Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Июнь » 21 » Novellanın “xilaskar” barmağı
22:24
Novellanın “xilaskar” barmağı
Niderland şifahi ədəbiyyatında bir xilaskar uşaq məzhəkəsi var. Axşam vaxtı böyük bir dambanın kənarından keçən uşaq birdən dambada bir deşiyin olduğunu və oradan su axdığını görür. O, tez barmağını həmən deşiyə basıb, suyun axmasının qarşısını alır. Gecəni barmağını deşikdə saxlamaqla keçirən uşaq səhər saatlarında bir keşiş tərəfindən tapılır. Məlum olur ki, uşaq deşikdən axan suyun qarşısını almaqla Niderlandı böyük bir sel fəlakətindən xilas edib. 

Novella xanımın da bu gün sərgilədiyi novellalarından belə məlum olub ki, o, özünün "xilaskar” barmağı ilə bəndənizin "Leyla Yunusun əli ilə Talış Respublikası düzəltmək istəyin”in qarşısını alaraq, Azərbaycanı parçalamaqdan xilas edib. Novellanın bu məzhəkəsinin haradan qaynaqlana biləcəyi və Novellanın "xilaskar” hərəkətlərinin nədən ibarət olması mənim üçün də maraq kəsb edir.

Hüquq müdafiə fəaliyyətimdə xeyli sayda insanlarla əməkdaşlıq etmişəm. Amma onların sırasında ümumiyyətlə Əliyev rejiminin hüquq hücumçuları adını daşıyan  novellakimlər olmayıb, hətta üz-üzə gəldiyimiz məclislər də barmaqla sayılasıdır. Onlardan biri işgüzar xarakterdə olub. Söhbət 2002-ci ildə Avropa Şurasının Azərbaycan üzrə monitorinq qrupunun üzvlərilə olan görüşdən gedir. Avropa Şurasından olan deputat qrupuna isveçrəli deputat, Azərbaycanda yaxşı tanınan cənab Gross rəhbərlik edirdi. Görüşdə həqiqi hüquq müdafiəçilərilə yanaşı, hökümətin hüquq hücümçuları da iştirak edirdi. Muzakirə mövzüsü siyasi məhbuslar məsələsi idi. Növbə 1993-cü Lənkəran hadisələri ilə bağlı həbs olunanlara çatanda, bu məsələnin Azərbaycanın daxilində bir cür, beynəlxalq səviyyədə başqa cür, yəni onun ideoloji və hüquqi yanaşmaları müxtəlif təqdim edildiyindən, onların hamısının siyasi məhbus hesab edilməsini vurğuladım. Məlumdur ki, həmin insanlar KİV-də separatçı kimi təqdim edilirdi, bütün ictintaq və məhkəmə sənədlərində isə bir kəlmə də olsun separatizmdən söhbət getmirdi və onlar əsasən də Cinayət Məcəlləsini qanunsuz silahlı birləşmələr saxlama maddəsilə mühakimə olunmuşdular. Məsələnin belə gedişatı həmin şəxslərin həbsinin siyasi motivli olmasının mübahisəsiz göstəricisi idi və onlar sonradan da təsdiq olunduğu kimi siyasi məhbus siyahısına salındılar. Novella xanımın arqumenti olmadığından, o, görüş otağını tərk edən kimi vətənşüvənlik etməyə başladı və bununla xeyli müddət yerli medianın gündəmində qala bildi. Görünür o vaxt ona tapşırılan missiyanı yerinə yetirə bilməyən Novella xanım ağalarının yanında reablitasiya olunmaq üçün "onların Talış Respublikası düzəltmək istəyinin qarşısını aldım” fantaziyasını necə uydurubsa, hələ də yaddan çıxarda bilmir. 

Ümumiyyətlə novellakimilərin belə mövqe sərgiləməsi ilk baxışdan onların irqçilik xəstəliyinə tutulma təəssuratını yarada bilər. Məsələn, o, özünü vətənpərvər göstərmək üçün nəinki ermənilərin, hətta Azərbaycanın yerli xalqlarının da bostanına yeri gəldi-gəlmədi hər cür daş atmağa hazırdır. Gündəlikdə saxlanılan məsələlərdən biri də "Talış Respublikası” məsələsidir. Təəssüf ki, bəzən bir para talışlar ya vəlvələdən, ya zəlzələdən buna oynamağı sevirlər. Əvvala, Azərbaycan talışın əzəli və əbədi Vətənidir. İkincisi, talış tarixən Azərbaycan dövlətçiliyinin formalaşmasında həmişə əsas rollardan birini oynayıb və bü gün də onun əsas sutunlarından biridir. Yox, Novella xanım, arzularınız ürəyinizdə qalacaq. Zaman o zaman deyil. Kimsə təsəvvür belə etməsin ki, yenidən Heydər Əliyev oyununu oynaya bilər, böyük bir reqionu daha iyirmi il "separatçı” damğası ilə küncə sıxılmış vəziyyətdə saxlaya biləcək. Sizin maskalarınız çoxdan çırılıb. Əsil separatçı sizinkimlərdir. Sizlər talışı məqsədləriniz naminə tanımamaqla, ondan süni separatçı obrazı yaratmaqa separatçılıq edirsiniz. Bəle, biz sizinkimilərin qulağına talış sözü gələndə diskinməməyinizi ehtiva edən bir cəmiyyətin qurulmasında israrlıyıq. 

Güya vətənpərvərdirlər deyə novellakimilər cox böyük cək-cevirlə insan huquqları məsələsində Azərbaycanla müqayisədə Ermənistanda vəziyyətin daha ağır olduğunu göstərmək istəyirlər. Amma Novella xanımın "qələt edir” dediyi tək "Azadlıq Evi” təşkilatın hesabatında deyil, bütün beynəlxalq hesabatlarda  Azərbaycan Ermənistandan aşağıda qərarlaşıb. Əsl vətənpərvərlik Ermənistanı ucadan söyməkdən asılı olmamalıdır. Bu vətənşüvənlikdən başqa bir şey deyil. Əsl vətənpərvərlik Azərbaycandakı rejimə güzgü tutmaqdır. Onsuz da görünən kəndə bələdçi lazım deyil. Azərbaycan post-sovet məkanında yeganə ölkədir ki, burada hakimiyyət atadan öğula ötürülməklə tarixin ən biabırçı bir aktına imza atılıb. Elə isə Azərbaycan nəinki Ermənistanı, hətta Orta Asiya ölkələrini insan hüquqları sahəsində irticanın bir sıra parametrlərinə görə çoxdan ötüb.  

Məsələnin anlaşılmaz tərəfi odur ki, Novella xanımın bu boyda "xidmət”i yalnız ulu öndər Heydər Əliyevin "xilaskarlıq” funksiyası ilə müqayisə olunmalı olduğu halda, indiyə kimi layiqincə qiymətləndirilməmişdir. Məsələn, nədən ulu öndərin oğlu cənab İlham Əliyev Novella xanımın döşündən heç olmasa şərəf ordeni asmayıb. İnanmıram ki, belə bir hadisə Novella xanımın "hüquq müdafiə” fəaliyyətinə mane ola bilsin. 

Ataxan Əbilov,
Niderland,
20.06.2013
avropa-az.com 

Категория: Azərbaycan | Просмотров: 1769 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus