Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Январь » 20 » “Nado, Fedya, nado!”
00:11
“Nado, Fedya, nado!”
Yaxud altı uşaq anası, ərsiz Pakizənin yüz otuz səkkiz manat aldığı pensiya ilə ailəsini dolandırması zəngin neft ölkəsi olan Azərbaycan üçün hansı uğurlu sosial təminatdan xəbər verir?

Masallı rayonunun Kolatan kənd sakini Səmədova Pakizə Vəkil qızının həyat yoldaşı avtomobil qəzasında dünyasını dəyişmişdi.

Beş qız, bir oğlan anası, uzun illərdir ki, çox çətinliklə məktəbli uşaqlarını böyüdür. İki il öncə, sosial təminat yardımı üçün müvafiq sənədlər toplayıb, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmişdi. İdarə rəsmiləri çox qısa və konkret cavab olaraq, "sizə sosial yardım” düşmür demişdilər.

Bu məsələyə qarışıb, araşdırmaya başladım.

Ötən ilin, yəni 2012-ci ilin may ayında təkrar olaraq, lazımi tələb olunan sənədləri toplayıb, idarəyə təqdim edəndə bildirildi ki, bu sənədlər "Pensiya idarəsinə”, DSMF-ə təqdim edilməlidir. Getdim həmin idarəyə, sənədləri təqdim edib, nə vaxt hazır olar sualıma belə cavab aldım ki, bu sənədlər yığılır, yoxlanılır, sonra da göndərilir Sosial Müdafiə Nazirliyinə, ordan lazımi sığorta kartı gələndən sonra, bu sığorta kartını təqdim edirsiniz ƏSMM-ə. Bu idarə də Rayon Kapital Bankına sosial kartı sifariş edir və gedib ordan alırsınız.

Yuxarıda qeyd etdiyim bu proseduranı keçmək, Siz elə bilirsiniz çoxmu asandır?

2012-ci ilin may ayında təqdim etdiyim sənədlərin cavabı və sığorta kartları ilin dekabr ayında "gəlib çıxdı”. Əslində, ölkədə bütün kargüzarlıq sənədləri internetin elektron poçtu ilə həyata keçirilməsi də hamıya məlumdur. Bu süründürməçiliyin səbəbi isə bircə "meyardır” ki, adı rüşvətxorluqdur. İnsanlar sosial yardım alması üçün əsasən bu idarənin müdiriyyəti ilə "yarıbəyarı” razılaşıb, bölüşməsi də sirr olmadığından, heç konkret fərdi adların qeyd edilməsinə də ehtiyac duymadım. Bu xoşagəlməz bəla, bütün ölkə miqyasında aktualdır.

Məni düşündürən əsas problem isə rayonda kargüzarlıq işinin heç bir qanun çərçivəsinə sığmaması ilə süni surətdə vətəndaşların incidilməsidir. Qeyd etdiyim kimi bir həftə müddətinə həll olunası sənədləşmə və kargüzarlıq işinin həlli nə az, nə çox, düz səkkiz ay çəkməsinin hansı hüquq normalarına əsaslanması məlum deyil və mövcüd hakimiyyətin administrasiyasının çox səviyyəsiz göstəricilərindən biridir...

Nəhayət ki, Pakizə xanımın sosial təminat yardımı üçün nəzərdə tutulan sənədlərin sorağı ilə, getdik "Kapital Banka”.

Bankda müavinət kartların paylanış otağına girəndə az qaldı ki, gözlərim yerindən çıxsın. Adamlar bir-birini sıxır, itələyir, səs-küy, haray-həşir qulağ batırırdı. Nəhayət kartpaylayan işçiyə yaxınlaşa bildim. Durduğum növbədə nə az, nə çox, düz bir saat iyirmi dəqiqə gözləməli olduq. Xülasə, orda nə növbə vardı, nə də intizam. Kimin qolu daha uzundur, o kartın alıb, canın qurtarırdı.

Bu hərki-hərki mənzərəni seyr etdikcə, sovet höküməti dövründə atamın Kolatan kəndində Sovet sədri işlədiyi vaxtları xatırladım. Həmin vaxtlar çox yaxşı yadımdadır ki, vətəndaşlar pulsuz-təmənnasız olaraq Sovet pasportunu kənd Sovetindən üç gün müddətinə alırdılar. Üç gündən gec pasport veriləndə, Rayon İcraiyyə Komitəsinin həftəlik iclasında həmin kənd soveti sədri cəzalandırılardı....

İndi isə "müstəqil olmuşuq", idarələrdə adi kargüzarlıq işinin həlli məsələsinin səkkiz ay çəkməsi çox ağrılı məsələlərdən biri kimi dəyərləndirilə bilər. Vallah qey etdiyim özbaşınalıqlardan yazdıqca, bir fikir tamamlanmamış digər mövzu yada düşür. Demək istədiyim budur ki, o Kapital bankda it yiyəsini tanımır. Qapıda duran polis serjantı da qaz vurub, qazan doldurur. İşi 20 qəpik xidmət pulu üçün qəbz yazıb, bir manat alması da hamı üçün adi hala çevrilib. İkinci mərtəbədə işləyən xidmətçi -əməliyyatçılar da eyni qayda ilə müştəriləri açıqca soyurlar, insanlar da sanki "adətkərdə” olub, heç cınqırın da çıxartmırlar.

Bütün bu olayları qələmə almaq məqsədi ilə lazımi iş aparmaq istədikdə "Bankirlərin” kürkünə sanki birə düşdü. Heç bir sorğuma cavab verməsələr də, yalvarışla bildirdilər ki, şəkil çəkməyinə, nə ehtiyac var?

Mən isə dedim ki, "nado, Fedya, nado!”...

Mətləb Dadaşov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
19 yanvar 2013-cü il


Категория: Талыш xəbərləri | Просмотров: 1747 | Добавил: admin | Рейтинг: 5.0/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus