Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2017 » Октябрь » 5 » Müəllim zindanda da müəllimdir...
22:37
Müəllim zindanda da müəllimdir...

Hilal Məmmədov

(Tələbə və gənclərə zindandan xitab)

5 il öncə, “Müəllimlər Günü” münasibətilə Hilal Məmmədovun tələbə və gənclərə zindandan ünvanladığı “MÜƏLLİM ZİNDANDA DA MÜƏLLİMDİR...” adlı xitabının bu gün də aktuallığını nəzərə alaraq, saytımızda dərc edirik...  

 

Əziz tələbə və gənc dostlar! 

Yəqin ki, heç yuxunuza belə girməzdi ki, bir gün zindandan sizə səslənəcəyik: axı, heç ağlınıza belə sığışdıra bilməzdiniz ki, həyatını elmə, təhsilə, ədəb və əxlaqın təbliğinə; insan haqlarının qorunmasına; xalqlar və ölkələrarası əlaqələrin xoşməramlı tərəqqisinə; ölkəsinin və xalqlarının azad, xoşbəxt və demokratik gələcəyinə həsr etmiş bir pedaqoq-alimin, hüquq müdafiəçisinin, jurnalistin cibinə narkotika atıb onu “narkobaronluqda” ittiham edəcəklər…

Odur ki, istər sizin, istər ölkəmizdəki və xaricdəki minlərlə azadfikirli insanların Azərbaycan hakimiyyətinin bu açıq-aşkar “narkobaronluq” şərinə qarşı kəskin etirazını görən sifarişçilər cəmiyyəti yeni uydurma iddialarıyla çaşdırmağa cəhd etdilər: digər xalqlara münasibətdə olduğu kimi, öz milli-etnik mənşəyinə də hörmət və məhəbbətlə yanaşıb talışların milli-mədəni tərəqqisinə, İran İslam Respublikasında və digər ölkələrdə yaşayan soydaşları ilə xoşməramlı təmasına həmişə şəffaf fəaliyyəti ilə yanaşan bir millətsevərə “dövlətə xəyanət” və “milli-dini ayrı-seçkilik salma” kimi daha iki cəfəng və absurd ittihamları irəli sürdülər...

Əziz dostlar! Şübhə etmirik ki, zərrə qədər sağlam məntiqi təfəkkürə malik hər kəs kimi, siz də bu üç ittihamın biri-birilə uyuşmadığını və hətta  necə ziddiyyət təşkil etdiyini anladınız: axı, hər hansı bir xarici dövlətə işləyən casusun həm “narkobaron”, həm də hakimiyyətinə müxalif mövgedə durması bəşər ağlına sığışmayan absurd bir cəfəngiyyatdır... 

Əlbəttə ki, ilk təlim-tərbiyə ocağı sayılan uşaq bağçasından tutmuş, orta ümumtəhsil və ali təhsil məktəbləri və elm müəssisələrinəcən rüşvət və korrupsiyanın tüğyan etdiyi bir məmləkətdə belə absurdların mövcudluğu da təəccüb yarada bilməz,-Siz ölkəmizdəki ictimai-siyasi durumun, o cümlədən, hüquq mühafizə orqanlarındakı real qüsurlu vəziyyətin nə qədər ağır və fəlakətli olduğunun bir daha şahidi oldunuz...

Əziz tələbə və gənc dostlar! Bir qisminizin kifayət qədər yaxşı tanıdığı müəllimi kimi, əminik ki, kimliyimizi də unutmamısınız: həbs edildiyimiz son günəcən, öz yaşam və davranışımızla bir vaxtlar mövcud olmuş pak müəllim imicini cəmiyyətə qaytarmaq naminə əlimizdən gələni əsirgəməmiş, -bir vaxtlar “Müəllim çörək yemir!” inancına sadiq qalaraq, sizin qarşınızda özümüzü həmişə mənən və cismən tox göstərməyə çalışmışdıq... Mühazirə vaxtı bir tələbənin,- “Müəllim, siz lap “bizim Cəbiş müəllimi” (eyni adlı filmdəki Cəbiş müəəllimin obrazını.,H.M.) xatırladırsınız...”,- sözlərinə verdiyimiz - “amma Cəbiş müəllimdən bircə əlavə fərqimiz də var ki, biz həm də “Rus Əhməd”ik (“Dəli Kür” filmindəki məhşur inqilabçı personaj.,H.M.), - sizin sabahkı xoşbəxt gələcəyiniz naminə “Sibirə və hətta qəbirə” də getməyə hazırıq...”, cavabımızı da yəqin ki bir çoxunuz unutmamısınız...

Əziz tələbə və gənc dostlarımız! İnanın ki, bu gün, bu qədər haqsız zindan məşəqqətlərinə düçar olsaq da qətiyyən ruhdan düşməmiş, əksinə, öz müəllimlik fəaliyyətimizi zindanda da davam etdirməkdəyik: fürsət var ikən,nəinki bir çox azğın məhbuslarla, o cümlədən, rastlaşdığımız hüquq-mühafizə işçiləri ilə də  haqq-ədalət, azadlıq,din, ədəb-əxlaq, insan haqları və i.a. mövzularda maarifləndirici söhbətlər edir, onları da HAQQ yola dəvət edirik... Axı müəllim zindanda da müəllimdir...

Bu yaxınlarda həbs vaxtı cibimizdən çıxartdıqları fleş-kartımızı ekspertizaya göndərib, orada aşkarladıqları bir yazını (digəri saxta idi) cinayət işinə əlavə etdiklərini biləndə xeyli sevindim. Yeri gəlmişkən, hər birinizə həmin - “Bakı Biznes Universitetini tərk etməyimlə bağlı tələbə və gənclər qarşısında bəzi açıqlamalarım və tövsiyələrim”
(http://www.talish.org/news/baki_biznes_universitetini_t_rk_etm_yiml_bagli_olaraq_t_l_b_v_g_ncl_r_qarsisinda_b_zi_aciqlamalar_v_tovsiyy_l_r/2012-04-04-995
adlı yazımızı tapıb bir daha oxumanızı tövsiyə edirik. Hesab edin ki, bu gün sizə ünvanladığım bu “Zindan xitabımız” da məhz həmin “Azadlıq xitabımıza” kiçik bir sözardı idi...

Bəşəriyyətin, o cümlədən, ölkəmizin sabahkı səadətli gələcəyi naminə mübarizədə hər birinizə Allahdan xeyir-dua diləyirik... Allah sizi qorusun! Amin!

Kürdəxanı təcridxanası

 

Категория: Azərbaycan | Просмотров: 4035 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus