Dünən - 11 noyabr 2013-cü il tarixdə, axşam radələrinə tanınmış ictimai xadim, Əhli-Beyt dini təşkilatının sədri, Rusiya Miqrantları Federasiyasının MDB üzrə Komitənin sədri Musa Qurbanovun həyatına yaşadığı binanın giriş qapısında odlu silahdan atəş açılmaqla sui-qəsd edilib.
Şahidlər tərəfindən hadisə yerinə dərhal təcili yardım çağırılmış və Musa Qurbanov Moskva xəstəxanalarının birinə yerləşdirilmişdir. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilmiş, aparılmış tibbi-əməliyyatla Musa Qurbanovun bədənindən güllə qəlpəsi çıxarılmışdır.
Baş vermiş sui-qəsdlə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılmışdır.
Hazırda çoxlu qan itirdiyindən Musa Qurbanovun səhəti ağır stabil kimi qiymətləndirilir. Bu gün xəstəxada Musa Qurbanovu Moskva talış diasporasının nümayəndələri, din xadimləri ziyarət etmişlər.
Xatırladırıq ki, Musa Qurbanov talışdır, Lənkəran rayonunda anadan olub. O, son vaxtlar KİV-də, o cümlədən Rusiya Federasiyasının populyar televiziya kanallarında Moskvada və Rusiyanın digər şəhərlərində baş qaldıran millətçilik xəttinə qarşı və miqrantların müdafiəsilə bağlı fəal çıxışlar edirdi.