Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Май » 31 » Eldar Zeynalov: "Mübarizədən qorxmayanlar qibtə olunmağa layiqdir"
18:33
Eldar Zeynalov: "Mübarizədən qorxmayanlar qibtə olunmağa layiqdir"
"Əli Kərimliyə pasport verilməməsi o deməkdir ki, bu siyasi lider hakimiyyətin xoşuna gəlmir"

"Harada ki demokratiya yoxdur, orada mütləq siyasi repressiyalar olur"

Hüquq müdafiəçi Eldar Zeynalov "Azadlıq" qəzetinə geniş müsahibə verib. Müsahibəni olduğu kimi oxucularımızın nəzərinə çatdırırıq.  

- Eldar müəllim, yəqin deputatların Avropa Parlamentinə qarşı son hücumundan xəbəriniz var. Bu hücuma və avropalı deputatların ünvanına səslənən ittihamlara necə qiymət verirsiniz?

- Avropa Parlamentinin Azərbaycanla bağlı son tənqidlərində yeni heç nə yox idi. Bu sözlər bundan əvvəl yüz dəfə deyilmişdi. Bizim deputatların bu cür reaksiya verməsi  ondan xəbər verir ki, indi tam başqa konyuktura var. Bu konyuktura ondan yaranıb ki, "Eurovision"dan sonra Azərbaycanın adı dünyanın gündəminə gəlib. Əslində Avropada Azərbaycana münasibət təəssüf ki, demokratiyanın səviyyəsinə və ya musiqi yarışlarına görə deyil. Bu, əsasən Azərbaycanın enerci daşıyıcılarına və İrana təzyiqə görədir. Yaddan çıxarmayaq ki, Ameraka və Kanada istisna olmaqla HATO-nun bütün üzvləri Avropa ölkələridir. Onlar Azərbaycanı İrana qarşı neytrallaşdırmaq istəyirlər. Azərbaycan hökuməti də buna arxayın olaraq hesab edir ki, cəzasız qalacaq və ona qarşı sanksiyalar tətbiq olunmayacaq. Ona görə bəzi məmurlar öz aləmlərində Avropa ilə, Avropa Parlamenti ilə müharibə edirlər. Hesab edirlər ki, bununla tənqidlər səngiyəcək.

- Son vaxtlar hakimiyyətin tənqid hədəflərindən biri də "Eurovision"la bağlı keçirilən ayrı-ayrı kampaniyalar idi. Hökumət hesab edir ki, musiqi yarışması siyasiləşdirilməməli idi.


- Hesab edirəm ki, "Eurovision"u boykot etmək kampaniyası o qədər də doğru deyildi. Əgər küçəyə çıxıb deyirlərsə ki, "Eurovision" Azərbaycanda keçirilməsin, əhalinin 99 faizi bunu dəstəkləməyəcək...

- Amma "Demokratiya naminə oxu" kampaniyasının təşkilatçıları da, müxalifət partiyaları da dəfələrlə bəyan etmişdilər ki, onlar "Eurovision"un əleyhinə deyillər və onu boykot etmək fikrindən uzaqdılar.


- İlkin mərhələdə bu kampaniya "Demokratiya naminə oxu" adlanmırdı. Bu kampaniyanın adı "Azad olmayan ölkədə azad musiqi yarışması" idi. Yəni ölkə azad deyilsə, bura azad musiqiçilər gələ bilməz. Bundan başqa, "Eurovision" ərəfəsində amerikalı musiqiçilərdən birini Azərbaycana gəlmək fikrindən daşındırdılar. Gələrdi, oxuyardı, Azərbaycan reallıqlarını görərdi. Məsələn, Loren gəldi müxalifətlə, hüquq müdafiəçiləri ilə görüşdü, məlumatları aldı. Burada pis nə var ki?
Dünyada Azərbaycanın və azərbaycanlıların neqativ obrazı var. Azərbaycan üçün çox gözəl fürsət yaranmışdı ki, bu yarışma ilə özünü dünyaya avropalı kimi tanıtsın. Dünyada "Eurovision"dan böyükmiqyaslı mədəni tədbir yoxdur. Bizdə isə vurğunu daha çox onun üzərinə qoydular ki, belə yaraşıqlı, mədəni görünməyimizə baxımayın, bizim bax belə çirkli tərəflərimiz var.

- Sizcə, haqlı deyildilər?


- Mən hesab edirəm ki, bu tədbirdən daha çox Qarabağ problemini tanıtdırmaq üçün istifadə olunmalı idi. Bu unikal fürsəti faktiki olaraq əldən verdilər. Əgər söhbət milli maraqlardan gedirsə, bu mərhələdə siyasi savaşı saxlamaq lazım idi. Yunanıstanda Olimpia Oyunları keçiriləndə bütün siyasi söhbətlər dayanmışdı. Hamının başı ancaq idmana qarışmışdı. "Eurovision"dan isə Azərbaycanın əleyhinə istifadə olundu, hakimiyyətin yox. Hakimiyyət gəldi-gedərdir. Amma Azərbaycan haqqında fikir qalıcıdır.

- Amma Azərbaycandakı vəziyyəti Yunanıstanla eyniləşdirmək də düzgün deyil. Siz müxalifət partiyasının rəhbəri olsaydınız, bu fürsətdən ölkənin problemlərini ictimailəşdirmək üçün istifadə etməzdiniz?

- Problemlər həll olundumu?

- Ən azı, qaldırıldı. Məsələn, siz də illərdir siyasi məhbusların azadlığa çıxmasını tələb edirsiniz və çox zaman  problemin həllinə elə də tez nail olmursuz.


- Biz bu işlə sistemli şəkildə məşğul oluruq. Bizim işimiz "Eurovisiona"a görə və ya kampaniya xarakterli olmur.

- Qarşı tərəf də eynisini iddia edir və arqument gətirir ki, ötən ilin aprelində mitinqlər keçirəndə heç "Eurovision"un Azərbaycanda keçirələcəyi məlum belə, deyildi.


- O zaman "Eurovision" yox idi, reaksiya vermədilər. İndi "Eurovision" var, reaksiya yenə yoxdur. Avropada Azərbaycana münasibətdə belə bir steriotip var ki, bunlar dağdan enmiş çobanlardılar. İndi özlərini avropalı kimi göstərmək istəyirlər. Baxın, "Eurovision" keçirirlər, amma sən demə, onların nə qədər çatışmayan tərəfləri var. Və başlayırlar mühakimə etməyə. Yüzlərlə curnalistin gəlişi faktından istifadə etmək özü-özlüyündə çox yaxşı ideya idi. Amma bu şansdan kampaniya üçün istifadə olunmamalı idi. Gələn curnalistlərin vicdan məhbuslarının, siyasi məhbusların ailələri ilə geniş görüşünü təşkil etmək, onlara bukletlər vermək, disklər paylamaq lazım idi. Onlar bu yolla məlumat alardılar, hələ bir il də bu məlumatlardan istifadə edərdilər.

- Elə sadaladıqlarınız da təxminən eyni şeylər deyilmi?


- İnsan haqları, siyasi haqlar, bunlar hamısı düzdür. Demək istədiyim odur ki, belə bir fürsət ilk dəfə ələ düşürdü. Onları siyasi partiyaların ofislərinə aparmaq lazım idi. Görməli idilər ki, müxalifət partiyalarında gənc nəsil var. Və bu gənclər qorxmurlar, repressiyalardan çəkinmirlər. Mənim dediklərimin "Eurovision"a nə aidiyyəti var. Yalnız o aidiyyəti var ki, eyni vaxta düşürlər. 

- Belə bir ideyanız və uğurlu hesab etdiyiniz təbliğat forması var idisə, niyə hüquq müdafiəçisi olaraq onu gerçəkləşdirmədiniz?


- Biz "Eurovision" zamanı Azərbaycana gələn bir neçə hüquq müdafiəçisi ilə görüşdük. "İnsan Haqları Uğrunda Beynəlxalq Tərəfdaşlıq"da bir neçə iri təşkilat təmsil olunur. Bura gələnlər həmin qurumda təmsil olunan hüquq müdafiəçiləridir. İkincisi də, bu dəfə kampaniyanı gənclər apardı. Biz yaşlı hüquq müdafiəçiləri də estafeti onlara verdik. Uşaq deyəndə ki, "mən özüm eləmək istəyirəm" valideynləri onu ya döyürlər, ya da söz demək imkanı verirlər. Biz də onlara bu imkanı verdik.

- Sizcə, nəyə görə bu qədər beynəlxalq tələbin qarşısında  siyasi məhbusları və vicdan məhbuslarını azad etmirlər?


- Bu, avtoritar recimlərə xas yanaşmadır. Vicdan məhbuslarından söz düşmüşkən, mən müşahidə edirəm ki, onlar sınmayıblar, ruhdan düşməyiblər, mübarizəyə kökləniblər. Özlərini həbsxanalarda ləyaqətli aparırlar. Bu mənim çox xoşuma gəlir. Mübarizədə olan insan repressiyalara hazır olmalıdır. Bilməlidir ki, onu ya həbs edəcəklər, ya da universitetdən, işdən qovacaqlar. Bu, avtoritar recimlərin, bürokratiyanın ənənəvi reaksiyasıdır. Harada ki demokratiya yoxdur, orada siyasi repressiyalar olur. Amma bütün bu repressiyalara baxmayaraq, mübarizə aparanlar, öndə gedənlər var. Belələri ilə fəxr etmək, onlara qibtə etmək lazımdır.
Onları dəstəkləmək lazımdır. Mən o gənclərə hər tərəfdən necə təzyiqlər edildiyini bilirəm. Hətta onların öz ailələri tərəfindən də. Mən özüm 80-ci illərin sonlarında gənc müxalifətçi idim və yadımdadı qohumlarım mənə necə təzyiq edirdilər. 

- ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son hesabatında vicdan məhbuslarına, hüquq və azadlıqların vəziyyətinə, eləcə də AXCP sədri Əli Kərimlinin pasport məsələsinə toxunulmuşdu. Yəqin vətəndaşına səbəbsiz yerə pasport verməyən yeganə ölkə Azərbaycandır?

- Əlbəttə ki, bu da avtoritar mahiyyətli recimlərə məxsus hərəkətlərdir. İnsanın bir ölkədən başqa ölkəyə gediş-gəlişini məhdudlaşdırmaq Azərbaycanı 75-ci ilə - Helsinki Aktının qəbulundan əvvəlki dövrə qaytarır. Bu akt özündə, mədəniyyət mübadiləsini və sərbəst hərəkəti nəzərdə tutur. O vaxtdan xarici ölkələrə gediş-gəliş sərbəst oldu. İnsanlar hiss etməyə başladılar ki, demokratiya nədir.
Belə şeylər bənzər recimlərdə də var. Düzdür, pasport verirlər, amma gediş-gəlişə mane olurlar. Əli Kərimliyə pasport verilməməsi ondan xəbər verir ki, bu siyasi lider hakimiyyətin xoşuna gəlmir. Bu məsələ Avropa Məhkəməsi müstəvisində layiqli, adekvat qiymətini almalıdır. Mən bilirəm ki, bu işdə perspektiv var.
Azərbaycan hakimiyyəti fəxrlə deyir ki, müxalifət zəifdir. Əslində bununla fəxr etməyə dəyməz. Ölkədə güclü müxalifətin olması çox normal və təbii haldır. Əgər zəifdirsə, bunun özü çox pis haldır. Bəlkə qəfildən siyasi böhran oldu. Onda nə olacaq? Hakimiyyətdəkiləri kim əvəzləyəcək? İkincisi, sadə məntiq var ki, müxalifət zəifdirsə, ondan niyə qorxursan? Qoy, çıxsınlar, mitinq eləsinlər, sözlərini desinlər. Bir neçə belə aksiya oldu və gördülər ki, qorxulu heç nə baş vermədi. Onlarda belə bir düşüncə var ki, sona qədər qalib qalmalıdırlar. Hətta ən kiçik tərpəniş, ən zəif səs belə istəmirlər. Hər şeyin bir rəngdə olmasını arzulayırlar. 70-ci illərə - sovet dövrünə qayıtmaq istəyirlər. Bununla göstərirlər ki, SSRİ-dən ayrılmışıq, amma çox uzaqlaşmışıq. Cəmi yarım addım uzaqdayıq...

Azadlıq Qəzeti
 

Категория: Azərbaycan | Просмотров: 1928 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus