Главная » 2011»Январь»13 » Evdə axtarış aparan müstəntiq QURANa əl basaraq and içib
22:38
Evdə axtarış aparan müstəntiq QURANa əl basaraq and içib
Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məktəbli qızı Zəhra Səmədova Respublika Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Vüqar Nəsibovu "Quran”a and içdirib.
"Media forum” saytının əməkdaşı xəbər verir ki, hüquq mühafizə orqanları əməkdaşları yanvarın 13-ü saat 15 radələrində Mövsüm Səmədovun evində axtarış aparmağa başlayan zaman partiya sədrinin qızı müstəntiq Vüqar Nəsibova yaxınlaşaraq ondan evdə obyektiv və düzgün axtarış aparmağı xahiş edib. Bundan sonra Zəhra Səmədova müstəntiqdən xahiş edib ki, "Quran” a əl basıb and içsin. Müstəntiq kitaba əl basaraq obyektiv və düzgün axtarış aparacağına and içib.
Partiya sədrinin evində axtarış zamanı ailənin yaxın qohumları, eləcə də partiya üzvləri bayırda gözləyiblər. Onlar şahid kimi içəri daxil olmaq istəsələr də, hüquq mühafizə orqanı işçiləri onları buraxmayıblar.