Aşağıda nəzərinizə çatdıralacaq iki hissəli, təxminən 3 saatlıq "Mühacirlər” adlı sənədli film Rusiyada yaşayan Azərbaycan mühacirləri haqqındadır. Film İran İslam Respublikasının Səhər beynəlxalq TV kanalının Azəri redaksiyası tərəfindən bu il Rusiyada çəkilmişdir.
Filmin ssenariy müəllifi S.V.Xatəmi, operatoru S.V. Şahçıraği, tərcüməçisi Q.Səfəvidir. Filmin çəkilişində və epizodların hazırlanmasında Moskvadakı Əhli-Beyt cəmiyyətinin sədri Musa Qurbanovun, Rusiya Şiə müsəlmanları təşkilatının rəhbəri Famil Cəfərovun, Talış Diasporası təşkilatının prezidenti İsmayıl Şabanovun məxsusi rolları vardır.
Güman edirik ki, vətənləri - Azərbaycanı məcburən tərk etmiş 3 milyondan artıq azərbaycanlılar barədə çəkilmiş "Mühacirlər” adlı bu iki hissəli sənədli film böyük maraqlarınıza səbəb olcaqdır...