Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Октябрь » 7 » “Neyləmisən millət üçün?”
22:21
“Neyləmisən millət üçün?”
Gənc meyxanaçı üsyan etdi: "İngilis çöldə yatan itlər üçün daxma tikir, vermirik biz belə bir qiyməti insanımıza...”

Valeh Lerik (Musayev): "Bizim oliqarxlar iri məbləğləri bir qayda olaraq xanım müğənnilərə peşkəş edərlər"

Hardasa 15 il öncə Ağasəlim Çıldaqla o vaxtlar "Razin” adlanan ərazidəki yeməkxanada görüşdük. "Ağasəlimin çayxanası” kimi tanınan o obyekt meyxana əhlinin görüş yeriydı. Müsahibə boyu oğul Əliyevlə dostluğundan, onun səxavətindən, bağışladığı qızıllardan bəh-bəhlə danışdı.

Eyni zamanda, meyxana aləmində Nizami Rəmzi də vardı. Sanbalına görə Ağasəlimdən geri qalmırdı da. Amma meyxana sənətinin inkişafında şübhəsiz ki, Ağasəlim Çıldağın əməyi daha çox olub. Şəxsiyyət kimi üstünlüyü Nizami Rəmziyə verənlərsə daha çoxdur. O, Azərbaycanda demokratik dəyişikliləriin olmasını arzulayırdı. Bir çoxları da iddia edirlər ki, Rəmzi məhz "lay-lay Azərbaycan” şerinə görə siyasi sifarişlə aradan götürülüb. Müqayiəsə aparanlar deyirlər ki, o, dünya malına əyilən deyildi...

Əlbəttə, onlardan öncə də meyxana sənətində Əliağa Vahid və Ağahüseyn Əfsun kimi nəhənglər olub...
****
Bir də bu yaxınlarda Mehman Əhmədlinin yana-yana "Sənəti zor,özü hörmətsiz adam", adlandırdığı Məşədibabanın ölümü yaddaşlara yazıldı. Bir vaxtlar aralarından su keçməyən sənətdə də dost bildiyi Elçini qətlə yetirmiş meyxana ustadı içkiyə aludə olmuşdu, faciəli həyatına özünə od vurmaqla son qoydu...
****
İndi meyxana Azərbaycanda böyük bir biznesə çevirilib. Amma meyxanaçılar arasında Azərbaycanın gələcəyini düşünən gənclər də var. Onunla Facebook-da tanış olduq. Müsahibə təklifimə də etiraz etmədi. Zatən siyasi statuslar yazan birisindən etiraz gözləmirdim də...
****
Valeh Lerik (Musayev) 2011-ci ildə ANS-in "De, gəlsin” meyxana yarışmasının çempionudur. Əslən leriklidir, Bakının Binə kəndində yaşayır. 26 yaşı var. 14-15 yaşından poeziyaya maraq göstərib. Klassik ədəbiyyatın vurğunudur. Deyir ki, dolanışıq problemi olmasa bütün ömürünü kitab oxumaqla keçirər...


- Meyxanaçılar bir qayda olaraq toylarda cinayət aləminin üzvülərini, məsələn, Dağlı Cavanşir, Massalı Mamed, Sabirabadlı Hikmət, Lotu Bəxtiyar... kimi avtoritləri tərifləyirlər. Oğru dünyasını romantik şəkildə gənclərə aşılayırlar. Elə sizin söylədiyiniz meyxanalarda da bu xətt aydın sezilir...


- Bir qayda olaraq bizi toylara dəvət eden insanlar o aləmin dəyərlərin təglid edirlər və ya o aləmə yaxin olurlar. Ona görə də biz belə xətt seçməli oluruq. Həm də hər bir sənətçi məclisin abu- havasını tutmağa calısır, çünki onu tutmayan sənətçilər məclisi özünə cəlb edə bilməz. Qaldi adını cəkdiyiniz insanlara, Allah onlara rəhmət eləsin. Düzlüyün tərəfdarıyam, bu gun tutduğum siyasi mövqe də buna sübutdur.

- Toylarda ikinci mövzu əsasən şiəliklə bağlı olur. Meyxanaçılar xəlifə Əbu Bəkir, Ömər və Osmanı ən kəskin ifadələrlə söyürlər. Hansı məntiqlə təriqətlər arası nifaqa təkan verirsiz? Doğrudanmı sünnüləri söyməklə yaxşı şiə olmaq olar?

- Söyüş söyməklə nəinki yaxşı şiə, heç yaxşı insan olmaq mümkün deyil. Söyüş ədəb qaydalarına ziddir, birmənalı şəkildə bunu pisləyirəm. Mən seyidəm. Yüz illərdir ki, bizim nəsildə hər kəs islamı dəyərlərə sadiqlik ruhunda böyüdülüb. Müqəddəs ocağın nümayəndəsi kimi də təriqətlər arası vəhdətin tərəfdariyam, bütün dünyada müsəlmanların birliyini arzulayanlardan biriyəm. Allahdan arzum budur ki, islam dünyası yumruq kimi bir olsun. Dinlər arasi nifaqı da yol verilməz sayıram. Dünyamızda sülh və əminəmanlıq olsa Allaha da xoş gedər...

-Məclislərdə bəzi meyxanaçılar açıq şəkildə insanları narkotikdən istifadəyə səsləyirlər. Bəllidir ki, meyxanaçıların əksəriyyəti narkotikaya meyillidir. Amma mömin olanları da var. Düzdür, narkotikanın əleyhinə müəyyən "rəvayət"lər yazılıb...


- Hec kim narkotikanı təbliğ edə bilməz, bu, bilavasitə insanliğa qarşı cinayətdir. Belə şeylərin qəti əleyhinəyəm. Əlbəttə, meyxanaçılar arasında da narkomanlar ola bilər, elə onların ucbatından bütün meyxana deyənlər bədnam olurlar. Amma digər peşə sahibləri arasında da belə şeylər var axı. O cümlədən jurnalistlər arasında da. Baş nazirin müavini Əli Həsənov neçə dəfə vəzifəli adamların övladlarının narkomanlığından danışıb. Gəncləri bu bəladan qorumaq lazımdır. Bu yola düşən bütün həyatını itirir. Özünə, öz həyatına nifrət edən o qədər narkoman görmüşəm ki. Belə şeylər şəriətlə də haramdır.

- Bəzi meyxana deyənlər siyasi müstəvidə nüfuz qazanmaq üçün iqtidarın müsbət reaksiyasına hesablanmış gedişlər edirlər. Məsələn, Namiq Məna bir dəstə güllə Heydər Əliyevin məzarın ziyarət edir, Vüqar Meyxana prezident İlham Əliyevin seçki kompaniyasına dəstək verir. Məmməd Əmin Rəsulzadə haqqında da Vahid Qədimin bir meyxanası var. Meyxananın siyasi mövzulara müraçiət etməsinə necə baxırsız?


- Hər kəsin cəmiyyətdə siyasi mövqe nümayiş etdirməsi yaxsi haldir, bunu dəstəkləyirəm. Amma kimin hansi qüvvənin tərəfində olması əsas şərtdir. Hamının fikirinə hörmətlə yanasmaq lazımdır. İnanıram ki, hər kəs xalqın dünəni, bu günü və gələcəyi haqında düsünməlidir. Siyasi proseslerdə, deyək ki, seçkilərdə fəal istirak etməlidir. Vahid Qədimin qeyd etdiyiniz meyxanasını təqdirəlayiq sayıram. Gələcəkdə siyasi mövzulara üz tutacam. Ümumiyyətlə, meyxananın bu günkü durumu ilə razı deyiləm. İstəyirəm yeniliklər olsun, gənclərin həyatına yaxşı mənada təkan verən nümunələr yaradım. Meyxananın son dərəcə böyük imkanları var, bundan ağıllı şəkildə millətimizin xeyirinə istifadə etmək lazımdır.

-Toylarda meyxançılar tamaşaçılardan daha çox alqış almaq üçün az qala əlbəyaxa doyüşə çıxmalı olurlar, ədavət aparırlar. Kənardan lap xoruz doyüşünə bənzəyir...


- Sənətçinin ürəkləndirən alqış və puldur. Bunu inkar edən səmimi deyil. Daha çox alqış qazanan özünü sərbəst və rahat hiss edir. Kaş ki, sənətçilər daha təmkinli rəqabət aparaydılar. O ki, qaldı ədavətə, vallah, bu gün çox işlərdə ədavət var. Məsələn, iqtidar-müxalifət ədavəti, polis-vətəndas, həkim-xəstə, məmur-şikayətçi ədavəti...

-Bəzi meyxanaçılar rəqibi üstələmək üçün əvvəlcədən hazırlaşır, yəni əzbər deyir. Belələri az müraciət olunan bəhrlərdən istifadə edirlər, qəliz qafiyələr tuturlar. Rəqib də Moşu Göyəzənli "xoşbəxt"liyə qafiyə axtaran kimi çıxılmaz vəziyyətə düşür...


- Dediyiniz fəndlərdən istifadə edənlər də az deyil. Şükür ki, mənə qarşı belə "təxribat" olmayıb. Belələri çoxdan kəşf olunmuş Amerikanı yenidən kəşf etdiklərini xiridarlara sübut etməyə çalışırlar. Onu da deyim ki, əruzu mükəmməl bilən meyxanaçılar barmaqla sayıla biləcək qədər azdir. Şirinliyi qoruyub saxlamaqla meyxana demək daha gözəldir. Həm də meyxanada kimin hansı səviyyədə olması xiridarlara bəllidir. Fırıldaqla sənətdə uğur qazanmaq çətidir.

- Bir çox nüfuzlu meyxanaçıların söyüşlə dolu meyxanalarına internetdə rast gəlmək olar. Bir-birinin babasına "oğraş",nənəsinə isə "fahişə" demək o qədər adiləşib ki....


- Əlbəttə, böyükləri bu şəkildə araya qoymaq yaxşı iş deyil. Amma ola bilər ki, isti münasibəti olalan ərklə-zarafatla belə şeylər deyirlər. Həm də məclisə toplaşanlar əylənmək istəyirlər. Sənətçi bu amili nəzərə alamaq zorundadır. Dahi sairimiz Şəhriyarın "Xan nənə" kimi çox duyğusal şeri var. Onu hər dəfə oxuyanda kövrəlirəm. Gör o böyuk insan nənəsinə necə bir esq ilə seir yazib. İnanın ki, 70 yasli bir ağsaqqala o seiri oxumusam, usaq kimi ağlayıb...
Biz də bəzən müəyyən təmənnaya görə kənaraçıxmalara yol verməli oluruq...

- Azərbaycanda spirtli içkilər verilməyən toylar da olur. "Dərviş toyları"na dəvət alrırsızmı?


- Dünyada, o cümlədən vətənimizdə islamı dəyərlərə ehtiram hissi getdikcə daha çox önəm qazanır. Bəzi dairələr bundan narahat görünürlər. Dinimizi aşağılamaq üçün müəyyən xoşagəlməz işlər görürlər. Dindar olaraq bu, qəlbimdə etiraz doğurur. Mən islamda xurufatın da qəti əleyhinəyəm. Cəfəng fikirlərdən uzaq olmaqla dinizmizi sanbalı mənbələrdən daha dərindən öyrənməklə təbliğ etsək daha yaxşı olar. Xalq arasında islamı dəyərlərin genişlənməsi dini toyların çoxalmasına təkan verir. Bu, məni sevindirir. Əminəm ki, millət nə qədər spirtli içkidən, narkotikdən uzaq olsa, bir o qədər xosbəxt olar. Belə toylarda çox oluram. Amma təəssüf ki, belə toylarda dinimizin məntiqinə zidd olan xurufatdan gəlmə söhbətlər də eşidirik. Düşünmürəm ki, islamın şişirtmə və ya uydyrmalara ehtiyacı var...

- "Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsinə "separatist" adlanmaqdan çəkinən talışlar son dərəcə ehtiyatlı münasibət sərgilədilər. Aparıcı müxalifət partiyaları və ziyalılar onu müdafiə etsə də, vəziyyət dəyişmədi. Sizcə, Hilal Məmmədov niyə həbsdədir?


- Hilal Məmmədov Azərbaycanda haqqı pozulan, şərlənərək həbsə atılan yüzlərdən biridir. Nüfuzlu partiyaların, qeyri-hökumət təşkilatlarının,dəyərli ziyalılarımızın bu özbaşınalığa etirazı talışlar tərəfdən də yüksək qiymətləndirilir. Məncə, etnik kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı haqsızlığa etiraz etməlidir. Azərbaycanın gələcəyini düşünən hər kəs, o cümlədən talışlar da siyasi düşüncələrinə görə həbsə atılmız digər siyasi məhbusların - Vidadi İsgəndərlinin, Şahin Həsənlinin azad olunmasını istəyirlər. Elə bu günlərdə içəri atılmış Nigar Yaqublunun həbsinə necə etiraz etməmək olar? Azərbaycanda onlarla siyasi məhbus var, hamısının adını saymaq olmur. İslamçılara necə divan tutdular? Bunlara kim etiraz edirsə, narkoman elan olunur. Allahdan arzum budur ki, Azərbaycanda siysi proseslər sivil müstəviyə keçsin. Məhbəsdə olan bütün dostları tezliklə azadlıqda görək. Vallah, bir millət kimi bir - birimizlə düsmənçilik etməyimiz bizə ayıb sayılacaq əməldir. Belə şeylərdən uzaq olsaq daha yaxşı olar.

- Bəzilər iddia edirlər ki, ANS-də keçirilən meyxana yarışına kənar təsirlər də olur...


- ANS-də 2008 və 2011-ci illərdə meyxana yarışına qatılmışam. 2008-dəki çıxışım pis olmadı. Düzdür, çempion ola bilmədim. Amma dostlarım maşın hədiyyə etdilər. 2011-ci ildə isə böyük uğur qazandım, yarışın çempionu oldum. ANS-də "kənar təsir" görməmişəm. Qalib də adalətlə, xalqın dəstəyi ilə müəyyən olunub. Bir də "yan təsir" olsaydı, bəzi dairələr çempion olmağıma imkan verməzdilər. Onu da deyim ki, ANS-ın Azərbaycanda meyxana sənətinin inkişafında danılmaz xidmətləri var.

- Son vaxtlar Lerik deyəndə Xanış kişi yada düşür. Onun mərhum Heydər Əliyevlə dostluğu bütün Azərbaycanda maraqla izlənirdi. Bu dostluqdan Lerik camaatı bir xeyir gördümü?


- Lerik uzun ömürlülər diyarı kimi tanınır. Gözəl təbiəti, qiymətli ağaclarla zəngin meşələri var. Sakinləri saf mənəviyyata malik zəhmətsevər,dindar insanlardır. Mərhum Xanış kişi də sadə kənd adamı idi. Onun mərhum Heydər Əliyevlə dostluğunda da bu sadəlik və səmimilik aydın görünürdü. Elə indi də Xanış kişi Lerikdə ehtiramla anılır. Şəxsən mən vurğuladığınız dostluqdan lerikli kimi bir xeyir görməmişəm. Heç belə bir şey ağlımdan da keçməyib. Ola bilər ki, kimlərsə bu dostluqdan bəhrələnib. Bildiyim qədər, Lerik əhalisinin gündəlik həyatında bu dostluq elə bir iz qoymayıb…

- Bu yaxınlarda mediada belə bir xəbər yayıldı ki, oliqarxlardan birinin oğlunun toyunda meyxanaçıların qabağına 100 min manatdan artıq şabaş atılb. Belə məclislərdə olmusuzmu?...


-100 minlik toy barədə sizdən eşidirəm. Mənim həyatımda belə bir şey olmayıb. Düzdür, imkanlı adamların məclisində az-çox olmuşam. Bizim oliqarxlar elə iri məbləğləri bir qayda olaraq xanım müğənnilərə peşkəş edərlər. Xarici estrada ulduzlarına da səxavət göstərərlər. Etiraf edim ki, özümü sadə insanların toyunda daha sərbəst hiss edirəm....

- Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı yayımladığı video Azərbaycanda siyasi zəlzələ yaratdı. Siz bu barədə nə düşünürsüz?


-Bu bir daha sübut etdi ki, Azərbaycandakı siyasi sistem rüşvət və korrupsiya ilə qidalanır. Məmurların özbaşınalığı fonunda bu xüsusilə təhlükəlidir. Analoqu olmayan inkişafı biz yalnız rüşvətxorluğun əhatə dairəsinin bütün sferaları ağuşuna almasında görürük. Bu video bir daha sübut etdi ki, Azərbaycanda seçkilər başdan ayağa saxtalaşdırılır. Düzü, xalq bunu əvvəllər də bilirdi. Amma bu video bu saxtakarlığın hansı həddə və hansı səviyyədə, həm də kimlər tərəfindən törədildiyini birmənalı şəkildə təsdiq etdi. İş o yerə çatdı ki, dünənə qədər bu rejimi müdafiə edənlər də biabır olduqlarının fərqində oldular. Xəcalət çəkdilər. İndi hamıya gün kimi aydındır ki,seçki deyilən şey tamaşadır, özü də komediya xarakterli tamaşa...

Söhbətimizin sonunda Valeh bəy siyasi xarakterli şerlərindən birini oxucularımızla bölüşdü.

Verdi azad kişilər canını azadlıq üçün,
Köləlik gəldi bizim Azərbaycanımıza.

Olmayan bir şeyi hər gün deyirik var bizdə,
Üstəlik and içirik olmayan imanımıza.

Qalmayıb vicdanımızda ləkəsiz bir yerimiz,
Qorxma, bundan sonra hopmaz ləkə vicdanımıza.

İngilis çöldə yatan itlər üçün daxma tikir,
Vermirik biz belə bir qiyməti insanımıza.

Məmurun həddi nədir xalqını təhqir eləsin,
Qudurublar ki, söyürlər bizim ünvanımıza...

Elbəyi HƏSƏNLİ
P.S "Neyləmisən millət üçün", sualı qarşısında cavabsız qalanlardan olmayasız...

Yeni Musavat

Категория: Azərbaycan | Просмотров: 1686 | Добавил: admin | Рейтинг: 4.2/4
Всего комментариев: 1
1 RHT  
0
Sizcə, Hilal Məmmədov niyə həbsdədir?))))) -- Məharətlə aradan sürüşür,deyəsən buda olardandı (milli kimliyindən vaz keşən).

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus