Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Сентябрь » 22 » Oxuyur Mürüvvət Həşimov…
15:55
Oxuyur Mürüvvət Həşimov…
"Azərbaycan radiosunun qızıl fondundan”, "Zabil Segah” muğamı. Oxuyur Mürüvvət Həşimov...”  Bəli, bu ad Azərbaycanın bütün muğamsevərlərinə yaxşı tanışdır.

Kimdir Mürüvvət Həşimov?


Həşimov Mürüvvət Rəzi oğlu 1930-cu ildə Masallı rayonunun Qodman kəndində bəy ailəsində dünyaya göz açmışdır. El-obanın böyük ağsaqqalı olan Rəzibəy Lənkəran şəhərində məskunlaşan məşhur Kələntərlilər nəslindəndir. Rəzibəyin babaları 200 il bundan qabaq Lənkəranda Şürük kəndinin yaxınlığında yerləşən MOĞOJOBA deyilən bir obadan Masallının Qodman kəndinə köçmüşlər. Bunlardan Əzizabaddan olan Talıblılar (yazıçı –inqilabçı Böyükağa Mirqasım oğlu Talıblı (1897-1938)  bu nəsildəndir) Həmçinin Qodmandan olan məşhur bəylər Mirələmbəy, Rəşidbəy, Kişi lələ, Aciz mamu çox adlı-sanlı adamlar olublar.

... 1906-cı ildə Masallının Qala bazarında bir seyidi döyürlər.Həmin gün Mirələmbəy seyidi döyənlərə xəbər göndərir ki, sabah Qala bazarına gəlib mərdi-mərdanə vuruşacaqlar. Sabah olur, Sığdaşdan, Əzizabaddan, Qəriblərdən, İsi kəndindən, Qodmandan yüzlərlə kişi Masallının Qala bazarına gəlir. Burada üz-üzə mərdi-mərdanə döyüş olur. Mirələmbəyin dəstəsi döyüşdə qələbə çalır. Qarşı tərəf məğlub olduğunu görür, xəyanətə əl atır. Uzaqdan Mirələmbəyi nişan alıb beşatılandan açılan güllə ilə vururlar.Bəy at belində imiş. Ani qanrılıb ona güllə atanı güllə ilə vurub yıxır, özü də atdan yıxılır.

Nəşini təmtəraqla Qodman kəndinə gətirirlər, ehtiramla torpağa tapşırırlar. O dövrdən Mirələmbəy "talışların qəhrəmanı” adını alır. Doğrudur, Mirələmbəy adi bir adamın şən-şərəfi yolunda şəhid olur, amma adına seyid, peyğəmbər övladı deyirdilər, bir növ dinin, Allahın, peyğəmbərin yolunda həlak olmuşdu.

İndi Mirələmbəyin Qodmanda, Kolatanda, Sığdaşda yüzlərlə nəvə-nəticələri yaşayır, babalarının bu şücaəti ilə fəxr edirlər.

Mirələmbəyin nəslindən olan Qodmanlı Qəyyum Həşimov milis polkovniki rütbəsində 35 il Astara, Yardımlı, Biləsuvar, Mingəçevir, Ucar rayonlarında  milis rəisi vəzifəsində çalışmış, 74 yaşında vəfat etmişdir. Qəyyum Həşimov 1953-cü ildə  Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) hüquq fakültəsini bitirmişdi.

Mürüvvət Həşimov da böyük qardaşı kimi oxuyub şəxsiyyət olmaq istəyirdi. O,1953-1958-ci illərdə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin)  fizika- riyaziyyat şöbəsində əyani oxudu. Uzun illər boyu Bakı şəhər məktəblərində müəllim işlədi, məktəb direktoru oldu.

Qoca ata-anasına həyan olmaq üçün bir müddət Qodman kəndinə köçüb burada yaşadı. 15 ildən artıq bir vaxtda Qodman orta məktəbində məktəb direktoru vəzifəsində çalışdı.

Mürüvvət musiqi məktəbində oxumuşdu. Gözəl musiqi duyumu, musiqi təhsili vardı, O, gəncliyində məharətlə tar çalırdı, çala-çala mahnılar, təsniflər oxuyurdı. O vaxtlarda batareya ilə işləyən iri radiolarda xüsusən bazar günləri muğam konsertləri verərdilər. Biz də həvəslə radionun başına yığışar, Mürüvvət Həşimovun oxuduğu muğamlara qulaq asardıq. O, 1953-cü ildən Bakı mühitində çox inkişaf elədi: İnstitutun tədbirlərində fəal iştirak edirdi: Çıxışları, ifaları çox bəyənilirdi, alqışlanırdı, təriflənirdi...

Azərbaycan Dövlət Filarmoniyasında İnstitutun ansamblı ilə çıxış etməsi musiqisevər tamaşaçılar arasında sensasiya yaratdı. Bu gənc xanəndənin uğuru haqda "Azərbaycan gəncləri” qəzetində gözəl bir məqalə dərc edildi: "APİ-nin gənc tələbəsi Mürüvvət Həşimov Azərbaycan muğamlarını özünəməxsus şirin ləhcə ilə oxuyur. Onun oxuduğu mahnılar, təsniflət, muğamlar hamıni heyran edir...”

Hələ tələbə ikən Bakı kəndlərində: Nardaranda, Buzovnada, Bilgəhdə, Maştağada... el şənliklərində, toy məclislərində tez-tez iştirak edirdi, şirin məlahətli səsi ilə oxuyur, bakılıların dərin rəğbətini qazanırdı.

Mürüvvət Həşimovun bacısı oğlu, dünya şöhrətli alim, filologiya elmlər doktoru, ingilis dilinin mahir tərcuməçisi, BDU-nun proffessoru Zeydulla Ağayev onun oxumalarının vurğunu idi. Bir gün gənc dayısının-Mürüvvətin qolundan tutub Azərbaycan radiosunun studiyasına apardı.

Bu hadisə 1970-ci ildə baş vermişdi. Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında Mürüvvət Haşımovun ifasında "Zabil segah” muğamını lentə yazdılar, onu Azərbaycan radiosunun qızıl fonduna daxil etdilər.

Mürüvvət Həşimov həm də gözəl ailə başçısıdır. Onun bir oğlu Füzuli Bakı şəhərində yaşayır. O biri oğlu Rövşən Mürüvvətoğlu tanınmış müğənnidir.

Azərbaycanın cənub bölgəsində Astara, Lənkəran, Masallı, Cəlilabadda, iri şəhərlərdə: Bakıda, Gəncədə toy şənliklərində oxuyur, əhali tərəfindən rəğbətlə qarşılanır.

Rövşən 35 yaşındadır. O da musiqiyə atası qədər böyük həvəs və maraq göstərir. Atasının musiqi  sənətini davam etdirir, yaşadır. Masallı rayon turizm və mədəniyyət şöbəsinin müdiri Lətifə Mövsümova Rövşəndən çox razılıq edir ki, o, rayonun mədəni həyatında fəal iştirak edir.

Hazırda Mürüvvət müəllim 82 yaşındadır. Çox gümrahdır. Yaşlı olmasına baxmayaraq, indi də oxumağından qalmır, səsinin təravəti yerindədir: Hərdən ailə şənliklərində pəsdən oxuyur...

Mürüvvətin bacısı oğlanları Vəfadar və Şahvələd də dayılarına oxşayıblar. Onlar da musiqiyə bağlı insanlardır. Şahvələd Bağıroğlunun vaxtilə Cənub telekanalında məharətlə oxumasını hamı məhəbbətlə xatırlayır. O, indi Rusiyanın Perm şəhərində yaşayır. Orada müğənnilik edir, şənliklərin aparıcısıdır.

Biz gözəl insan, muğam bilicisi Mürüvvət Həşimova cansağlığı arzulayırıq. Arzu edirik ki, Azərbaycan radiosu Mürüvvət Həşimovun oxuduğu muğamları daim səsləndirsin, biz də feyziyab olaq!

BAĞIR COŞQUN,
ALLAHVERDİ BAYRAMİ,

Masallı rayonu, Kolatasn kəndi. 19.09.2012
"Tolışon Sədo” N:32(44), 22 sentyabr 2012


Категория: Talış incəsənəti | Просмотров: 2858 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus