Azərbaycanda kifayət qədər tanınan Nemət Pənahlı barəsində cinayət işi qaldırılıb. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Rəsmi məlumata görə saxlanmaya səbəb yanvarın 7-də vətəndaş Eldar Rzayevin Nəsimi polisinə müraciəti olub. O bildirib ki, Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində tanışı Nemət Pənahlı və Ceyhun adlı şəxslər tərəfindən döyülüb.
N.Pənahlının yaxınları isə onun siyasi sifariş əsasında həbs edildiyini deyir. Buna səbəb kimi Nemət Pənahlının «P.S. Nota» qəzetinə mərhum prezident Heydər Əliyevlə şəxsi münasibətlərindən, onun hakimiyyətə gəlməsində oynadığı roldan, şahidi olduğu bir çox məsələnin təfərrüatlarından danışması, ölkə prezidenti İlham Əliyevin fəaliyyətini kəskin tənqid etməsi göstərilir.
N.Pənahlının bir vaxtlar kamandasında işlədiyi Heydər Əliyev haqqında dediklərinə nəzər saldıqda onun həbsinin əsasında siyasi sifarişin ola biləcəyi istisna edilməməlidir. Həmin müsahibədən sitatlar:
«Hacı Məmmədovun rolunu, 1994-cü ildə Heydər Əliyev mənə təklif etdi».
«Heydər Əliyev altı rayonu verdi və o istəsəydi, rayonların müdafiəsində heç bir problem yoxuydu».
«O, (yəni Heydər Əliyev) sonadək kommunist ideologiyasından da, kommunist əqidəsindən də imtina etmədi».
«Şahmərdan Cəfərov o zaman Naxçıvanın ermənilərdən qorunmasında bir nömrəli adam idi».
Eksperlər bildirirlər ki, Azərbaycan hakimiyyəti tamamilə məsuliyyət hissini itirib və hər hansı kiçik miqyaslı radikal bəyanata da dözümsüz yanaşır.
Немат Панахов будт бы вчера проснулся!!! Если ему в 1994 году на первом году реинкарнации Г.Алиева было предложено стать серийным убийцей несогласных, то почему же он оставался в команде Г.Алиева, а не заявил об этом тогда же, в том же году? Он не имеет права показывать себя оппозиционером к режиму, потому что сам был сторонником режима самого высшего уровня. Как известно Уран всегда поедает собственных детей, каждый диктатор всегда уничтожает своих соратников. С Нематом Панахлы произошло то же самое. Это не с трибуны орать по-кликушьи: "Кто не сядет на асфальт, тот армянин!" Немат пришел к своему закономерному результату, именно такое и должно было случится с ним. Это не политический арест - это наказание мафией своего члена за развязывание языка.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]