TALISH.ORG xəbər verir ki, keçən həftə Azərbaycan teleməkanında yayılan kanalların birində müğənni Nadir Qafarzadənin öz milli mənsubiyyətini etiraf etməsi və milliyətcə türk olmadığını dilə gətirməsi Azərbaycanda birmənalı qarşılanmayıb.
Millətşilik motivinə yüklənən bir sıra yerli kütləvi informasiya vasitələri dərhal sözü gedən olaya neqativ reaksiya verərək müğənniyə qarşı qara piyar kompaniyasına start verdilər.
Son günlər gələn məlumatlara görə isə artıq bu kompaniyaya səlahiyyətli dövlət strukturları da qoşulmuşlar. Aldığımız məlumata görə müğənniyə qarşı hətta represiv tədbirlər də daxil olmaqla bir sıra məhdudiyətlərin tətbiqi muzakirə mövzusudur. Artıq qeyri-resmi olaraq müğənninin nəzərinə onun Azərbaycan telekanallarına yolunun bağlı olması məsələsi çatdırılıb. Yerli telekanallar da öz növbəsində müğənnini özlərinin qara siyahısına salıblar.
Oxucularımızın xahişini nəzərə alıb biz Nadir Qafarzadə olayının video yazısını nəzərinizə çatdırırıq.