Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2010 » Декабрь » 28 » Novruzəli Məmmədov. Bitməmiş povest... (Adsız...)
18:51
Novruzəli Məmmədov. Bitməmiş povest... (Adsız...)
Şəhid Novruzəli Məmmədov bu yarımçıq qalmış povestini 15 saylı cəzaçəkmə müəssəsinə köçürildikdən sonra (fevral - iyul 2009-cu il) yazmağa başlamışdı... Əfsuslar olsun ki, amansız taleyinin hökmü ilə, hissə-hissə, kağiz parçalarında xəlvəti olaraq ailəsinə göndərdiyi bu yazılarını o tamamlaya bilmədi...

(ardı, əvvəli burada)


Taleyə bir bax! Atamoğlan müəllim indi haqq dünyasındadır, amma onun ruhu sanki Əhməd Kəlbiyevi daim izləyir, onun "inkişaf” eləməyə qoymurdu. Bu insan nə vaxta kimi onu izləyəcək, arzularına çatmaq üçün qarşısında sipər kimi duracaqdır?! Bu fikirlərlə qəm dəryasına batmış Əhməd Kəlbiyevin Komissiyaya etiraz etməyə hec cürəti belə çatmadı. "Görünür, Atamoğlan müəllimin "məsləhət”lərindən İnstitutun professor-müəllim heyətinin də xəbəri var”,-deyə fikirləşib razılığını verdi. Qorxurdu etiraz etsə, bəd ayaqda onu dövlət imtahanlarından kəsə bilərlər. Məsələni şişirtməmək üçün o bu yolu-susmağı daha münasib bildi.

Dövlət imtahanları ərəfəsində iş yeri onu artıq gözləyirdi. Həmin andan institutdakı son semestr və dövlət imtahanlarını hansı "üsulla verəcəyi barədə, rayona gedib kənd təsərrüfatının böyük gəlir gətirə bilən hansı sahəsi ilə məşğul olacağı barədə beynində planlar qururdu.

Beləcə Əhməd Kəlbiyev institutu bitirəndən sonra, dəqiq desək, institut ondan canını qurtarandan sonra gənc mütəxəssis kimi Masallıya yollandı. Işə balandığı gündən az iş görüb çox pul qazanmaq barədə planlarını həyata keçiməyə başladı. Bölgədə hələ heç kimin ağlına gəlməyən xaşxaş istehsalına üstünlük verdi. Bunun həyata keçirilməsi üçün isə torpaq sahəsi əldə etmək gərək idi. Çörək, un məmulatlarına xaşxaş vurulanda onun insanlara verdiyi eyforiyanı nəzərə alan gənc mütəxəssis Masallıda bu sahəni inkişaf etdirmək məqsədi ilə qohum-qardaşlarının maliyyə dəstəyi sahəsində birinci mərhələdə 250 hektar torpaq sahəsini sovxozun balansından sildirib öz şəxsi fermer təsərrüfat sahəsi kimi əkib-becərməyə başladı. Tezliklə yaxın qohumlarından, dost-tanışlarından ibarət işçi qüvvəsi yaratdı, onlara yaxşı zəhmət haqqı və əlverişli iş rejimi vəd etdi.

Bir ara qonşu rayonlarından da gəlib dadlı Masallı çörəyini alanların ardı-arası kəsilmirdi. Qısa müddət ərzində və eyni zamanda yüksək sürətlə Əhmədin cibinə dolan pullar onu daha da yeni "zirvələr” fəth etməyə ruhlandırırdı. Çörəkçilik biznesi adı altında o daha çox qazanc əldə etmək məqsədilə istifadəsində olan 260 hektar torpaq sahəsinin bir hissəsində çətənə kolu becərməyə başladı və bundan əldə etdiyi gəlir hesabına rayonda digər sahələri də inkişaf etdirməyi başladı. "Ara xəlvət, tülkü bəy”, deyə bir neçə yerdə maşınların təmiri profilak¬toriya¬la¬rı, şəhər mərkəzində supermarket, avtovağzalda çayxana, pullu ədəbxana (tualet) tikdirdi. "Əhaliyə maddi yardım cəmiyyəti” adı ilə şəhərin tən ortasında nəzir qutusu qoydurdu ki, camaat əziyyət çəkib məscidlərə getməsin, pullarını əldən qayırma molların ciblərinə doldurmasın. Şəhərdə elə bir gəlir gətirən obyekt qalmadı ki, Əhməd onu özəlləşdirməsin. Bu obyektlər hesabına dünyada ən böyük şəlalə sayılan Niaqaranın yüksəklikdən gurultu ilə axıb tökülən suyu kimi gələn pullar Əhmədə sanki yeni həyat verirdi. Bu pulların hesabına rayonda ən yüksək vəzifəyə nail oldu. Özünü bəd nəzərlərdən hifz eləmək üçün pencəyinin sol döş cibində gözmuncuğu da gəzdirirdi. Həftədə bir dəfə cümə axşamları evdə üzərlik yandırıb tüstüsünü bədəninə, paltarına çəkirdi ki, şər qüvvələr ona yaxın düşməsin. Göz muncuğunun, üzərriyin gücünü onda hiss elədi ki, rayonun, Azərbaycanın digər bölgələrindən olan savadlı, ağıllı bacarıqlı oğul və qızları ilə deputat mandatı uğrunda  gedən mübarizədən o, uğurla çıxdı. Xalq ona etimad göstərib səs verdi, onu özlərinə elçi seçdi. Həmin gündən o, Milli məclisisn "fəal” üzvlərindən oldu. "Fəal” üzv deyəndə başa düşmək lazımdır ki, o, ingilis bayrağı kimi külək (yuxarılar nəzəzrdə tutulmalıdır) hansı səmtə əsirsə, o da həya-abır gözləmədən itaətkaranə həmin tərəfə çönür. Əgər  yuxarıdan ona desələr ki, "aga qara”dı, o bunu məmnuniyyətlə edir və fikrinin doğruluğunu "sübut” etmək üçün saatlarla mübahisə edər və deyə bilər ki, "nə fərqi var?! "ağ da qara”da rəng bildirən sözlərdir və yuxarılar belə məsləhət bilirlərsə, demək belə də olmalıdır. Onlar hər halda bizdən çox bilirlər”.

İnstitutu kəmsavad bitirmiş Əhmədə həqiqətən elə gəlirdi ki, "yuxarıda” işləyənlər hər şeyi bilir, onların dedikləri mütləqdir, hamı onların dediklərini yerinə yetirməlidir. Elə bu "yüksək” keyfiyyətlərinə görə də onu hər seçkidə Milli Məclisin deputatı seçirlər. Üzümüzə gələn seçkilərdə deputat mandatına sahib olmaq üçün onu sınaq meydanına çəkirlər. Çox uzağa getmək lazım deyil. 2007-ci il fevral ayının 2-də Respublikamızın nüfuzlu təşkilatlarından birində-AMEA-nın Dilçilik institutunda işləyən professor Dəmir Poladov Milli Təhlükəsizlik Nazirliyi tərəfindən işlədiyi kabinetindən müəmmalı şəkildə oğurlanaraq nazirliyin zirzəmisinə satındı. Adını da qoydular ki, guya o, dövlət sirrini Xarici Xüsusi xidmət orqanlarına ötürüb. Oxucularda tam təsəvvür olsun deyə qeyd etmək lazımdır ki, Dəmir Poladov fizik deyil, kimyaçı deyil, Kosmik Tədqiqatlar institunda işləmir, Xüsusi Konstruktor bürosunda çalışmır və ən nəhayət Müdafiə Nazirliyində işləyən adam deyil ki, dövlət əhəmiyyətli sirrlərə malik olsun və ya onları əldə etsin ki, Xarici Xüsusi xidmət orqanlarına ötürə bilsin. O, sadəcə dilçi alimdir və 45 ildir ki, Azərbaycan dilçilik elminin müxtəlif müxtəlif sahələrinə dair 70-dən çox monoqrafiya və elmi məqalələrin müəllifidir. Dilçilikdə elə bir dövlət əhəmiyyətli sirr yoxdur ki, o onu kimlərə ötürsün.

Dəmir Poladov həbs olunan (oğurlanan) ondan beşcə gün keçməmiş radio-televiziya vasitəsilə aləmə car çəkdilər ki, milliyətcə talış olan bir Azərbaycan vətəndaşı talış dilində qəzet ("Tolışi Sədo”) buraxmaqla və talış dilinə aid bir neçə kitab çap etdirməklə Azərbaycan dövlətinə xəyanət etmişdir. Belə məqamlarda, əlbəttə, şou düzəltməkdə "yuxarılar” yüksək məharət nümayiş etdirməyi yaxşı bacarır. O məqsədlə də "yuxarılar”-dan verilmiş tapşırığa əsasən Milli Məclisin deputatlarından  bir nəfər televiziya ekranı qarşısına çıxıb Dəmir Poladovu "ifşa edəcək tarixi çıxış” eləməli idi. Özü də həmin deputat talış bölgəsindən olmalı idi. Şərt qoymuşdular ki, kim ki çıxışını edəcəksə və əgər bunu uğurlu edəcəksə , ona deputat mandatı hədiyyə veriləcəkdir-seçkisiz-filansız. Əhməd Kəlbiyev bu missiyanı üzərinə götürmək üçün "həri”-sini artıq vermişdi, amma bunu deputatlardan gizli saxlayırdı. Bölgənin digər deputatları isə bu "şad” xəbəri eşidən kimi canlarına vəlvələ düşdü. Heç kəs istəmirdi belə bir ağır və məsuliyyətli yükün altına girsin. Lakin bu sınaq idi...
 
Astaradan Milli Məclisə deputat seçilmiş Aleksandr Nökərov guya böyrək ağrısından huşunu itirdi və guya ölümcül halda təcili Respublika uroloji klinikasına-akademik Miri Cavadzadənin rəhbərlik etdiyi xəstəxanaya yerləşdirildi. Qədim Əcəbov əzizlərindən kimsə dünyasını dəyişdiyi üçün təcili rayona yola düşəcəyini söylədi və xahiş etdi ki, onu üzürlü saysınlar. Toybüsat Soldatovun bəhanəsi o oldu ki, o talış bölgəsindən Milli Məclisə deputat seçilsə də, talış əsilli deyildir. "Yuxarılar”-ın tələb etdiyi kriteriyaya uyğun gəlmir. Talış bölgəsinin rayonlarından birindən Milli Məclisə deputat seçilmiş Vızməli Çobanov ərz elədi ki, o heç vaxt nə ekran qarşısına çıxıb, nə də mikrafonu əlinə alıbdır. Bu işdə naşıdır, o ekran qarşısına çıxa bilməz, çıxsa, Milli Məclis üçün rüsvayçılıq olar ki, gör neçə deputatları öz sıralarında birləşdirir. Digər deputat Sərraf İmamzadə Milli Məclisə ərz elədi ki, Dəmir Poladov vaxtilə onun müəllimi olmuşdur və o, etika xatirinə spekirdən xahiş etdi ki, onun adını çıxış edəcək deputatların siyahısına salmasın. Milli Məclisin sədri Elsevər Aslanov adı çəkilən deputatların efirə çıxmaqdan imtina etmələrini və bunun üçün gətirdikləri "daşdan keçən” arqumentlərini qəbul etməməyə heç bir əsas görmədiyini bildirib onların xahişlərini qəbul etdi. Yeganə namizəd isə Əhməd Kəlbiyev qaldı. O, spikerə ağzını açıb söz deməyə macal vermədən əlini qaldırdı, bu işin öhdəsindən şərəflə gələ biləcəyini bildirdi və əlavə etdi ki, belə məqamı çoxdan gözləyirmiş. 1993-cü il "Lənkəran hadisələri” ilə bağlı ürəyində qübar qaldığını, indi isə ekran qarşısına çıxıb ürəyini boşaltmağa böyük şans yarandığını fikirləşib Əhməd Kəlbiyev öz qərarını verdi. Qərarını verdi-deyəndə bu məsələni ekran-efir vasitəsilə Milli Məclisin növbəti növbədənkənar iclasında yayımlanacağı barədə  "yuxarılar”-dan artıq təlimatlanmışdı. Yəni Əhməd artıq bilirdi ki, belə bir "etimad” yalnız ona göstəriləcəkdir.

 (ardı var)

Категория: Talış dili və ədəbiyyatı | Просмотров: 1471 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus