Главная » 2014»Март»11 » Musavat partiyasının başqanından Novruzəli Məmmədovla bağlı böyük etiraf
13:59
Musavat partiyasının başqanından Novruzəli Məmmədovla bağlı böyük etiraf
Respublika Talış Mədəniyyət Mərkəzinin sədri, "Tolışi Sədo" qəzetinin baş redaktoru, Əliyevlərin həbsxanasında vəhşicəsinə qətlə yetirilmiş professor Novruzəli Məmmədovun doğum günü ilə bağlı Musavat partiyasının başqanı İsa Qənbərin face sosial şəbəkədə paylaşdığı status diqqət çəkmişdir. Təqdirəlayiq haldır ki, Musavat başqanı şəhid-professor Novruzəli Məmmədovla bağlı etirafda bulunmuş və göstərmişdir ki, məhz lazımi hərəkətlər etmədiklərinə görə Məmmədovlar ailəsinin faciəsi baş vermişdir. İsa Qənbərin statusunu olduğu kimi oxucularımızın nəzərinə çatdırırıq:
"Siyasi məhbusları, ümumən repressiyalara, haqsızlığa məruz qalanları həmişə müdafiə etməyə, əlimizdən gələni etməyə çalışırıq. Yəqin razılaşarsınız ki, hər bir konkret məsələdə daxilimizdən bir səs deyir ki, bəlkə daha artıq diqqət göstərə bilərdik, bəlkə daha çox iş görə bilərdik. Amma, bəzən olur ki, bəlkə sözünə ehtiyac qalmır. Birbaşa etiraf etməliyik ki, zəruri addımları atmadıq. Professor Novruzəli Məmmədovun özünün və ailəsinin faciəsi məhz belə hallardan biridir. Öncə elə bir həşir saldılar ki, cəmiyyətdə şok yarandı. Amma, ən geci bu yalançı iqtidarın "vətənə xəyanət”, "xarici ölkə casusu” kimi ittihamları heç bir şəkildə sübut edilməyəndən sonra hərəkətə gəlməliydik. Etmədik. Etsəydik, yəqin ki, bu faciənin qarşısını almaq mümkün olardı".