"Talış təndiri"lə bağlı müzakirələr sosial şəbəkələrdə davam edir. Məsələyə tanınmış jurnalist Mirzə Xəzər də münasibət bildirib:
"İlham Əliyev: “Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Multikulturalizm Azərbaycanda həyat tərzidir.” Deyil, yoldaş prezident! Şəkilə baxın! Lənkəran icra hakimiyyəti "Talış təndiri" lövhəsindən "talış" sözünü sildirib. Talışların yurdunda vəzifə sahibidir, bəs "Taliş" sözündən niyə qorxur? "Türk millətçisi" olduğu üçün? Yox. O məmurun heç türkçülükdən xəbəri də yoxdur. Ancaq savadı qıcqırıb. Rüşvətlə vəzifə almış bəzi icra başçılarınız savadsızdır. Onları vəzifəyə qoymazdan qabaq pulunu yox, savadını yoxlayın ki, multikulturalizm sözünün mənasını anlaya bilsin. Çünki sabah Novxanıda dükanın üstündə "Tat-dağlı təndiri" lövhəsi qoyulanda, başqa bir savadsız məmur "Tat" sözünü silməsin. (Dağlıların da yaxşı təndir çörəyi olur):) Bax o zaman, vəzifəyə qoyduğunuz zadların savadı və səviyyəsi artandan sonra fəxrlə deyə bilərsiniz ki, "multikulturalizm (müxtəlif mədəniyyətlərin yanaşı yaşaması) Azərbaycanda həyat tərzidir."
Siz niyə bu məmurun hərəkətində "Türk millətçiliyi" axtarırsınız və ya onu dolayı yolla vurğulayırsınız ? Məgər türk millətçiləri Talış xalqına məxsus mədəniyyətini inkar edir və ya onu ört-basdır etməkdə maraqlıdır???
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]