Talış xan nəslinin davamçısı, tədqiqatçı və jurnalist Rəzzaqq Xansuvar Talışxanova ithafən
Müasir Talış gənclərinin müxtəlif qayğıları, necə deyərlər, dərdi–səri var. Təhsil, iş, ev və sair, bunlar hamıya məlumdur, bir də hamısını sadalamağa ehtiyac yoxdur.
Son 20–25 ildə bu problemlərə daha biri əlavə olunub, bu da, bəzi üzdəniraq pantürkçilərin yaratdığı süni milli ayrıseçkilik problemidir. Bütün Talış bölgəsinin gəncləri bu problemləri, çətinlikləri öz həyatlarında hiss edir və yaşayır.
Bu qədər gərgin ab–havada, illərlə arxa planda qalan Talışın dil, mədəniyyət, tarix və digər problemlərinə güzgü tutmağa çalışmaq, bu işlərə vaxt ayırmaq böyük bir fədakarlıqdır! Yaradana şükürlər olsun ki, belə qeyrətli gənclərimiz var və bu gənclərin içində Rəzzaq Xansuvar Talışxanov xususi ilə seçilənlərdəndir! Talış tarixinin araşdırılmasına xususi səy göstərən bu gənc hər cür alqışa laiqdir! İnsan özünü, böüklüyünü, gücünü bilmək üçün tarixini, keçmişini bilməlidir, keçmişini bilməyənin gələcəyi, böyüklüyü olmaz.
Biz arzu edirik ki, bütün talış gəncləri öz vətəninə, öz xalqına, öz tarixinə, öz mədəniyyətinə bu cür fədakarlıqla və həssaslıqla yanaşsın! Gənclərimizə, o cümlədən Rəzzaq Xansuvar Talışxanova bu müqəddəs işdə uğur arzulayırıq!
Bu şerlərimi Rəzzaq Xansuvar Talışxanova həsr edirəm.
Millətinə oğul ol
Baxıram, bu torpağın, varı, zəri talanıb. Gilondan ta Səlyona nıso, keri talanıb. Divalona sökülüb, Coni, Veri talanıb. Bəlləburun adı var, Izi, yeri talanıb.
Hardadır o butkələr, hardadır o mobutlar? Hanı Moğların sözü, müdrikliyə subutlar? Məzdolar hara getdi, hara itdi xəyotlar? Bu yurdu söküb – töküb, qırhaqır, tuthatutlar...
Kim olublar Şumerdlər, tarixdə sorağı var. Kaspilər, Kədusilər, hamsının bir bağı var. Kölgəsindən qorxublar, Merdlərin yarağı var. Qoy öyrənsin tarixdən, kimin ki marağı var!
Özünə tay bilmə bu "şanlı” qaramatları. Araşdır tarixini, keç hər cür Çinvatları. Qoy açılsın Zərdustun qat bağlamış Qatları! Öyrət oğluna kimdir dədə Atropatları!
Qara ələm altında, çoxu azdı yolunu. Şəri başa qoyaraq, çaldılar dümbülünü. İtdi müqəddəs yerlər, yırtdılar haqq tülünü. Məhf oldu Otəşqolar, sovurdular külünü...
Bunları bilməyən qul..._ quldan xalqa nə oğul?!
Özümü axtarıram.
Bu Talış torpağının astarında, üzündə, Babəkin iz qoyduğu dağlarında, düzündə, Mustafanın əzmində, Zülfuqarın sözündə, Anburların kökündə, bənövşənin gözündə axtarıram özümü.
Hər daşına dil töküm, bir söz var hər daşında, Ucalan qalaların, daşlaşmış yaddaşında, O qoç heykəllərinin min bəlalı başında... Şanlı gələcək üçün, keçmiş axtarışında_ axtarıram özümü
Baladdin VEŞO Lik, Andurmə, "Tolışon Sədo” qəzeti N:53, 26 iyun 2013-cü il
|