Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Декабрь » 7 » MTN Əli Kərimlini öldürmək istəyibmiş
16:37
MTN Əli Kərimlini öldürmək istəyibmiş
Həbsxanadakı keçmiş döyüşçüdən şok edici etiraflar

"50 min dollar, maşın və nə istəsən veriləcək. Həm də "bacıoğlu"gil yeni xüsusi bölük yaradırlar, səni ora komandir təyin etdirəcək, vədini verib"

Hazırda 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən əlbəyaxa döyüş növü üzrə üçqat dünya çempionu Bəhlul Muradov "Millətim" qəzetinə məktub ünvanlayaraq, başına gələnlərdən yazıb. Məktubdan hissələri təqdim edirik.

Məktubda Bəhlul Muradov yazır: "Bu məktubu yazmaqda mənim məqsədim günahkar, dələduz, dövlətə və dövlətçiliyə xəyanət etmiş şəxsin əməllərindən hər kəsi agah etməkdir. Bu şəxs Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovdur. Bu şəxslə mənim tanışlığım 2006-cı ildən başlayıb. O vaxtlar birliyi yeni yaratmışdı. Məni ona Firudin Cəlilov (sabiq Təhsil naziri nəzərdə tutulur-T.Türk) məsləhət görümüşdü və məni Birliyə Gənclər Təşkilatına sədr, İdarə Heyətinə üzv seçdilər. Mənim ətrafımda idmanda layiqli sözlərini demiş idmançılar, Vətən torpağı deyəndə, canlarından keçməyə hazır olan gənclər vardı. Təhmasib bunları görür və mənə hər dəfə "bunlar böyük gücdür" deyirdi. Mən elə bilirdim ki, o, mənim xatirimi çox istəyir, ona görə belə deyir.

O vaxtlar Ruslan Bəşirlinin məhkəməsi gedirdi. Mənə piket keçirməyi təklif etdi. Məndə piketi təşkil etdim, ancaq piketi polis dağıtdı və iki idmançımı saxlayıb, bir neçə saatdan sonra buraxdılar. Təhmasib axşam mənə zəng edib dedi ki, "danışmışam piketi cəbhənin qarşısında keçirmək lazımdır. Dünən bizi səhv salıblar". Mən yenə uşaqlara dedim və 100, 150 gənclə piketi cəbhənin qarşısında keçirdik. Bunu təşkil etməyimin səbəbi, Təhmasibə olan inamım və ehtiramım idi. Təhmasib mənim keçmişim barədə ətraflı məlumatlıydı. Belə ki, mən 17 yaşımda Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Uğurlu kəşfiyyat əməliyyatlarından biri də, Nataşa ləqəbli erməni snayperçi qadını ələ keçirməyim olmuşdu. Həmin zamanlar hamı məni "malış" deyə çağırardı. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qol saatıyla mükafatlandırılmışam.

Təhmasib həmdə mənim Yaponiyanın Akinava adasında keçirilən əlbəyaxa döyüş növü üzrə dünya çempionu olan ilk idmançı olduğumu da bilirdi. Sözümə bütövlüyümün şahidi olduğundan, mənimlə ailəvi dostluq edirdi".

