Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Январь » 7 » Mir Mustafa xanın övladları (məqalənin tam mətni)
18:42
Mir Mustafa xanın övladları (məqalənin tam mətni)
Məqalə nənəm Həcər xanım Xansuvarovanın əziz xatirəsinə ithaf edilir

Azərbaycanın, xüsusən də Talış tarixinin görkəmli şəxsiyyətlərindən biri də Talış xanı, general-leytenant Mir Mustafa Xan Siyoli (Qaraxan) xan oğlu Talışidir. Mir Mustafa xan seyid olmasına rəğmən həm də Səfəvilər nəslinə mənsub idi.

19-cu əsr tarixçisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu yazır ki: "Talış xanlarının əsli Xalxal mahalının Hır kəndindəndir.” Xalxalın Hır kəndi talışların məskən saldığı kəndlərdən biridir, o kənddə yaşayanlara Xalxal talışları deyirlər.

Mir Mustafa xanın ulu babası Seyid Abbas 1654-cü ildə Səfəvi şahi 2-ci Abbasın (1642-1666) fərmanı ilə Hır kəndindən köçərək yuxarı Talış mahalına gəlir və burada dini işlərə baxır. Seyid Abbasın oğlu Mir Yusif atasının ölmündən sonra onu əvəz edir.

Mir Yusif haqqında tarixi mənbələrdə demək olar ki, hec bir məlumat yoxdur.

Lakin rəvayətlərə əsasən Mir Yusif Yuxari Nüvədi kəndində yaşamışdır. Mir Yusifin qəbri də Yuxari Nüvadi kəndində yerləşən "YUSIKU" türbəsindədir.

Mir Yusifin oğlu Mir Abbas 1736-cı ildə Nadir şah tərəfindən Talış mahalına hakim təyin olunur və ona "Xan” titulu verilir. Mir Abbas Xanın 3 oğlu olur: Seyid Cəmaləddin, Mir Təhmasib və Kərbəlayi Sultanəli.

Mir Abbas Xanın böyük oğlu Seyid Cəmaləddin Talış tarixində Siyoli (Qarali, Qaraxan) kimi tanınır.

Siyoli Xanın 10 oğlu olur: Mir Mustafa, Mir Əsgər, Mir Mehdi, Mir Əsədulla, Mir Yəhya, Mir Bagır, Mir İsa, Seyid Rza, Mir İbrahim və Mir Musa.

Mir Mustafa Xan Siyoli Xanın böyük oğlu idi. 1787-ci ildə hakimiyətə gəlmiş, 27 il Talış mahalının Xanı olmuş və 1814-cü ildə vəfat etmişdir. Mir Mustafa Xanın həyat yoldaşı Fəxrül-Nisə xanım idi. Mir Mustafa xanın bu qadından 7 oğlu və 4 qızı olur ki, onların adıarını ardıcıllıq ilə veririk:

1. Qəmərağa xanım (1775-?).
2. Mir Məmməd Xan (1782-1858).
3. Böyükxanım (Qəmərtac xanım) (1783-1835).
4. Mir Həsən Xan (1784-1832).
5. Bəyimağa xanım (1790-?).
6. Mir Hüseyn Xan (1791-1848).
7. Mir Hidayət bəy (1794-1742).
8. Hacı Mir Abbas bəy (1800-1874).
9. Mir İsmayıl bəy (1801-1859).
10. Mir Əliəkbər bəy (1802-?).
11. Səkinə xanım (?-1830).

1812-1817-ci illər arası aparılmış əmlak bölgüsündə Mir Mustafa Xanın böyük oğlu Mir Məmməd Xana Alar mahalı ilə yanaşı Dəliqardel mahalı da verilmişdi. Rus imperiyasına qarşı gedən şiddətli döyüşlərdə qardaşı Mir Həsən Xanın silahdaşı olduğu üçün 1826-cı ildə İrana qaçmış, buna görə də 1828-ci ildə onun adına yazılmış əmlak ruslar tərəfindən müsadirə edilmişdi. 1833-cü ilin axırlarında Talışa qayıtmasına icazə verilmiş ve 1836-cı ilin fevral ayının 10-da onun əmlakı ona qaytarılmışdır. Mir Məmməd Xanın 3 həyat yoldaşı olmuşdur ki, bunlardan biri gürcü qızı Nina (1801-?) (bəzi məlumatlara görə Nina (onu Talışda Nənə cağırırdılar) Gürcü çarı İraklinin nəvəsi, Georqinin qızı idi.) 2-ci həyat yoldaşının adı bizlərə məlum deyil, 3-cü yoldaşı isə Cahan xanım idi. Mir Məmməd Xanın Nina (Nənə) xanimdan 2 oglu olur:Xansıvo (Xansuvar) (1818-?) və Mir Mustafa (1823-1870). Mir Məmməd Xanın 2-ci xanımından Mir Qasım (1821-?) adlı bir oğlu, Cahan xanımdan isə Mir Abdulla (1841-?) və Əli (1844-?) adlı 2 oğlu olmuşdu.

Mir Məmməd Xan 1858-ci ildə vəfat edib, qəbri Yuxarı Nüvadidəki "Yusiku" türbəsindədir.

Mir Mustafa xanın 2-ci oğlu məhşur Talış Xanı Mir Həsən Xan idi. Mir Həsən Xan haqqında oxucularımızın məlumatı vardır. Mir Həsən Xanın 7 övladı olmuşdu: Mir Abdulla bəy, Cavad bəy, Xanlar bəy, Kazım bəy, Nisə xanım, Zəhra xanım və Sara xanım.

Mir Mustafa Xanın 3-cü oğlu Mir Hüseyn Xandır. Atası Mir Mustafa Xanın əmlak bölgüsündə Astaranın bir kəndi, Lənkəranın bir necə kəndi və Miyonku kəndi ona çatmışdı. Qardaşı Mir Həsən Xanın silahdaşı olduğu üçün təqiblərdən 1826-cı ildə İrana keçmiş və eyni ilə böyük qardaşı Mir Məmməd Xanın əmlakı kimi, onun da əmlakı ruslar tərəfindən müsadirə edildi. 1829-cu ildə vətəni Talışa qayıtdı və 1833-cü ilin sentyabrın 7-də onun da əmlakı ona qaytarıldı. 1834-cü ildə ona ruslar tərfindən Poruççik rütbəsi verilir. Mir Hüseyn Xanın 4 həyat yoldaşı olur. Həyat yoldaşlarından birincisinin adı məlum deyil, ikincisi Bababəyim xanım (1801-?), üçüncüsü Xanımqız xanım (1811-?), dördüncüsü isə Ceyran Nisə xanımdır (1811-?). Birinci yoldaşından 4 övladı olmuşdur: Mir Həşim Xan (1810-?), Cəfərqulu Xan (1821-?) Mələk xanım (1816-?) və Saray xanim (1813-?).

İkinci yoldaşı Bababəyim xanımdan da dörd övladı olmuşdur: Mir Əbülfət Xan (1823-1877), Şərəf xanım (1824-?), Mehralı Xan (1825-?) və Mir Əli Xan (1826-?).

3-cü həyat yoldaşı Xanımqız xanımdan isə iki övladı olmuşdur: Mir Səfər Xan (1831-1858) və Maral xanım (1833-?).

Ceyran Nisə xanımdan da dörd övladı olmuşdur: Məmmədqulu Xan (1835-?), Tutu xanım (1836-1916), Qurbanəli Xan (1838-?) və Mir Əsgər Xan (1841-1920). Mir Hüseyn xan 1848-ci ildə Lənkəranda vəfat edir.

Mir Mustafa Xanın 4-cü oğlu Mir Hidayət bəydir. Mir Hidayət bəy haqqında arxivlərdə kifayət qədər məlumat yoxdur, sadəcə onun Mir Mustafa Xanın oğullarından biri olduğu göstərilir. Mir Hidayət bəyin övladları haqqında da məlumat yoxdu, ehtimal etmək olar ki, Mir Hidayət bəy sonsuz olub. Mir Hidayət bəy 1842-ci ildə Lənkəranda vəfat edir.

Mir Mustafa Xanın beşinci oğlu Hacı Mir Abbas bəydir. Atasının əmlak bölgüsündə ona Astara mahalı düşmüşdü. Hətta Mirzə Əhmad bu haqda "Əxbərnamə"də də yazır: "Mir Mustafa Xan öz ogulları arasında Mir Abbası çox istəyirdi və əmlak bölgüsündə Astara mahalını və özünün bir neçə nökərini Mir Abbasa bagışlamışdı, üstəlik məni də Mir Abbasa mirzə verdi." Hacı Mir Abbas bəyə 1829-cu ildə mayor rütbəsi verilir. 1831-ci ildə Rusiyaya qarşı iddialarına görə həbs olunur. Helə həmən ilin axırlarında da həbsdən azad olunur. 1860-cı ildə Astaradan Peterburqa köcür. Astaranın idarə olunmasını öz oğlu Mir Tagıya tapşırır. 1860-cı illərdə Peterburqda yaşaması haqqında arxivdə belə bir məlumat var: "Mir Abbas bəy Qraf Orlov Davıdovun 1 hissəli 2-ci kvartalının 3 nömrəli evində yaşamışdır". Peterburqa getmeyinin məqsədi o idi ki, vəfat etmiş bacısının qəbrini ziyaret etsin və bacısının saxladığı vəsiyyətnamələri Talışa gətirsin. Mir Abbas bəy bu işlərə nail ola bilir, bacısının saxladığı arxivlə yanaşı, ona məxsus qızıl-zinyət əşyaları və pulları da Talışa gətirir. 1863-cü ildə Hacı Mir Abbas bəy Peterburqdan Talışa dönür.

Haci Mir Abbas bəyin 7 həyat yoldaşı olmuşdu. Birinci həyat yoldaşı Qarabağ xanı olan Rüstəm xanın qızı Xanımağa idi. Xanımağadan 2 qızı olmuşdu: Fatma xanım (1825-?) və Pəri xanım(1829-?). İkinci arvadının adı məlum deyil, o qadından 2 oğlu olmuşdu: Məmmədhəsən bəy (1821-?) və Məmməd Əli bəy (1823-?). Üçüncü arvadı Gürcü qızı Güləndam idi (bəzi məlumatlara görə Gürcü çarı Qeorqinin qızı idi, yəni ki, Mir Abbas bəy öz böyük qardaşı Mir Məmməd Xanın həyat yoldaşı Nina (Nənə) xanımın bacısı Güləndam xanım ilə evlənmişdi. Görünür ki, Talış Xanları Gürcü çarları ilə qohum idilər.) O gürcü xanımından Mir Tağı bəy adlı oğlu olmuşdu. (Mir Tağı bəy Xansıvo ilə əmi oğlu olmaqla yanaşı, həm də xala oğlu idilər.) Mir Tağı bəyin (1833-1892) oğlu, dövrünün ən məhşur mülkədarlarından sayılan, Lənkəranda "Xan evi" adı ilə tanınan Xan sarayını tikdirən, miliyonçu Mir Əhmad Xan Talışinskidir. Mülkədar və miliyonçu Mir Əhmad Xan Talışinski Hacı Mir Abbas bəyin nəvəsidir. Hacı Mir Abbas bəyin dördüncu həyat yoldaşı Astaranın Siyaku kəndindən olan rəiyyət qızı Yetər xanım idi. Yetər xanımdan bir oğlu olmuşdu: Mir Cavad bəy (1852-1909).

Beşinci həyat yoldaşı Astaranın Alaşa kəndindən olan rəiyyət qızı Fəxriyyə xanım idi. Fəxriyyə xanımdan da bir oğlu olmuşdu: Musa bəy (1852-1902).

Altıncı xanımı Astaranın Şahağacı kəndindən olan Rəcəbəli bəyin qızı Maral xanım idi. Maral xanımdan bir oğlu və 4 qızı olmuşdu: Xanı bəy (1855-1911), Bilqeyis xanım (1831-?), Mir Zadə xanım (1841-?). Zəhra bəyim (1846-1914) və Saray bəyim (1858-?).

Sonuncu, 7-ci həyat yoldaşı Astaranın Maşxon kəndindən olan rəiyyət qızı Hüri xanım idi. Hüri xanımdan bir oğlu və bir qızı olur: İsa bəy (1865-1906) və Gövhər Tac xanım (1861-?)

Hacı Mir Abbas bəy 1874-cü ildə Astarada vəfat etmiş, qəbri Butəsər (Pensər) kəndindədir.

Mir Mustafa Xanın 6-cı oğlu Mir İsmayıl bəydir. Atasının əmlak bölgüsündə ona indiki Masallının bir neçə kəndi düşmüşdür, bundan əlavə Lənkəranın bazarının və Bəlləbır bazarının gəlirləri də ona və qardaşı Əkbər bəyə verildi. Mir İsmayıl bəy 1830 və1833-cü illərdə Rusiyaya qarşı iddia qaldırdığı üçün həbs olunur. 1834-cü ildə həbsdən azad olunur. Mir İsmayıl bəyin iki həyat yoldaşı olmuşdu. Birinci xanımından 1 oğlu və 4 qızı olmuş: Mir İbrahim bəy (1828-1894), Gülsüm xanım (1823-?), Şərəf Banu xanım (1829-?), Züleyxa xanım (1833-?) və Hüsniyə xanım (1835-?). İkinci xanımından isə 8 oğlu olmuşdu: Əliqulu bəy (1840-?), Əli Məmməd bəy (1844-?), Mir Mustafa bəy (1846-?), Məmmədhəsən bəy (1848-?), Mir Şahvəli bəy (1849-?), Məmməd Cəfər bəy (1850-?), Mir Mehdi bəy (1852-?) və Mir İsmayıl bəy (1858-?). Mir İsmayıl bəyin adının sombeşik oğluna qoyulmasının maraqlı tarixçəsi var. Belə ki, Mir İsmayıl bəy ağır xəstə olur və onun öləcəyi dəqiqləşir, elə bu vaxt onun həyat yoldaşı dünyaya oğlan uşağı gətirir və həmən uşağa Mir İsmayıl bəyin adını verirlər. 1836-cı il iyun ayının 26-da Mir İsmayıl bəyə kapitan rütbəsi verilir. Mir İsmayıl bəyin 3 həyat yoldaşı olmuşdur, bunlar: Allət xanım (1810-?), Nisə xanım (1811-?) və Şərəfbanu xanım (1824-?) idilər.

Mir Ismayıl bəy 1859-cu ildə Lənkəranda vəfat etmişdir.

Mir Mustafa Xanın 7-ci oğlu Mir Əliəkbər bəy idi. Onun adı sənədlərdə həm də Əkbər bəy kimidir.
Atasının əmlak bölgüsunə görə Lənkəranın 5 kəndi onun payına düşmüşdü, bu kəndlərdən əlavə yuxarıda qeyd etdiyimiz kimi Lənkəran və Bəlləbır bazarlarından gələn gəlir də onunla Mir İsmayıl bəy arasında bölüşdürülürdü. Mir Əliəkbər bəy qardaşı Mir Həsən Xana kömək etdiyi üçün məcburən 1826-cı ildə İrana qaçmışdı. Onun əmlakı Rusiya tərəfindən müsadirə olunmuşdu. 1833-cü ildə ona Vətənə qayıtmaq icazəsi verildi və 1836-cı ilin fevralın 10-da onun əmlakı ona qaytarıldı. Mir Əliəkbər bəyin 3 həyat yoldaşı olmuşdu. Birincisi Nərgiz xanım (1807-?), ikincisi Ayulni-Cahan xanim (1812-?) və üçüncüsü Kərim Nisə xanım idi (1823-?). Bu qadınlardan Mir Əliəkbər bəyin 8 övladı olmuşdu: Mir İsa bəy (1825-1884), Mir Qasım bəy (1826-1856), Mir Əziz bəy (1831-1849), Mir Sadıx bəy (1833-?), Mir Mustafa bəy (1844-1874), Şərəfbanu xanım (1827-?), Bilqeyis xanım (1829-?) və Sittarə xanım (1833-?).

Mir Əliəkbər bəy 1857-ci ildə Lənkəranda vəfat etmişdi. Qəbri Sardaxıl kəndindədir.

Mir Mustafa Xanın böyük qızı Qəmərağa xanım idi. Qəmərağa xanım Ərdəbil Xanı olan Nəzərəli Xanın həyat yoldaşı idi.

Qəmərağa xanım Ərdəbildə vəfat etmişdi.

Mir Mustafa Xanın 2-ci qızı Böyük xanim adı ilə, yaxud da Yola xanım adı ilə tanınan Qəmərtac xanım idi.
Qəmərtac xanım Talışda və Qafqazda ən gözəl xanım idi. Gözəl olmaqla yanaşı o, həm də çox savadlı idi. Qəmərtac xanım öz ana dili olan Talış dilindən başqa, turk, fars, rus və fransız dillərini də mükəmməl bilirdi. 1826-cı ildə mayor İlinski Mir Həsən Xandan qisas almaq üçün Mir Həsən Xanın bacısı Qəmərtac xanımı oğurlayır, Bakıya aparır. Bakıda Qəmərtac xanıma zorla xristianlığı qəbul etdirir və onunla evlənir. Evlənəndən sonra Qəmərtac xanımla Peterburqa köçür. Mayor İlinski hətta Qəmərtac xanımın adını dəyişdirərək Aleksandra Nikolayevna Talışinskaya etdirir. Peterburqda Qəmərtac xanım (onu Peterburdakı müsəlmanlar Böyük xanım kimi çağırırdılar.) məktəbdə türk və fars dillərindən dərs verirdi.

Qəmərtac xanım 1835-ci ildə Peterburqda vəfat edir. Onun vəsiyyətinə əsasən onun hesabında olan 36 min rubl (həmən dördə 36 min rubl böyük varidat demək idi) və qızıl əşyalar qardaşı oğulları arasında bölüşdürülməli, Orand kəndi isə (Orand kəndi Qəmərtac xanımın əmlakı idi) qardaşı oğullarından birinə verilməli idi. Bu pul və qızıl əşyalar Hacı Mir Abbas tərəfindən Peterburqdan gətirilir. Lakin Hacı Mir Abbas bəy həmən qızılları və pulları bacısının vəsiyyətinə uyğun olaraq öz qardaşı oğlanları arasında bölüşdürmür, özü bütün əmlakı mənimsəyir. Orand torpaqlarını isə Hacı Mir Abbas bəy öz oğlu Mir Tağı bəyə verir. Hacı Mir Abbas bəyin nəvəsi, Mir Tagı bəyin oğlu Mir Əhməd Xan Qəmərtac xanımın əmlakı hesabına milyonçu olur.

Əvvəlki yazılarda qeyd etmişdik ki, Qəmərtac xanımın tarixi əsər sayıla biləcək bir gündəliyi var idi ki, həmən gündəlik bu gün də bir yadigar kimi Mir Həşim Talışlıdadır.

Mir Mustafa Xanın digər qızları olan Bəyimağa və Səkinə xanım haqqında elə də çox məlumat yoxdur. Səkinə xanım poruççik Alxazov Əzim bəyə ərə gedir. Öz əmlakını da Rusiya İmperiyasının adına keçirdir. Bəyimağa xanım da eyni ilə Səkinə xanım kimi hərəkət edir, o da öz əmlakını Rusiya imperiyasının adına keçirdir.

Mir Mustafa Xanın nəslindən olanlar Talışxanov, Talışinski, Talışlı və Xansuvarov soyadlarını götürüblər.

Talış xanlarının nəvələri Xan nəslindən olmaqla yanaşı, həm də bütün Qafqazda məhşur hərbi generallar nəslidi. Talış Xanlarının nəslindən 19-cu əsrdən başlayaraq 21-ci əsrə qədər 14 general olmuşdur ki, bu olduqca böyük bir göstəricidir. Qafqazda bu göstərici Talışxanovlar nəslindən başqa hec bir nəslə mənsub olmamışdır. Talışxanovlara bu mərdlik, hərbi-döyüşkənlik, qorxmazlıq haradan gələ bilərdi?! Heç düşünmədən də dərhal deyə bilərik ki, onlara bu gen tarixdə döyüşkən, qorxmaz, məğlubedilməz xalq olan Talış xalqından gəlmişdir. Ona görə Talış xanlarının nəsli öz hərb məktəbinə görə Qafqazda birinci idi.

Talışxanovlar həm də Qafqazda məhşur olan 7 adlı-sanlı ziyalı nəsli ilə: Mehmandarovlarla, Bakıxanovlarla, Əlibəyovlarla, Naxçıvanskilərlə, Yadigarovlarla, Vəzirovlarla və Vəkilovlarla qohum idilər.

Mən düşünürəm ki, Talış Xanlarının nəslindən olan generalların tarixini unutmamaqla yanaşı, həmən şəxslərin həyat və fəaliyyətlərini araşdırmaq lazımdır, çünki bu dahi şəxsiyyətlərin-generalların tarixi helə bizim Xalqımızın tarixidir.


Menbeler:
1.Seyidali Kazim bey oglu "Cevahirnameyi-Lenkeran".
2.Mirze Ahmad "Axbarname"
3.Teymur bey Bayramelibeyov "Taliw xanliginin tarixi".
4.G.Memmedzade "Lenkeran mahalinin serkerdeleri".
5.H.Axmadi "Taliwi".
6.F.Asadov "Taliw xanligi".
7.F.Asadov "Mir Mustafa Xan".
8.Azerbaycan Merkezi Arxivi.Yuxari Nuvadi kendinin 1849-1873 cu iller kameral siyahileri.
9.Rusiya M.Arxivi
10.Gurcustan M.Arxivi.
11.E.Ismayilov "Geneologiya Taliwinskix i Taliwxanovix".


Arxiv işlerinde mene kömek eden, əziz əmim Haci Cahangir Xansuvarova öz minnetdarligimi bildirirem.

Razzaq Xansuvarov Talışxanov,
Tolışon Sədo, №12 bə 13

Категория: Şəxsiyyətlər | Просмотров: 4938 | Добавил: admin | Рейтинг: 4.0/5
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus