Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Май » 19 » “Ora” qaçmayın, onsuz da gecikmisiz…
21:56
“Ora” qaçmayın, onsuz da gecikmisiz…
        
 ...Qəhrəmanon əzınin tars!
...Tarsoy boydəğ əbıni barz!
   Baladdin Veşo


Mənim xüsusi prinsipim var, mənə tapşırılan işi bacardıqca yaxşı icra etməyə çalışıram. Haradasa özümə aid bir işdə səhlənkarlıq edə bilərəm, amma mənə tapşırılmış ictimai işlərə məsuliyyətlə yanaşır, bütün bacarığımı bu işə sərf edirəm və hesab edirəm ki, 40-50 %-də olsa buna nail oluram da …

….Mən, qəzetın çapı ilə əlaqədar tez-tez Respublika Talış Mədəniyyət Mərkəzinin üzvləri ilə görüşürəm, onların mənimlə görüşdən nə qədər məmnun olduqlarını bilməsəm də, mən hər bir Böyük Talışla görüşdən sonra bir az da həvəslənirəm, özümdə yeni güc hiss edirəm. Sözüm bunda yox, bu işin görünən tərəfidir, görünməyən bəzi məqamlar var ki, bütün Talışlar kimi məni də narahat edir…

Respublika Talış Mədəniyyət Mərkəzi və ədliyyə nazirliyi

İş elə gətirdi ki, biz, yəni mən və RTMM-in bir neçə aktiv üzvü RTMM-in qeydiyyat vəziyyətini müzakirə etdik. Müzakirə vaxtı başa düşdüm ki, hələ də RTMM-nə Qeydiyyat Şəhadətnaməsinin verilməməsi, mənim kimi həmsöhbətlərimi də bərk narahat edir və mən RTMM-nin fəallarına "bu məsələni araşdıracam” sözünü verdim, Bakıya qayıdıb "əməli fəaliyyətə” başladım, ədliyyə nazirliyinin qeydiyyat idarəsi ilə əlaqə saxladım, şifahi sorğuları cavablandırmayan "ədliyyəçilər”, məndən yazılı müraciət etməyimi xahiş etdilər və mən də, qanunlara hörmət edən bir vətəndaş kimi RTMM-nin qeydiyyat vəziyyətini özüm üçün dəqiqləşdirmək məqsədi ilə baş idarəyə sorğu ilə müraciət etdim, indi qalıb həmən müraciətin cavabını 10-15 gün gözləmək. Düşünürəm ki, 20 ildən artıq bir vaxtda bu cavabı gözləyənlər üçün 10-15 gün elə də böyük vaxt deyil. Hər halda bu mənim birinci addımımdır, növbəti addımım RTMM-i adından ədliyyə nazirliyinin qeydiyyat idarəsinə təkrar müraciət etmək olacaq ki, yüzdə doxsan doqquz bizə yenədə qeydiyyat şəhadətnaməsinin verilməsi əngəllənəcək, çünki mədəniyyət mərkəzinin adının qarşısında bir tilsimlənmiş, çoxları üçün kabus olan "TALIŞ” sözü var! Əgər, Allah bunlara insaf versə və bizə qeydiyyat şəhadətnaməsi verilsə, heç, mən lal, yox əgər həmişəki kimi şeytan bunları azdırsa və bizə həsrətində olduğumuz şəhadətnamə verilməsə, biz nə ombudsmana, nə avropa məhkəməsinə, nə də prezidentə müraciət etməyəcəyik! Biz sadəcə olaraq RTMM-nin adında düzəliş edib, onu ya yəhudilərin, ya da ermənilərin mədəniyyət mərkəzi kimi qeydiyyatdan keçirəcəyik ki, heç olmasa o andır şəhadətnamənin üzünü görək. Oxucu deyə bilər ki, əgər Talış Mədəniyyət Mərkəzinə şəhadətnamə verilmirsə, onda heç erməni mədəniyyət mərkəzinə "fiq”də verməzlər, bax Oxucu burada yanılır, Talışlara baxmayın, ermənilərin səlahiyyət sahiblərinin yanında əməlli-başlı hörməti var, hətta bəzi əyri ağızlar bir-iki kəlləvuran səlahiyyət sahibinin ermənilərlə "dayı-bacıoğlu” qədər yaxın qohumluq münasibətlərinin olduğunu söyləyirlər. Vallah mən millətçi deyiləm, bütün millətlərə hörmətlə yanaşıram, bəzi din xadimlərinin sözü olmasın, hamı bir kişinin (?) belindən gəlib, mənim üçün kimin kimnən dayı-bacıoğlu olması da vacib deyil, mənim üçün vacib o həsrətində olduğumuz balaca kağız parçasıdır ki, heç olmasa onun "şiklini” qəzetə verib, rahatlanım.
                                       
Ay Baladdin hey....

 Bir Baladdin var, tanınmış Talış şairidir, onun necə böyük şair olduğunu göstərmək üçün Baladdin Veşonun "Peşt bəbem bəştə xəlği” şeirini çap etmək qərarına gəldim, mən gənclik illərimi Bakının küçələrində "mustfa, mustafa” qışqırıb, küləyə verəndə, o Talış mədəniyyəti yolunda cabalayırdı. Indi bu Baladdin nədənsə kənara çəkilərək, mədəniyyətə yox, mədəsinin niyyətinə qulluq edir və sən demə o bu yolda heç də tək deyil, onlarla köhnə aktiv Talış "daha yorulmuşam, daha bizə qarşı yaradılan süni problemlər məni yorub, bir əlac qalıb, bizə qarçı edilən diskriminasiya siyasəti ilə barışmaq” deyərək Talışlıqdan talışlığa keçmək istəyirlər, amma bu onlarda alınmır, alınmazda! Çünki Şir yorulanda da Şirdir, bir nəriltisi ilə ətrafındakı bütün yalquzaqların səsini batıran ŞİR!  Qartalın ölüsü qartal, çalağanın dirisi isə loşğurdur! Indi, ay Baladdin, Şir kimi nərildəmək vaxtıdır, yoxsa bizi zor ilə uladacaqlar...
                                   
Kofiri Sədo

Mənim "TALIŞLAR və talışlar” yazıma, daha doğrusu onun ”Hacılar” hissəsinə bəzi "dinbazlar” rəy bildiriblər, sən demə biz kiminsə xoşuna gəlmək üçün "TOLIŞİ SƏDO” nu "kofiri sədo”ya çevirmək istəyirik və buna görə də mənə bu yazını yazmağı tapşırıblar, ay hay, qıdı kirvə, "sən” məni kiminləsə səhf salma, mən sifarişlə yazı yazsaydım indi respublikanın bir nömrəli qəzetində böyük qonorarla çalışırdım, o ki, qaldı hacılara, mən yenə də öz fikrimdəyəm, böyük Yaradan hər bir hacının Həcc ziyarətini istəməli, bu ziyarəti onun boynuna qoymalıdır! Hacı əməli-salehliyinə görə artıq ziyarətsiz hacı olmalı, Həcc ziyarətinə isə tək formallıq xatirinə getməlidir. Ziyarətsiz Hacı olmaq üçün isə uzun illər 5-6 imkansız tələbənin tədris xərcini çəkməli, allah rizası üçün kasıblara, iş tapa bilməyənlərə, yetim-yesirə dəstək olmalısan və mənim şəxsən tanıdığım bir neçə belə hacı da var ki, onlar uzun illər qohum-qəbilələrinin imkansızlarına daima dəstək olublar və Həcc ziyarətinə də məhz qohum-qəbilənin təkidindən sonra gediblər. Daima millətlərinin yanında olan bu hacılar bu gün də bizim qəzetin aktiv oxucularıdılar. Amma bəzi hacılar var ki, Həcc ziyarətinə məhz reklam xətrinə gedirlər və biz məhz bu cür hacıcığazları qəsd etmişdik. Maraqlısı budur ki, qohum-qonşudan "birdən pul istəyər” fikri ilə gizlənən bu zatlar sanki kordular. Kor olmasaydılar reallıqları görərdilər, reallıq isə budur: Azərbaycan adlı bir məmləkətdə hər gün 7-8 nəfər imkansızlıq üzündən özünü asırsa, körpə anası ətə, körpə isə ana südünə tamarzıdırsa, səhərdən-axşamacan qul bazarında iş axtarıb, tapa bilməyən ata, axşam evinə əliboş, üzü qara gəlirsə və eyni vaxtda bütün bunları görməyən, görmək istəməyən "hacılığa namizədlər” Qafqaz Müsəlmanları İdarəsinin kəllə-çarx qiymətləri ilə "hacı” olurlarsa, din xadimləri fitrəni, zəkatı, xumsu Qurani-Kərimdə yazıldığı kimi yox, özlərinə sərf eləyən formada ayrılmasına fətva verirlərsə, mənim yazmağa sözüm qalmır, kor və saxta hacı və ya din xadimi olmaqdansa, mənim kimi kofir olmaq məsləhətdir. Allah niyyətinizi, əgər safdırsa, versin....
                                                             
9 və 10 may

Qələbə bayramı gəldi keçdi, sağ olsun prezident, müharibə veteranlarını sevindirdi, amma ən çox sevinənlər yaparazitozlar oldu. Yaparazitozlar hər il 9 mayı kölgədə qoyan 10 may tarixinə görə çox sevinirlər. Ona görə yox ki, onlar mərhum Heydər Əliyevi çox sevir(di)lər, onlar Heydər Əliyevə "sevgilərini” 91-ci ildə, Ali Sovetdə onun çıxışını kəsmək üçün ayaqlarını pola döyəcləyəndə göstərmişdilər, ona görə sevinirlər ki, qaz vurub qazan doldurmaq vaxtıdır (Qaz deyəndə mən Azərbaycan xalqını nəzərdə tutmuram). Kimisi Hollandiyadan dənəsi 5-6 qəpik olan gülləri Bakıya dənəsini 2-3 manata gətirib, qazandı, kimisi (hacı)bala-bala Çindən, fantastik qiymətə, (həmən pula almanlar 1 il fişəng-fişəng oynayarlar), fişəng-mişəng gətirib, qazandı, kimisi Kiyevin, Madridin küçələrinə, diaspora adı ilə 10-15 qohum-qəbiləsini çıxarıb, qazandı, kimisi də maliyyə nazirliyində oturub bu paraları ayırıb, faizindən qazandı. Təbii ki, ən çox xalq "qazandı’ və ən çox da elə xalq "sevindi”! Necə də sevinməsin, ən azından il ərzində neftdən valyutaya, yalyutadan isə kimin üçün "külə”, kimin üçünsə "gülə”  dönən milyardları görməsə də, 20 milyondan yuxarı qiyməti olan gül bayramının "fəal” iştirakçısı olmaqla yanaşı, bayramın sonunda yaparazitozların "qaz və qazan” sevinclərinin bariz nümunəsi olan atəşfəşanlığı seyr etdilər! Xalqın sevincinin həddi-hüdudu yox idi, niyə də sevinməsinlər ki? Ən azından  bir neçə milyonun Bakı sımasında 2-3 dəqiqə ərzində necə yanıb, kül olduğunu görmək hər kişiyə qismət olmur (Bizi kofir adlandıranların bu məsələdə cınqırları da çıxmır). Şeytan bazarınızı versin, ay yaparazitozlar...
                       
Azərbaycanın layiqli qələbəsi....

 "Avroviziya” yarışması bitdi, əksər vətəndaşlarımız kimi mən də bu yarışmanı seyr etdim və birincilik qazanmağımıza çox, lap çox sevindim! Bu Azərbaycanın möhtəşəm və böyük qələbəsi idi, amma... Amması odur ki, bəzi yalançı "patriotlar” telekanallara çıxıb "türklərin möhtəşəm qələbəsindən” ”geninə-boluna” danışırdılar. Demək bu Qələbədə talışların, tatların, ləzgilərin, kürdlərin payı yox idimi? Azərbaycanın dərdi hamının, qələbəsi isə tək türklərindimi? Belə olmaz, olmamalıdı, adım kimi əminəm ki, sabah torpaqların işğaldan azad edilməsində bu yalançı patriotların heç biri iştirak etməyəcək! Güc yenə də bizə-milli vətənpərvərlərə düşəcək, bu poliqlot-jımotlar isə ataları kimi yenə də gizlənəcəklər! Nə isə, Qələbən mübarək, Azərbaycan!... 
                                        
Bu da bank hesabı....

Bəzi iş adamları nədənsə Talış olmaqdan qorxurlar, ona görə də qəzetə köməklik etmirlər, onlar qəzetə köməklik etsələr, biz qəzeti ən azı 5 min nüsxə ilə çıxarıb kənd-bə-kənd pulsuz payladarıq! Mədəniyyətimizin və ən əsası ANA dilimizin qorunub saxlanmasında hər bir iş adamının qəzetə və Mədəniyyət Mərkəzinə yardım etməsi vacibdir. Bəzi dostlarımız deyir ki, iş adamları sizin qəzetə yardım etmək istəyirlər, amma bank hesabınızın olmaması bu yardımı əngəlləyir. Qəzetə yardım etmək istəyənlərin nəzərinə: RTMM-nin təklifi ilə bank hesabı hələlik, RTMM-nə qeydiyyat şəhadətnaməsi alınanacan, mənim adıma açılıb və qəzetin son səhifəsində yerləşdirilib. Buyurun Cənablar, söz sizindir. Mənim fikrimcə hər bir Talış hər axşam özünə sual verməlidir: "Mən bu gün mədəniyyətim üçün, xalqım üçün nə etmişəm?” Ey Talış, bəs sən xalqın üçün nə isə etmisən?

İ.S. Əlində qəzet  "işverənliyə” qaçanların nəzərinə: Bu qəzeti səndən qabaq  "ora” çatdıran var, özünə əziyyət vermə...


Hesab nömrrəsi: AZN üçün: "Bank of Baku” ASC Yasamal filialı
Cəlilov Rafiq Şahrza oğlu hesab nömrəsi 3801000000159315
VÖEN  1700038881
 kod 506322     müxbir hesab 0137010007944 
S.W.I.F.T   JBBKAZ22

US Dollars:
Jalılov Rafig Shahrza oghlu ACC N   3811001000159315
İNTERMEDİARY BANK
Standard Chartered Bank, New York
CORR. ACC.  3582023389001
SWIFT:  SCBLUS33
BENEFICIARY BANK:
"Bank of Baku” OJS     S.W.I.F.T.   JBBKAZ22
Baku, Azerbaijan


Rafiq CƏLİLOV
celilovrafiq@mail.ru


 

Категория: Талыш xəbərləri | Просмотров: 1613 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus