«Palsüd» MMC iflas məhkum edildi və yerli bazardan çıxarıldı
Milyonlarla dövriyyəsi olan yeyinti sənayesi oliqarxların nəzarətinə keçdi
Türkiyədə yaşayan azərbaycanlı, məşhur iş adamı Mübariz Mənismovun Azərbaycandakı biznesi çökdürülür. Artıq qida sektorunda ona məxsus şirkətlər fəaliyyətini dayandırıb. Biznes dairələrindəki etibarlı mənbə «Bizim Yol»a bildirib ki, bir müddət əvvəl ölkədə brendə çevrilən «Palsüd» MMC şirkətinin məhsullarının topdan və pərakəndə satışına qadağa qoyulub. Mübariz Mənisov Azərbaycan hökumətindəki dostları vasitəsi ilə bir neçə dəfə qadağanın aradan qaldırılmasına nail olsa da sonuncu dəfə bu addımı atmaqdan imtina edib. O, artıq təqiblərdən yorulduğunu, belə biznesin ona gərək olmadığını əsas gətirib. Beləliklə «Palsüd» MMC şirkəti fəaliyyətini dayandırıb, ölkənin ticarət şəbəkələrinə paylanmış müəssiyə məxsus soyuducular və digər avadanlıqlar geri alınıb.
Mənbə bildirib ki, qida bazarına Azərbaycan oliqarxlarına məxsus süd və süd məhsulları çıxarılır. Təlabatın bir hissəsi yerli istehsal hesabına ödənilsə də xaricdən idxal olunan məhsulların da payı az deyil. Bu bazarda milyonlarla vəsait dövr edir və yaxşı qazanc var. Ona görə də bu yağlı tikəni heç kimə yedirməzlər» deyə mənbə vurğulayıb (Bizim Yol).