Главная » 2011»Август»27 » Moskvada Beynəlxalq Qüds günü nümayişlə qeyd edilib
19:01
Moskvada Beynəlxalq Qüds günü nümayişlə qeyd edilib
Nümayiş iştirakçıları İsrailin işğalçı siyasətinə qarşı etirazlarını bildiriblər
Güclü yağışa baxmayaraq, dünən Moskvanın "Yauziskie vororta" meydanında «Vətən gömrükçülərinə» qoyulmuş abidənin qarşısında İsrailin fələstinlilərə qarşı işğalçı siyasətinə etiraz olaraq icazəli aksiya keçirilib.
SalamNews xəbər verir ki, nümayişin təşkilatçısı Rusiya Şiələrin Dini Təşkilatının rəhbəri Famil Cəfərovun (foto) sözlərinə görə, uzun ilərdir Ramazan ayının sonuncu cümə günü qeyd edilən Beynəlxalq Qüds günü münasibətilə işğal olunmuş Fələstin əraziləri də daxil olmaqla, dünyanın hər yerində etiraz aksiyaları, nümayişlər və yığıncaqlar keçirilir. O deyib: "Biz 5 ildir bu günü nümayişlə qeyd edirik. İnanıram ki, dinindən və milliyyətindən asılı olamayaraq bütün sülhsevər insanları Fələstin xalqı ilə həmrəyliyə çağırıram. Çünki İsrail işğalına qarşı yönələn bu mübarizə, xeyrin şərə qarşı mübarizəsidir".
Bildirək ki, nümayiş iştirakçıları "İsrail, Qüdsdən rədd ol!", "Qəzza Zolağının blokadası aradan qaldırılmalıdır!", "İsrail Qəzzadan əl çək!", "Əl-Qüds kafirlərdən azad ediləcək!" kimi şüarlarla çıxış ediblər.