Главная » 2011»Январь»26 » Qərb diplomatları İslam partiyasının üzvləri ilə görüşüb
00:41
Qərb diplomatları İslam partiyasının üzvləri ilə görüşüb
Yanvarın 25-də "Sülh və Demokratiya" İnstitutunun təşəbbüsü ilə İslam Partiyasının nümayəndələrinin Norveç, ABŞ və Avropa Birliyinin təmsilçiləri ilə görüşü baş tutub.
Bu haqda məlumatı "Sülh və Demokratiya" İnstitutunun rəhbəri Leyla Yunus verib.
Görüşün təşəbbüskarı olan L.Yunus qeyd edib ki, bu, islamçılarla Qərb diplomatlarının ilk görüşüdür.
L.Yunusun sözlərinə görə, belə bir tədbirin təşkilində məqsəd son zamanlar İslam Partiyasının üzvlərinin kütləvi həbsi barədə obyektiv məlumat almaqdır.
Görüşdə həmçinin İslam Partiyasının sədri Mövsüm Səmədovun vəkili Anar Qasımov da iştirak edib. O, müdafiə etdiyi şəxsin həbsi zamanı yol verilən qanun pozuntularına toxunub.