Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Декабрь » 24 » Mir İbrahim bəy Talışinski
14:43
Mir İbrahim bəy Talışinski
Azərbaycan və Talış tarixinin görkəmli hərbi xadimlərindən biri də general-mayor Mir İbrahim bəy Talışinskidir. O, mədəniyyət və ictimai fikir tariximizdə daha çox xeyriyyəçi, dilçi, hərbçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olan Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu, Talış xanı general-leytenant Mir Mustafa Xanın nəvəsidir. Onun hərbi çini general-mayor olduğundan xalq arasında "Yaranal xan" və ya "Yaranal Miri bəy" adı ilə tanınmışdır.

Mir İbrahim bəy 1845-ci ildə Unter-Zabit rütbəsində xidmətə başlamışdır. Ona 1847-ci ilin fevralında Podpraporşik, mart ayında Portupey-praporşik, dekabır ayında isə praporşik rütbəsi verilmişdir. 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, ordakı nümunəvi xidmətə görə 1851-ci ildə podporuççik rütbəsinə yüksəlmişdir.

1849-1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi səfərlərdə və döyüşlərdə göstərdiyi xidmətlərə və qəhramanlığa görə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.

1852-ci ildə Finlandiya polkunun leyb-qvardisi oldu. 1854-cü ildə poruççik rütbəsinə yüksəldi. 1857-ci ildə Qusar polkunun leyb-qvardisi oldu. 1858-ci ildə növbəti dəfə yaxşı xidmətə görə 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olundu.

1864-cü ildə polkovnik rütbəsinə yüksəldi. 1871-ci ildə isə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni ilə mükafatlandırılır. Nəhayət 1883-cü ilin may ayının 15-də general-mayor rütbəsinə yüksəlir. 1889-cu ildə isə müxtəlif medallarla təltif olunur.

Mir İbrahim bəy haqqında ilk Azərbaycan qəzeti olan "Əkinçi"nin 26 may 1877-ci il tarixli nömrəsində də məlumat verilmişdir. Qəzet "Təzə xəbərlər" bölməsində yazır: "Badikübə (Bakı) quberniyasından cəm olunan süvari əsgərlərə polkovnik Mir İbrahim bəy Talışxanov hakim, yəni polkovoy komandir təyin olunub" Bu faktdan aydın olur ki, Mir İbrahim bəy 1877-ci ildə Bakı süvari əsgər polkunun komandiri olmuşdur.

İstedadlı hərbçi, qorxmaz sərkərdə, gözəl topoqrafçı kimi özünü doğrultmuş, göstərdiyi xidmətlərə və cəsurluğa görə 1889-cu ildə 2-ci dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif olunmuş və üstündə "İgidliyə görə" yazılmış qızıl qılıncla mükafatlandırılmışdır.

1885-ci ildə Tiflisdə istefaya cıxıb, doğma Lənkəranına qayıtmış, ömrünün sonuna kimi burada yaşamışdır. 19-cu əsr tarixçisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu Mir İbrahim bəyin general olduğunu "Əxbərnamə" əsərində göstərir. O, Mir İbrahim bəyi "məhşur general Miri bəy" kimi təqdim edir.

19-cu əsrin tanınmış şairi, Lənkəranda yaşayan Mirzə İsmayıl Qasirin (1806-1900) "Şeirler" kitabına "Adlar haqqında" şərh yazan filologiya elmləri namizədi, dosent Mustafa Mustafayev Mir İbrahim bəyin adının qabağında yazmışdir: "Yaranal xan adı ilə məhşur olmuşdur. Hərbi çini general-mayor idi. Talış xanı Mir Mustafa Xanın nəvələrindəndir".

Mirzə İsmayıl Qasirin nəvəsi İshaq Axundov "Xatirələrimdə yaşayan Lənkəran" adlı kitabında yazır: İbrahim bəy Talışinski Böyük Bazarda məscidin yanında təkyə tikdirmişdi. Öləndə vəsiyyətinə görə həmin təkyənin altında dəfn edilmişdir. Məscid bu yaxınlarda bərpa edilərkən həmin təkyə sökülmüş, altından İbrahim bəyin sümükləri, şaşkası, xəncəri və başqa əşyaları çıxmışdır".

