Azərbaycanda insan hüquqları sahəsində hərcmərclikdir
Xəbər vediyimiz kimi Azərbaycanda kifayət qədər tanınan Nemət Pənahlı barəsində cinayət işi qaldırılıb. Bununla əlaqədar Nemət Uğrunda Mübarizə Komitəsi yaradılıb və quruma Azərbaycanda demokratiya hərəkatının öncüllərindən olan Miralim Bəhramov rəhbərlik edir.
Üç gündür Miralim Bəhramovdan səs-soraq yoxdur. İlkin gələn məlumatlarda Nemət Pənahlının Hüquqlarını Müdafiə Komitəsinin sədri Miralim Bəhramovun polis tərəfindən saxlandığı deyilirdi.
Nemət Pənahlının qardaşı Səməd Pənahlı AzadlıqRadiosuna deyib ki, Bəhramov yanvarın 19-da onunla birgə Nəsimi rayon polisində olub: "Həmin gün
(19.01) Miralim bəy, "p.s. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli
və bir neçə başqa şəxs mənim polisdə olduğumu eşidib idarənin qarşısına
gəlblər. Sonradan Sərdar bəy mənə danışdı ki, Miralim bəy yaxınlıqdakı
qəzet köşkündən qəzet almağa gedib. Ancaq geri qayıtmayıb. Mən polisdə
ifadə verəndən sonra onu axtarmağa başladıq. Dünən Miralim bəyin atası
və yaxın qohumları ilə birgə Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis
bölməsində olduq. Bölmədə dedilər ki, o, polisə müqavimət göstərdiyinə
görə inzibati qaydada həbs olunub, Binəqədidədir.
Binəqədiyə, İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə getdik. Lakin
orada Miralim Bəhramov adlı şəxsin saxlanmadığını dedilər. Bölməyə
qayıtdıq. Atasının vəziyyəti orada pisləşdi. Bundan həyəcana düşən polis
əməkdaşları Miralim bəyin Nəsimi Rayon Polis İdarəsində saxlandığını
dedilər”.
Nəsimi rayon Polis İdarəsindən isə bu barədə məlumat verə bilməyəcəklərini söyləyiblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, onlarda bu barədə məlumat yoxdur.
Belə şəraitdə Miralim Bəhramovun itkin düşməsi və yaxud oğurlanması onun siyasi və ictimai fəaliyyəti ilə əlaqədər olması ilə bağlı ehtimalları artırır. Təcrübə göstərir ki, insanların siyasi və ictimai fəaliyyəti ilə əlaqədər təqibi Azərbaycanda yüksək çinli məmurların marağındadır və onlar tərəfindən həyata keçirilir.