Bizim üçün həyatda üç müqəddəs və əbədi anlam mövcuddur:
1) Allah – Taala;
2) Vətən;
3) Dövlətçilik!
Bunu birdəfəlik bilin və sırğa eləyib asın qulaqlarınınzdan.
Yüz illər üzü bəri süzülüb gələn və inci tək cilalanmış çox mühüm atalar məsəlləri var. Onlardan biri, "Vaxtsız banlayan xoruzu kəsərlər”, ikincisi, "it ağac kölgəsində yatar, elə bilər öz kölgəsidir.”
Elə boşboğaz, yalançı gənc və elə yalançı siyasətçilər var ki, elə sahibinin kölgəsində yatan sədaqətli dördayaqlı kimidir. Belələri yəqin ki, heç ağlına da gətirmir ki, şellənib yatdığı kölgə dəvə quşu quyruğunun saldığı kölgədir. Və həmin o dəvə quşu özü də başını guya qumda gizlədib. Yəni bu mənzərəni təsəvvür eləsək, görərik ki, "dar boğazdan gen çığıran” psevdo-gənc və psevdo-siyasətçi fuksionerlər fərqində deyillər ki, sahibinin başı əslində qumda yox, ictimai yerlərdə bərkdən deyilməyi ayıb sayılan bir... "yuvadadır”.
Odur ki, Orduxan və orduxankimilər qoy ehtiyyatlı və üsullu olsunlar.
Azəri – Talış İctimai Birliyinin keçirdiyi tədbirə nifrin və paxıllıqla yanaşan "cənab” "bəy” Orduxanlı bu sayaq münasibət sərgiləməklə (bilməmişdik, bundan sonra ağız bahəm eləyib, tədbirlərimizi Orduxanın "vizası” – bu sözü vızıltı kimi də qəbul edə bilərsiniz – olmadan keçirmərik. Əl-həzər!) heç şübhəsiz ki, adının ikinci hissəsini itirmiş olur. Adının qalan birinci hissəsiylə, yəni orduyla isə o, ancaq və ancaq zurna-balaban üfləyə bilər. Vəssəlam!
Mirfəyaz Likməkani
Azəri – Talış İctimai Birliyinin Gənclər Təşkilatının sədri