Tanınmış etnoqraf, tarixçi, folklorşünas, məhşur Qori seminariyasının ilk məzunlarından biri olan Teymur bəy Bayraməlibəyov (1862-1937) 1885-ci ilin sentyabrında yazdığı "Talış xanlığının tarixi" adlı əsərində Mir İbrahim bəy Talışinskinin general olduğunu qeyd etmişdir. Bütün bulardan əlavə respublikanın əməkdar müəllimi, şair-tədqiqatçı Mirhəşim Talışli ilə dossent Böyukağa Hüseynbalaoğlu da birgə yazdıqları "Lənkəran" adlı kitablarında Mir İbrahim bəyi Lənkəran generalları sırasında göstərmişlər.

Mir İbrahim bəy zəmanəsinin tanınmış xeyriyyəçisi olmuşdur. Gürcüstan Mərkəzi Dövlət Arxivində saxlanılan 428-ci işdən aydın olur ki, Mir İbrahim bəy 1883-cü ildə Lənkəran məktəbinə mebel almaq üçün 203 manat məbləğində ianə vermişdir. Həmin sənəddə həm də qeyd olunur ki, Mir İbrahim bəyin Talışxanov soyadı, Talışinski soyadı ilə əvəzlənir.

Onun Lənkəran ziyalıları arasında çoxlu dostları var idi, əmisi oğlanları olan Xansuvar, Mir Əbülfət, Mir Tağıdan başqa onun ən yaxın dostlarından biri Lənkəranda fəaliyyət göstərən "Fövcül-fuseha" (Natiqlər yığıncağı) adlı şairlər məclisinin rəhbəri, 19-cu əsrin görkəmli maarifçi-şairi Mirzə İsmayil Qasir olmuşdur.

Mir İbrahim bəy Qasirə Lənkəranda məktəb açmaq üçün ilkin maddi yardım göstərmişdir. M. İ. Qasir də generala bir neçə şeir həsr etmiş və onu səmimi bir insan, vəfalı bir dost kimi tərifləmişdi.

Mənbələrin verdiyi məlumata görə Mir İbrahim bəy mahir atıcı olmuş, ova çıxmağı xoşlamışdır. Bunu bir fakt da təsdiq edir ki, Mir İbrahim bəy o vaxt gənc müəllim olan T. Bayraməlibəyovla indiki Cil, Şağlaser, Boladi və Camışavan tərəflərinə ova çıxarmışlar. T. Bayraməlibəyov yazır ki, Mir İbrahim bəy çox gözəl ovçu və quşu gözündən vuran mahir atıcı idi, ümumiyyətlə Talış xanlarının nəslindən olan hər kəs mahir atıcı idi. (Rəvayətlərə əsasən Mir Mustafa Xanın nəvəsi olan Xansuvar da mahir atıcı idi, Xansuvarla yanaşı Xansuvarın nəvələri olan Kamil bəy, Rəhim bəy, Razzaq bəy Yuxarı Nüvədi kəndinin mahir atıcı-ovçuları idilər. Bu bəylərə ovçuluq istedadı, çox güman ki, gendən gəlmişdir)

Mir İbrahim bəy talış, fars, türk, rus, ərəb dillərini mükəmməl bilmiş və elmi yaradıcılıqla da məşğul olmuşdur. O, görkəmli rus şərqşünası, akademik B. A. Dornun (1805-1881) sifarişi və köməyi ilə ilk dəfə olaraq "Rusca-talışca lüğət" (Руский-Талышский словар) tərtib etmişdi. Müasirləri tərəfindən olduqca yüksək qiymətləndirilən bu lüğət o vaxt müəyyən çətinliklər üzündən çap olunmamış, Peterburq Elmlər Akademiyasının Asiya muzeyinə saxlanmaq üçün verilmişdir.

"Talış xanlığının tarixi" əsərinin müəllifi T. Bayraməlibəyovun qeyd etdiyinə görə bu əsərin hazırlanmasında, Talış xanlığının tarixinə dair faktların dəqiqləşdirilməsində general Mir İbrahim bəy ona yaxından köməklik etmişdir.

Buradan belə bir nəticə çıxartmaq olar ki, Mir İbrahim bəy nəinki hərb, dil, ədəbiyyat, eləcə də Azərbaycan tarixinə mükəmməl bələd olan əsl ziyalı şəxsiyyet olmuşdur.

Mir İbrahim bəy istefaya çıxdıqdan sonra Lənkəranda ona məxsus təsərrüfat sahəsinə rəhbərlik etmiş və yüksək növ keyfiyyətli cəltik yetişdirmişdir. 1887-ci ildə Xarkov sərgisinə Lənkəran qəzasından 9 növ çəltik nümunəsi göndərilmişdir. Yüksək keyfiyyətli çəltik növlərinə görə Mir İbrahim bəy Talışinski sərgidə üçüncü yeri tutub, bürünc medalla təltif olunmuşdu.

Mir İbrahim bəy həm də gözəl ailə başçısı idi. Mir İbrahim bəyin həyat yoldaşı, əmisi Hacı Mir Abbas xanın qızı Zəhrabəyim xanım idi. Zəhrabəyim xanımdan 5 qızı olmuşdu: Leylabəyim xanım (1864-?), Fəxrəndəbəyim xanım (1866-?), Ruqiyyəbəyim xanım (1870-?), Gülsümbəyim xanım (1872-?) və Agabəyim xanım(1874-?).

General-mayor Mir İbrahim bəy 29 aprel 1894-cü ildə Lənkəranda vəfat etmiş, Böyük Bazar məscidinin yanında tikdirdiyi "Yaranal xan təkyəsi”ndə dəfn olunmuşdur.

Mən hesab edirəm ki, görkəmli hərbçi, istedadlı sərkərdə, ictimai xadim və alim, general-mayor Mir İbrahim bəyin məzarı yeniden bərpa edilməli, adı əbədiləşdirilmək üçün Lənkərandakı küçələrdən birinə verilməli və ev muzeyi açılmalıdır.

Mənbələr:
1. "Əkinçi" qəzeti: 26 may 1877-ci il.
2. T. Bayraməlibəyov "Talış xanlığının tarixi"
3. İ. S. Axundov "Xatirələrimdə yaşayan Lənkəran"
4. Mirzə Əhməd "Əxbərnamə"
5. G. Məmmədzadə "Lənkəran mahalının sərkərdələri"
6. M. Talışlı, B. Hüseynbalaoğlu "Lənkəran"
7. Azərbaycan Mərkəzi Arxivi
8. Gürcüstan Mərkəzi Arxivi
9. Rusiya Mərkəzi Arxivi
10. E. İsmayılov "Geneologiya Talışinskix i Talışxanovıx"

Razzaq Xansuvarov Talışxanov,
İlkin Muradov,
Tolışon Sədo, №11, 24.12.2011



Категория: Şəxsiyyətlər | Просмотров: 2935 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 2
2 Atropat  
0
Tarixi mənbələrdə yazılanlarTanınmış etnoqraf, tarixçi, folklorşünas, məşhur Qori seminariyasının ilk məzunlarından biri olan Teymur bəy Bayraməlibəyov (1862-1937) 1885-ci ilin sentyabrında yazdığı “Talış xanlığının tarixi” adlı əsərində general Mir İbrahim bəy Talışxanovdən bəhs etmişdir. O cümlədən, şair-tədqiqatçı Mirhəşim Talışlı ilə dosent Böyükağa Hüseynbalaoğlu da birgə yazdıqları “Lənkəran” adlı kitablarında Mir İbrahim bəyi Lənkəran generalları sırasında göstərmişlər.Başqa bir mənbədə, Mirzə İsmayıl Qasirin nəvəsi İshaq Axundov “Xatirələrimdə yaşayan Lənkəran” adlı kitabında yazır: “İbrahim bəy Talışxanov Böyük Bazarda məscidin yanında təkyə tikdirmişdi. Öləndə vəsiyyətinə görə həmin təkyənin altında dəfn edilmişdir. Məscid bu yaxınlarda bərpa edilərkən həmin təkyə sökülmüş, altından İbrahim bəyin sümükləri, şaşkası, xəncəri və başqa əşyaları çıxmışdır”.“Vikipedia”nın yazdığına görə, Mir İbrahim bəy Talışxanovnin başqa həmkarlarından önəmli bir fərqi də onun böyük xeyriyyəçi olmasında idi. Arxiv sənədlərində göstərilir ki,  Mir İbrahim bəy 1883-cü ildə Lənkəran məktəbinə mebel almaq üçün 203 manat məbləğində ianə vermişdir. Sənəddə həm də qeyd olunur ki, Mir İbrahim bəyin Talışxanov soyadı, Talışinski soyadı ilə əvəzlənir.Nüfuzlu hərbçinin Lənkəran ziyalıları arasında çoxlu dostları var idi. Onun ən yaxın dostlarından biri Lənkəranda fəaliyyət göstərən “Fövcül-fusəha” (Natiqlər yığıncağı) adlı şairlər məclisinin rəhbəri, 19-cu əsrin görkəmli maarifçi-şairi Mirzə İsmayil Qasir olmuşdur. Mir İbrahim bəy Qasirə Lənkəranda məktəb açmaq üçün ilkin maddi yardım göstərmişdir. M.İ.Qasir də generala bir neçə şeir həsr etmiş, onu vəfalı bir dost kimi tərifləmişdir.O dövrün yazılı mənbələrinə görə, Mir İbrahim bəy sərrast atıcı olmuş, ov ovlamağı çox sevmişdir. Mir İbrahim bəy o vaxt gənc müəllim olan T.Bayraməlibəyovla indiki Cil, Şağlaser, Boladi və Camışavan tərəflərinə ova çıxarmış. T.Bayraməlibəyov yazır ki, Mir İbrahim bəy çox gözəl ovçu və quşu gözündən vuran mahir atıcı idi, ümumiyyətlə, Talış xanlarının nəslindən olan hər kəs mahir atıcı idi.Elmi yaradıcılıq fəaliyyətiMir İbrahim bəy talış, fars, türk, rus, ərəb dillərini mükəmməl bilmiş və elmi yaradıcılıqla da məşğul olmuşdur. Talışxanov görkəmli rus şərqşünası, akademik B.A.Dornun (1805-1881) sifarişi və köməyi ilə ilk dəfə olaraq “Rusca-talışca lüğət” tərtib etmişdi. Müasirlərinin olduqca yüksək qiymətləndirdiyi bu lüğət o vaxt müəyyən çətinliklər üzündən çap olunmamış, saxlanmaq üçün Peterburq Elmlər Akademiyasının Asiya muzeyinə verilmişdir.“Talış xanlığının tarixi” əsərinin müəllifi T.Bayraməlibəyovun qeyd etdiyinə görə, bu əsərin hazırlanmasında, Talış xanlığının tarixinə dair faktların dəqiqləşdirilməsində general Mir İbrahim bəy ona yaxından kömək etmişdir.Qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, Mir İbrahim bəy nəinki hərb, dil, ədəbiyyat, eləcə də Azərbaycan tarixinə mükəmməl bələd olan əsl bir ziyalı şəxsiyyət olmuşdur.Yuxarıda qeyd olunduğu kimi, istefaya çıxıb doğma şəhərinə döndükdən sonra Mir İbrahim bəy Lənkəranda ona məxsus təsərrüfat sahəsinə rəhbərlik etmiş və yüksək növ keyfiyyətli çəltik yetişdirmişdir. 1887-ci ildə Xarkov sərgisinə Lənkəran qəzasından 9 növ çəltik nümunəsi göndərilmişdir. Yüksək keyfiyyətli çəltik növlərinə görə Mir İbrahim bəy Talışxanov sərgidə üçüncü yeri tutub, bürünc medalla təltif olunmuşdu.General-mayor Mir İbrahim bəy 29 aprel 1894-cü ildə Lənkəranda vəfat etmiş, Böyük Bazar məscidinin yanında tikdirdiyi “Yaranal xan təkyəsi”ndə dəfn olunmuşdur.Mir İbrahim bəy əmisi Hacı Mir Abbas xanın qızı Zəhrabəyim xanım ilə ailə qurmuşdu. Onların 5 qızı olmuşdur: Leylabəyim xanım, Fəxrəndəbəyim xanım, Ruqiyyəbəyim xanım, Gülsümbəyim xanım və Ağabəyim xanım.

1 Atropat  
0
Mir İbrahim bəy Talışxanov fəaliyyəti müddətində cəsur hərbçi və məharətli sərkərdə kimi tanınmış, öz xidmətlərinə görə yüksək mükafatlar qazanmışdı.
Məlum olduğu kimi, hələ keçmiş çar Rusiyası zamanında yetişən ilk hərbçilərimiz ölkədən uzaqlarda hərbi xidmət göstərmiş, yalnız istefaya çıxdıqdan sonra ana torpaqlara dönmək imkanı qazanmışlar. Azərbaycan mətbuatının qaranquşu “Əkinçi” qəzetinin 26 may 1877-ci il tarixli sayındakı “Təzə xəbərlər” bölməsində məşhur bir hərbçimiz haqqında belə məlumat verilib: “Badikübə (Bakı) quberniyasından cəm olunan süvari əsgərlərə polkovnik Mir İbrahim bəy Talışxanov hakim, yəni polkovoy komandir təyin olunub”. Qəzetdə gedən bu məlumatdan aydın olur ki, Mir İbrahim bəy 1877-ci ildə Bakı süvari əsgər polkunun komandiri təyin edilmişdir.Talışxanov fəaliyyəti müddətində cəsur hərbçi və məharətli sərkərdə kimi tanınmış, öz xidmətlərinə görə yüksək mükafatlar qazanmışdır. O, 1889-cu ildə 2-ci dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuş və “İgidliyə görə” yazılmış qızıl qılıncla mükafatlandırılmışdır.Azərbaycanın görkəmli hərbçilərindən biri Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışxanov 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olmuşdur. O, Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsidir. Hərbi rütbəsi general-mayor olduğundan, xalq arasında onu “Yaranal xan” və ya “Yaranal Miri bəy” deyə çağırıblar. Talışxanov hərbçiliklə bərabər, mədəniyyət və ictimai fikir tariximizdə xeyriyyəçi, dilçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. Mir İbrahim bəy 1845-ci ildə zabit rütbəsində xidmətə başlamışdır. 1847-ci ilin fevralında o, podpraporşik, mart ayında portupey-praporşik, dekabr ayında isə praporşik rütbəsi almışdır. Görkəmli hərbçi 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, oradakı nümunəvi xidmətinə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksəlmişdir.Talışxanov 1849-1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir. Gərgin döyüşlərdə göstərdiyi xidmətlərə və cəsurluğa görə 4-cü dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunmuşdur. O, 1858-ci ildə də 3-cü dərəcəli, 1871-ci ildə isə 2-ci dərəcəli “Müqəddəs Stanislav” ordeninə layiq görülmüşdür. Qorxmaz döyüşçü 1883-cü ilin may ayının 15-də general-mayor rütbəsinə yüksəlmiş və müxtəlif medallarla təltif olunmuşdur.Mir İbrahim bəy 1885-ci ildə Tiflisdə istefaya çıxıb, doğulduğu Lənkəran şəhərinə qayıtmış, ömrünün sonuna kimi burada yaşamışdır. 19-cu əsr tarixçisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu “Əxbərnamə” əsərində general Mir İbrahim bəydən söz açır, onu “məşhur general Miri bəy” kimi təqdim edir. Tədqiqatçı alimlərin yazdığına görə, Mir İbrahim bəy Talış xanı Mir Mustafa xanın nəvələrindəndir.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus