin olunub.