Yaxud, oğrunun paklıqdan, qanun-qayda yaratmaqdan danışmağa haqqı varmı?
Uzun illərdir ki, ölkə jurnalistlərini, qələm sahiblərini narahat edən qlobal məsələlərdən biri də rüşvət və korrupsiyadır. Azərbaycanda qəbul olunan bərli-bəzəkli, gözəllikdə "anoloqu” olmayan qanunların işlək olmamasına bir qədər aydınlıq gətirməklə şəxsi mülahizələrimi oxucularla bölüşmək istəyirəm.
"Böyük vətən” müharibəsində iştirak edənlər və dünyasını dəyişən ata-babalarımızın ruhu məni bağışlasın.
Mən həmişə Adolf Hitlerə rəhmətlik demişəm. O binəvanı bugünkü tariximizə tamamilə yanlış bir vəhşi obraz kimi sırıyıblar. A.Hitlerin ən yaxşı cəhətlərindən biri o idi ki, öz xalqını sevməklə, istəyirdi Alman xalqı firavan yaşasın. O, qısa müddətdə ölkəsində qanunların işlək olmasına nail oldu. Əgər o, da haram pullarla "Həcc ziyarətinə” getsəydi, Dubayda özünə mülk tikdirsəydi, rüşvət alsaydı, korrupsiyaya qurşansaydı, onun əsgərləri bizim əsgərlər kimi evdən komandirləri üçün "kontur” tələb etsəydi, qanunları da əhalisinin kasıb təbəqəsinə tətbiq edilsəydi, Alman xalqı onun başına and içməzdi.
Almaniya qanunları hər bir vətəndaşı üçün işlək olmaqla, dəyər kəsb edirdi. Bu fikirlərimi daha dürüst, müqayisəli şəkildə ifadə etmək heç də pis olmazdı. Adolf Hitler SSRİ-yə müharibəni uduzdu. Onun ideyaları bu gün də yaşayır. Müharibəni udan SSRİ hökuməti öz vətəndaşlarına zülm etməyə başladı.
Xışla, kotanla, əl əməyi, kustar üsullarla kənd təsərrüfatını, ağır və yüngül sənayenin potensialını qaldırmağa başladı. Bir şərəfsizin "sukalığı”la elm adamları sürgün edildi, güllələndi. Savadsızlar, yaltaqlar və məddahlar "Kommunist” biletləri ilə ölkəni talan etməyə başladılar. Ölkə günü-gündən geriləməklə "perepiska”nın qurbanına çevrildi... Beləliklə, ərazisi nəhəng olan ölkə yetmiş ildən artıq yaşaya bilmədi. Sadə bir misal göstərim: kommunist ideologiyası diktə edirdi ki, sovet insanı varlı olmamalıdır, burjuaziyanın kökü kəsilməlidir. Sovet vətəndaşları avtobusla hərəkət etməlidir...
Şəxsi avtomobillərdən heç söhbət gedə bilməzdi. 1960-cı ildən sonrakı dövürlərdə sovet hakimiyyətinin iç üzünü Xruşşovun yarıtmaz siyasəti açdı. Əlbəttə bu tarixi proseslərin bir hissəsini biz yaşamışıq. Baxmayaraq ki, o dövürlər üçün sinov gedənlər də az deyil. Çünki bu insanlar inkişaf etmiş, insana və onun haqlarına dəyər verən bir ölkə görmürdülər. SSRİ deyilən zəncirli, tikanlı məftillərlə həlqələnmiş bir ölkədə yaşayırdılar. Kim necə bacarırdı dövlətdən oğurluq edirdi. Qanunsuz işlərinə "qanuni” don geyindirənlər rüşvət verib, rüşvət alırdılar. İmperialist sovet quruluşunun qayəsi belə idi.
1970-ci illərdə isə Azərbaycanın "İri addımları” nümunəsi ilə "Perepiska” yoluna üstünlük verən böyük SSRİ-nin qeyd etdiyim xəstəlikləri onu öldürüb, dəfn etdi. Sovet quruluşunun ideoloqu Vladimir İliç Leninin tabutu hələ də Moskvada movzuleydə ortalıqda qalıb, insan kimi onu dəfn etməyi heç kəs öz üzərinə götürmür. Torpaq da onu qəbul etməz, bu da Allahın sirridir.
Respublikalar ayrıldı, həmin əxlaq, həmin təfəkkür, o sovet bataqlığından çıxan cəmiyyətimizin beyninə virus kimi yayılmaqla bu gün də insanlar rüşvət, korrupsiya və "perepiska” xəstəliyindən müalicə oluna bilmirlər.
Yazida yenə keçid etmək istərdim Almanlara.
Müharibəni uduzan ölkə Almaniya, var gücünü sərf etdi elmə, tərəqqiyə, xalqının firavan yaşamasına. Bir qədər də müqayisəli desək, Almaniyanın bir çox avtomobil zavodlarında işləyən fəhlələrə dövlət kreditlə fərdi avtomobil satmağa başladı. Hələ digər konfortabelli şeylərdən danışmıram. Almanların istehsal etdiyi yüksək keyfiyyətli BMV minik maşınını öz xalqı üçün, Mersedess və digər, nisbətən zəif maşınları xaricilərə satmağı nəzərdə tutdu. Budur dövlətin öz vətəndaşına olan qayğısı və dəyəri!
Bir qədər də Almaniyanın təhsilindən desək. Bizdən fərqli olaraq, hal-hazırda Almaniya məktəblərində dövlət yaxşı oxuyan şagirdə beş yüz ABŞ-dolları civarında pul verir.
Deyin görüm, o məktəbdə pis oxuyan uşaq olarmı? Həmin ödəniş bizim məktəblərdə olsa, xadimələrin əmək haqqını mənimsəyən məktəb direktorlarımız nə edərlər? Orada hansı qayda ilə, şagirdləri məktəbə xüsusi avtobuslarla aparılmasından bəhs etmirəm (bu ayrı söhbətin mövzusudur). Məktəbəqədər təhsil ocaqlardakı dövlət imtiyazlarından da danışmıram. Çünki sovet bataqlığından çıxa bilməyən manqurt rəhbərlərimizə bu yazılanlar yuxu kimi gələr. Amma, bütün bu deyilənlər həqiqətdir.
Axı şərq aləmində ilk demokratik cümhuriyyəti bizim ata-babalarımız qurdu ki, biz hamıdan yaxşı yaşayaq. Məgər bizimkilər diktatura yolunu seçdilər? M.Ə. Rəsulzadə, Ə.Ə.Elçibəy qədər demokratik dəyərlərə önəm verən şəxsiyyət hansı ölkədə olub?
Nədən biz düzəlmək istəmirik, insan olub, insan kimi yaşamaq istəmirik, axı Allah talah hər kəsə bir ömür, hamıya bərabər hüquq verib.
Oğurluqdan söz açmışkən, Gürcüstanın prezidenti Mixail Saakaşviliyə sualla müraciət olundu ki, qısa müddətdə ölkənizdə rüşvəti necə yığışdırdınız? Cavabında bildirdi ki, ölkənin birinci adamı olaraq, mən rüşvət almıramsa, kimin nə həddi var rüşvət alsın.
Azərbaycanda görüntü xətrinə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə "şousu” bitdikdən sonra, bu xoşagəlməz hal daha da pis mənada çiçəkləndi. Hər işin "dozası” yuxarı parametrlə artdı.
Deyirəm ki, bizim hökumət islahat deyilən şeyi qanmır, rüşvət və korrupsiya olmasa bu hakimiyyət və onun məmurları ölər.
Bir həqiqət də budur ki, böyük oğru kiçik oğruya deyə bilməz sən oğrusan, oğurluq etmə.
Mətləb Dadaşi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
|