Bəhlul Muradov bizə ünvanladığı məktubda T.Novruzovun onu yanında "qoçu" kimi saxladığına işarə vurur və müxtəlif zamanlarda başqalarının üstünə göndərildiyini vurğulayır: "AHB-nin idarə heyətinin üzvü Şəmsiyyə Bəylərqızı (xatırladıram ki, indi o da istintaq altındadır-T.Türk) Təhmasibə zəng edib, keçmiş ərinin (Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev nəzərdə tutulur-T.Türk) ona hədə-qorxu gəldiyini bildirmişdi. O, Şəmsiyyəni mühafizə etməyi mənə tapşırdı. Fəhminin adamlarıyla mübahisəmiz düşdü, onları bərk döydük. Hadisə Sumqayıtda baş verdiyindən, bizi 3 saylı polis bölməsinə apardılar. Mən, Təhmasibə zəng edib, bildirdim ki, məni və ətrafımdakı uşaqları saxlayıblar. Təhmasib cavab verdi ki, kiminlə əlaqə saxaldığımı polis rəisinə bildirməyim. Təxminən 5-6 dəqiqə sonra rəisə zəng gəldi və o, qorxudan elə ayağa qalxdı ki, elə bil hardasa yanğın baş vermişdi: "bəli, baş üstə, buradadırlar, indi yola salıram"dan başqa heç nə eşitmədim. Mən, belə epizodlarla yalnız kinofilmlərdə rastlaşmışdım. Sonradan Təhmasibdən soruşdum ki, polis rəisinə kim zəng etmişdi? O, bunu dövlət tərəfindən bizi müdafiə edən şəxsin etdiyini və onun ləqəbinin "bacıoğlu" olduğunu bildirdi: "Öz adı İlqardı, MTN-nin (Milli Təhlükəsizlik Nazirliyi -T.Turk) Antiterror Mərkəzinin rəis müavinidir. "Bacıoğlu" deyirəm ki, şübhələnməsinlər". Təhmasib sonra mənə gülə-gülə dedi ki, "sən indi "qurdlar vadisindəki kimisən". Şəmsiyyə də bizə minnətdarlıq etdi və onun anası məni bağrına basıb: "ay oğul, sən, mənim qızıma arxa çıxdın, dedi".

Yazdıqlarında bəzi anlaşılmazlıqlar olsa da, Bəhlul Muradov onu da qeyd edib ki, Təhmasibin planıyla 2006-cı ildə AXCP-nin "Azadlıq" qəzetinin ofisində yerləşən müvəqqəti qərargahını ələ keçirib, adını açıqlamaq istəmədiyi dostlarından birini AXCP sədri etməliymişlər. Bir müddət isə onun mühafizəsini təşkil etmək Bəhlula həvalə edilib, lakin həmin plan baş tutmayıb. Ya ora sədrlik məsələsində mövqelər üst-üstə düşməmiş, yada ki, sədr olmağa razılaşmış adam onları aldatmışdı. Sonradan Təhmasib Bəhlula: "planın baş tutmaması "bacıoğlu"nu bərk əsəbləşdirib və daha mənə inanmır"-deyibmiş. Bəhlul ondan dostyana soruşub ki, "nə etsək "bacıoğlu", yəni, MTN-nin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev inanar? Təhmasibin açıqlamasını eşitdikdə isə, Bəhlulun ayağının altından yer qaçıb. Təhmasib ona təklif edib ki, əgər həmin sifarişi yerinə yetirsən, sənə 50 min dollar, maşın və nə istəsən veriləcək. Həm də "bacıoğlu"gil yeni xüsusi bölük yaradırlar, səni ora komandir təyin etdirəcək, vədini verib". B.Muradov yazır: "Mən ona sual etdikdə ki, bunu nədən edirsən?-o, sən bunu etsən, etdirə bilsən, dövlət xaosa düşəcək, mən öz tapşırığımı yerinə yetirmiş olacağam. Deputat olacağam. İndiyə qədər məsləhət görmürdülər, maddi imkanım düzələcək, bu da bir biznes kimidir"-deyə cavab verdi.

Mənə edilən təklif Əli Kərimovu fiziki məhv etmək tapşırığı olmuşdu, Təhmasib tərəfindən. Mən Vətən, dövlət üçün canımı vermiş bir döyüşçüyəm. Belə şeyləri etmək əqidəmdə yoxdur, ona görə də bundan boyun qaçırdım. Təhmasibin zənglərinə çıxmır, görüşə gəlmirdim. Oğlu Etibar ilə də dostluq edirdim. İndi ondan da qaçırdım. O vaxtlar oğlunu universitetə əlavə testdən keçirmək üçün, mənə 5000 dollar vermişdi. İş düzəlmədi və mən həmin pulları 2 dəfəyə qaytardım, lakin o, məndən əl çəkməyərək, korrupsiya idarəsinə şikayət etdi. Mənə 8 illik məhbus həyatı yaşatmağa nail oldu. Mən istintaq təcridxanasında olduqda, səsim heç yana çatmadığından, məni müdafiə edən 3 jurnalisti məhkəməyə çəkdi. (çox güman ki, "Millətim"in baş məsləhətçisi Ramiz Tağıev, sabiq baş redaktoru Fərəməz Novruzoğlu, "ps.Nota" qəzetinin baş redaktoru Sərdar Əlibəyli nəzərdə tutulur- T.Türk). Təəssüf ki, həmin jurnalistləri də "bacıoğlu"nun köməyilə cəzalandıra bildi, lakin bu şəxsin etdiyi cinayətlər bununla bitmir. Belə ki, Təhmasib hər dəfə mənə deyirdi ki, "sabitlik, sakitlik bizim işə zərbə vurur. "Bacıoğlu" belə deyir. İqtidarla müxalifət arasında konflikt olmalıdı, olmasa bunu məsləhətlə yaratmaq lazımdır. Bu sabitliyin pozulmasının biri də, Bahəddin Həziyevin - "Bizim yol" qəzetinin baş redaktorunun döyülməsi oldu. Təhmasib "bacıoğlu" ilə danışıb dedi ki, Bahəddin mənim haqqımda əyər-əskiklik danışıb".

Hiss olunur ki, Bəhlul Muradovun yazmaq qabiliyyəti zəifdir. O bu məqamda izah etmək istəyir ki, onlara "Bizim Yol" qəzetinin əvvəlki baş redaktoru Məhəmməd Ərsoyu döymək tapşırığı verilsə də, onlar səhvən, sonradan həmin qəzetin baş redaktoru Bahəddin Həziyevi əzişdiriblərmiş. Belə tapşırıqların MTN-nin Antiterror Mərkəzindən gəldiyini və həmin işlərə Təhmasibin "bacıoğlu" adlandırdığı həmin idarənin rəis müavini İlqar Əliyevin rəhbərlik etdiyini bilərək, B.Muradov geri qayıtmağın ona baha başa gələcəyini də əvvəlcədən təxmin edibmiş. B.Muradov həm də, çox maraqlı misal çəkərək bildirir ki, Azadlıq Hərəkatçıları Birliyinin təsis etdiyi "Azadlıq Hərəkatçısı" diplomuyla təltif edilmiş şəxslərdən 6-ı indi məhbəs həyatı yaşayır. Bəhlul Muradov, Nemət Pənahlı, Fərəməz Novruzoğlu, Əvəz Zeynallı, Şəmsiyyə Bəylərqızı, Ramiz Tağıyev həmin şəxslərdəndir.

B.Muradov həm də Təhmasibin şantajlarından söhbət açır: "Təhmasibin oğlunu maşını vurması həm gülməli, həm də qorxulu idi. Oğlu Etibar Qaz 31-02 markalı maşını evin qabağından icazəsiz götürüb qaçırmış, qəza törətmişdi. O, Xətai rayonu Polis İdarəsini ayağa qaldırmışdı ki, guya Təhmasib Novruzova sui-qəsd təşkil olunub. Mən elə bilirdim ki, doğrudan belə olub, sonra fikir verib gördüm ki, adi yol qəzasıdı. Evinin yanında pnevmatik tapançayla maşının yan şüşəsinə atəş açılmışdı. Qəzetlər, hətta "Lider" telekanalında bunu işıqlandırdılar. Əslində özü təşkil etmişdi. Sakitçilikdi, gündəmi qarışdırmaq lazımmış".

B.Muradova həm də ona təəccübünü gizlədə bilmir ki, bir müddət məhbus həyatı yaşayıb, azadlığa çıxaraq, az müddətdə 3 otaqlı mənzili, axırıncı model "mersedes" markalı avtomobili necə alıb və şəhərin mərkəzi hissəsində kirayələdiyi 5 otaqlı ofisi hansı pulla saxlayıb: "Aramız yaxşı olanda, o deyirdi ki, guya "bacıoğlu" hər ay ona 6 min dollar pul verir. Məndə elə bilirdim ki, doğrudan da, Təhmasibin bacısıoğlu ona pul verir. Mənə "bacıoğlu"nun kimliyini bildirəndə ona bu qədər pulun nə üçün verildiyini anladım. Mənim başıma gətirilən müsibətləri açıqlayan, əsil həqiqətləri yazan jurnaslitləri müxtəlif cəzalara layiq gördülər. Bunu da "bacıoğlu"nun "köməyi" ilə ediblər. Sonradan mənə məlum oldu ki, Təhmasib müxtəlif qadınları öyrədib həmin jurnalistlərə ("Nota" qəzetinə-T.Türk) zəng etdirib, hədə-qorxu qəldirirmiş ki, "biz Bəhlulun qohumlarıyıq. Təhmasibdən yazmayın, yoxsa, sizdən şikayət edəcəyik.

Hörmətli "Millətim"!

Mən dəfələrlə müxtəlif qəzetlərə yazsam da,Təhmasibin "bacıoğlu" adlandırdığı İlqar Əliyevin MTN-nin Antiterror Mərkəzinin rəis müavini olduğundan ehtiyat edərək, yazdıqlarımı səhifələrinə çıxarmayıblar. İnanıram ki, siz mənim Təhmasibin şər-böhtanı ilə cəzalandırılaraq, uzun müddət məhbus həyatı yaşamağa məcbur edildiyimi nəzərə alıb, mənə əsil həqiqətləri ölkə rəhbərliyinə qəzetiniz vasitəsilə çatdırmağıma kömək edəcəksiniz.

Bir daha qeyd edirəm ki, Təhmasibin dediyi kimi, guya "bacıoğlu"dan aldığı sifarişi yerinə yetirmiş olsa idim, indi məhbus həyatı yaşamazdım, onlar tərəfindən mükafatlandırılardım ki, Əli Kərimlini fiziki məhv etmişəm. Mən heç də Əli Kərimlinin fiziki məhv edilməsindən ona görə imtina etmədim ki, ona rəğbətim olub. Ona görə imtina etmişəm ki, Təhmasib dəfələrlə deyib ki, ölkədə qarışıqlıq etmək onların işinə yarayır. Təhmasibin biznes kimi baxdığı ölkədə qarışıqlıq ona sərf edirdi. Mən isə daima dövlətçiliyə xidmət etdiyim üçün, onun bu mövqeyinə rəğbətlə yanaşmamışam.

"Nota" qəzetində mənim həbsimlə bağlı yazılan yazılardan sonra, Təhmasib narahat olmuş, məhkəmə prosesimizə gələrək, məhkəməyə məndən daha şikayətçi olmadığı barədə ərizə təqdim etmişdi. Ancaq, hakim onun bu jestinə "artıq gecdir"-deyə reaksiya vermişdi. Və ona "sən etdiyini ibtidai istintaq zamanı etmisən" demişdi.

Hörmətli "Millətim"!

Xahiş edirəm ki, ailəm vasitəsilə sizə çatdırdığım məktubu səhifəyə çıxarmaqla, Təhmasib Novruzov və onu himayə edən şəxslərin əsil iyrənc məqsədlərini ifşa edəsiniz. Əvvəlcədən sizə və redaksiya heyətinə minnətdarlığımı bildirirəm".

Bəli, oxuduğumuz məktub B.Muradovun öz dəsti -xətti ilə yazılmış və doğmaları tərəfindən "Millətimə" çatdırılmışdır. Məktubla bağlı araşdırma apardığımızda Bəhlulun Təhmasib Novruzovla əvvəllər çox isti münasibətləri ortaya çıxdı. Onların doğrudan da eyni təşkilatda-Azadlıq Hərəkatçıları Birliyində olduqları təsdiqləndi və ən nəhayət Bəhlulun əzizləri təsdiq etdi ki, T.Novruzovla ailəvi dostluqları olub.

 
Категория: Azərbaycan | Просмотров: 1615 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus