Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Октябрь » 30 » Putin Əliyevin “Wikileaks”dəki sözlərini unutmayıb
13:25
Putin Əliyevin “Wikileaks”dəki sözlərini unutmayıb
Abbas Abbasov cəhd göstərsə də, Əliyev onu qəbul etmədi

Arif Yunus: «Bu təşkilatda bəzi fiqurlar aktiv, bəziləri toy generalları rolunu oynayır»

Rusiyada fəaliyyət göstərən azərbaycanlı oliqarxların və digər tanınmış şəxslərin bir araya gələrək Rusiya Azərbaycan Təşkilatları Ittifaqını yaratması ölkədə geniş müzakirə obyektinə çevrildi. Daha sonra təşkilat fəaliyyətini müəyyən müddətə qədər dondurduğunu bəyan etsə də, bu mövzu ətrafında söhbətlər səngimir. Qurumun yaradılması və fəaliyyəti ilə bağlı müxtəlif versiyalar yayılmaqdadır. Məsələ ilə bağlı konfliktoloq Arif Yunusun fikirləri ilə tanış olduq.

- Moskvada tanınmış azərbaycanlıların yaratdığı diaspor ilk gündən Azərbaycan hakimiyyətinə qarşı olmadığını bəyan etsə də, Bakıdan süngü ilə qarşılandı. Belə reaksiyanın səbəbi nədir?


- Hakimiyyət bir tərəfdən başa düşdü ki, Kremlin bu işdə rolu var. Bu yaxınlarda Moskvadan qayıtmışam. Orda da mənə bu sualları verirdilər ki, Azərbaycanda bu yeni təşkilata münasibət necədir. Hiss olunurdu ki, onlar üçün bu, vacib rol oynayan bir hadisə idi. Bilirsiniz ki, bizim hakimiyyətin Rusiyada belə bir təşkilatı var. Əlbəttə ki, o təşkilat heç bir rol oynamırdı. Rusiyada yaşayan azərbaycanlıların taleyi ilə maraqlanmırdı. Amma siyasi baxımdan o təşkilat var idi və öz rolunu oynayırdı. Ona görə Azərbaycan hakimiyyətinin belə reaksiyası bununla bağlı idi. Onlar hesab edir ki, bu, Moskva tərəfindən qurulmuş bir təşkilatdı. Təşkilatın da əsas məqsədi rəsmi Bakıya təzyiq etməkdir. Gürcüstandakı son hadisələrdən, Ivanişvili məsələsindən sonra bu faktor bizim hakimiyyət üçün qorxulu oldu. Ona görə Nazim Ibrahimovun reaksiyası bununla bağlıdır. Üstəlik, unutmayın ki, Abbas Abbasov istədi gəlsin Bakıya, prezident də onu qəbul etsin. Lakin prezident onu qəbul etmədi.

"Moskva bu hərəkəti unutmayacaq”

- Azərbaycan hakimiyyətinin Qərblə münasibətləri yaxşı deyil. Hər hansı problem olanda Rusiyaya üz tutur. Saxta seçkilərdə də Moskvanın dəstəyindən yararlanır. Bu halda Rusiya niyə öz dostuna qarşı belə bir addım atsın?

- Deməzdim ki, Rusiya dostdur. Siyasətdə dost olmur, siyasətdə münasibətlər, maraqlar var. Unutmayaq ki, Ilham Əliyevin Medvedevlə münasibətləri pis deyildi. Ancaq Putinlə Əliyevin münasibətləri yaxşı deyil, bu hiss olunurdu. "Wikileaks”də çap olunan materialı yada salın. Ilham Əliyev ora açıq şəkildə bildirmişdi ki, Medvedev onun xoşuna gəlir. Putin isə keçmiş dövrün adamıdır. Əlbəttə ki, Moskvada belə şeyləri unutmayıblar. Məhz ona görə Putinin prezidentliyə qayıtdığı məlum olanda Qəbələ RLS-nin icarə haqqını 40 dəfə qaldırdı. Bununla da faktiki olaraq Moskvaya mesaj göndərdi ki, Azərbaycanda radiolokasiya stansiyasının olmasını istəmir. Faktiki qeyri-rəsmi formada ruslara dedilər ki, çıxın gedin. Mən Moskvada olanda orda açıq şəkildə dedilər ki, Rusiya bunu unutmayacaq. Konkret olaraq indi Rusiya Armavirdə yeni radiolokasiya stansiyası qurur. O stansiya Qəbələ RLS-i əvəz edəcək. Ancaq ruslar açıq şəkildə bildirirlər ki, biz Azərbaycanın Qəbələ RLS-lə bağlı özünü belə aparmasını unutmayacağıq. Siyasətdə dost söhbəti olmur. Var maraq və münasibətlər. Maraq müvəqqəti xarakter daşıyır. Vaxtilə belə idi, indi isə açıq şəkildə hiss olunur ki, Ilham Əliyev arasında deməzdim soyuq müharibədi, ancaq münasibətlər o qədər də yaxşı deyil.

- Təşkilata qarşı bəyanat Nazim Ibrahimovun dilindən səslənsə də, orada təmsil olunanların səviyyəsi onu deməyə əsas verir ki, onlara qarşı bəyanat Ilham Əliyevlə razılaşdırılıb. Siz necə hesab edirsiniz?


- Sözsüz ki, bu belədir. Buna şübhə etməyin.

"Təşkilatda bəziləri toy generalı rolunu oynayır”


- Təşkilatın yaradılması Azərbaycan hökumətinin bp ilə münasibətləri korlanan vaxta təsadüf etdi. Bu hadisələr arasında hər hansı əlaqə varmı?

 
- Hesab edirəm ki, bu, təsadüf idi. Çünki bu məsələ əslində bp ilə münasibətlər korlanandan əvvəl başlayıb. Sadəcə biz bunu təzə eşitmişik. Amma proses ilin əvvəllərindən gedirdi. Onu da unutmayaq ki, bu təşkilatda bəzi fiqurlar aktiv, bəziləri sadəcə olaraq toy generalları rolunu oynayır. Sadəcə onların adları lazım idi.

"Bu, Rusiyadan bir siqnaldı”


- Konkret kimləri nəzərdə tutursunuz?


- Məsələn, Araz Ağalarov. Bir tərəfdən qohumdur. Bu bir siqnaldır ki, Rusiya müharibəni axıra qədər aparmaq istəmir. Faktiki olaraq təzyiq kimi istifadə olunur. Sonra alver başlanır. Yəni mən bunu etməyəcəm, əvəzində sən nəsə edəcəksən. Məsələn, Avrasiya Birliyinə qoşulacaqsan. Yaxud Qəbələ RLS ilə bağlı münasibəti dəyişirsən. Yəni burda oyun başlamalı idi. Ona görə belə fiqurlar lazım idi.

"Bu qurumda hər kəsin öz rolu var”


- Təşkilat yarandan sonra təəccüb doğuran müqam ondan ibarət idi ki, burda "Azərbaycanı juliklər idarə edir” deyən Rüstəm Ibrahimbəyovla Ilham Əliyevin qudası Araz Ağalarov bir araya gəlmişdi?


- Ona görə deyirəm ki, var aktiv fiqurlar, var passiv fiqurlar. Ona görə biz onları bir səviyyəyə qaldırmamalıyıq. Başa düşməliyik ki, hər kəsin öz rolu var. Bəlkə sabah eşidəcəyik ki, kimsə o qurumdan çıxıb getdi. Bu da var.

- Bir fikir də var ki, hakimiyyəti narahat edən məhz Rüstəm Ibrahimbəyovla Söyün Sadıqovun bu təşkilatda təmsil olunmasıdır. Siz necə hesab edirsiniz?


- Bu suala birmənalı cavab verməyə çətinlik çəkirəm. Çünki proses hələ təzə başlanır.

"Kim pullarını Rusiyada qazanırsa, o, Rusiyanın xeyrinə oynamalıdır”


- Orda təmsil olunan milyarderlərin toplam var-dövləti təxmini 50 milyard dollardı. Ancaq onların heç birinin Azərbaycanda güclü biznesi yoxdur. Belə bir fikir var ki, bu da onların birləşməsində rol oynayıb. Bu nə dərəcədə inandırıcıdır?

- Mən bilirəm ki, Moskva onları istifadə edəcək. Onların bəlkə öz növbəsində maraqları var. Bu ayrı məsələdir. Bu əsas deyil. Əsas odur ki, onları kim və nəyə görə istifadə edəcək. Çünki uzun müddətdir Moskvada eşidirdim ki, bu və ya başqa şəxs Rusiyada pul qazanırsa, nəyə görə onu Rusiyanın maraqları üçün istifadə etməyək. Telman Ismayılovun taleyini yada salaq. Putin nəyə görə onun məsələsini qaldırdı? Çünki o getdi Türkiyədə iş qurdu. Putin deyirdi ki, sən niyə Rusiyada qazanılan pulları gedib Türkiyədə xərcləyirsən. Sən burda olmalısan. Söhbət bundan gedir. Rusiyanın siyasəti belədir. Kim pullarını Rusiyada qazanırsa, o, Rusiyanın xeyrinə, maraqlarına oynamalıdır. Ya da Rusiya üçün nəsə etməlidir. Kiminsə öz maraqları, öz oyunu varsa, bu ayrı məsələdir.

- Söyün Sadıqov bildirib ki, biz bu təşktlatı yaradanda Ramiz Mehdiyevə də, Zeynal Nağdəliyevə də məlumat vermişdik. Belə başa büşmək olar ki, məsələ razılaşdırılmışdı. Bəs sonradan nə baş verdi?


- Hesab edirəm ki, indi çox şey diplomatik ritorika xarakteri daşıyır. Başa düşürlər ki, Azərbaycanda bu quruma münasibət birmənalı deyil. Ona görə də sakitləşdirmək istəyirlər. Deyirlər biz zəng etmişik, danışmışıq, o tərəfin bu haqda xəbəri var. Ona görə bu daha çox diplomatik ritorika kimi qəbul edilməlidir.

- Qarşıdan prezident seçkiləri gəlir. Bundan sonra təşkilatla bağlı proseslər necə gedəcək?


-  Bu barədə danışmaq hələ tezdir. Həm də seçkilərə bir il vaxt var. O vaxta qədər çox şey dəyişə bilər. Tələsməyək.

Azadlıq Qəzeti

Категория: Azərbaycan | Просмотров: 1558 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus