Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Август » 24 » Min illərin tarixi sınaqlarından çıxmış qardaşlıq..
20:41
Min illərin tarixi sınaqlarından çıxmış qardaşlıq..
RTMM-nin Bakı şöbəsinin sədri M. Səfərovla müsahibə

Hilal Məmmədovun həbsi ilə bağlı müxbirimiz həm RTMM-nin sədri Əli Nasirə, həm də RTMM-nin Bakı şöbəsinin sədri Mehdibəy Səfərova suallarla müraciət etmişdir. Bu nömrədə M. Səfərovun cavablarını yayınlayırıq, böyük şairimizin isə cavablarını gələn nömrədə yayınlayacayıq. Müsahibimiz RTMM-nin Bakı şöbəsinin sədri M. Səfərovdur...


- Vəkilləri iddia edirlər ki, Hilal Məmmədovun həbsi sifarişlidir, bu barədə nə deyə bilərsiniz?


- Hilal Məmmədovla bağlı hadisələrin inkişafına məntiqlə yanaşdıqda, çox yüksək ehtimalla düşünürəm ki, bu sifarişlə yerinə yetirilən bir həbsdir!

- Sizcə Hilal Məmmədovun həbsində kim maraqlı ola bilər?


- Hilal Məmmədovun respublikamızda talış kulturologiyasının tədqiqatçısı kimi, jurnalist kimi, eləcə də insan hüquqlarının qorunması ilə ciddi məşğul olan bir hüquq müdafiəçisi kimi içtimai - siyasi nüfuzunun günbəgün artması göz qabağındadır. Belə olan halda, bu günkü hakimiyyətdə yüksək vəzifələr tutmaqla küllü miqdarda varidat yığa bilmiş, indi də hansı yollarla olursa olsun bu var-dövləti qorumaq üçün ölkə başçısı vəzifəsinə yiyələnmək istəyən bir sıra qara niyyətli qüvvələr aktivləşərək, Azərbaycanda Prezident seçkilərinə az müddət qalmış, respublikamızda destobillik yaratmaq məqsədi ilə absurd iddialarla Hilal Məmmədovu həbs etdirilməsinə nail ola bilmişlər.

- Prokurorluğun ittihamları, xüsusən də cəsusluq ittihamı barədə nə deyə bilərsiz?


Bu açıq-aşkar bir iftiradır. Belə ki, Hilal Məmmədovun xarakterini yaxından tanıyan insanlar yaxşı bilirlər ki, o hər hansı bir məqsədinə nail olmaq üçün kiməsə və ya harasa heç vaxt cəsusluq etməz, əksinə istənilən mənbəni öz istəyinə işlədə biləcək qabiliyyətiə malik prinsipial bir şəxsiyyətdir! Düşünürəm ki, həbsinin çertyojunu çəkərkən arxitektor hədəfinə çatmaq üçün Hilalın şəxsiyyətini, kimliyini, cəmiyyətdə tutduğu mövqeyini dərindən öyrənə bilmişdir, çünki bu cür iyrənc böhtanları atarkən, "sifarişçi” onun xarakteri ilə irəli sürdükləri qondarma iddiaları arasındakı antoqanizmi və ya tərs mütınasibliyi götür-qoy edərək, planlı şəkildə hərəkət etmişdir. Eyni zamanda Hilal Məmmədovun imici və içtimai-siyasi nüfuzi ilə bağlı yuxarı instansiyalara hiyləgərcəsinə yanlış və həqiqətdən uzaq məlumatlar ötürməklə "sifarişçi” məqsədinə nail ola bilmişdir. Çox təəssüflər olsun ki, hakimiyyətin yüksək dairələrində müvəqqəti də olsa etibar qazana bilmiş  bu yüksək çinli bədniyyətlər bundan istifadə edərək, məqsədlərinə çatmaq üçün AR DİN və Prokurorluq orqanlarına da nüfuz edə bilmişlər. DİN-nin işçiləri Hilal Məmmədovun cibinə narkotika atmaqla, Prokurorluq isə Hilal Məmmədovun vaxtı ilə hüquqlarını mudafiə etdiyi və türmədə şəhid olmuş Böyük Talış ziyalısı Novruzəli Məmmədova tətbiq olunmuş saxta ittihamları nöqtə-vergülünə toxunmadan, soyadlarını yerində saxlamaqla, yalnız adlarını dəyişdirərək, elə özünə tətbiq etməklə planlaşdırılmış bu ciddi pravokasiyaya xidmət etmişlər. Hilal müəllimin həbs olunma prossesini ilk anlardan izləyən bir insan kimi onu deyə bilərəm ki, bu həbsə nail olan adamlar Azərbaycan Respublikasının sütunlarının möhkəmliyini sarsıtmaq, onun beynəlxalq imicinə xələl gətirmək üçün çox "düşünülmüş və proqmatik" addımlar atmışlar.

- Rusiya Talış Diasporasının sədri İsmayıl Şabanov Hilal Məmmədovun iqtidar tərəfindən məhf edilmə planının olduğunu bildirdi, sizcə bu nə qədər ciddidir?


- Atalar nahaq yerə deməyiblər ki, "İlan vuran ala çatıdan qorxar!" İsmayıl Şabanovun qazamatda Hilal Məmmədovun məhv edilə biləcəyi ilə bağlı ehtiyatlanaraq, həyəcan təbilinin çalmasına tamamilə məntiqəuyğun və anlaşıqlı baxıram. Amma, mən bu fikri belə ifadə edərdim ki, bəli, bu günkü iqtidarda müəyyən qara qüvvələr birləşərək hərəkətə gəlib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kursa hər vəchlə kölgə salsınlar. Novruzəli Məmmədovdan sonra ehtimal etmək çətin deyil ki, əllərində güclü səlahiyyət cəmləyə bilən bu mənfur qüvvələr Hilal Məmmədovu da fiziki cəhətdən hansısa metodla məhv edə bilərlər. Belə etməklə onlar öz hərəkətləri ilə Azərbaycanda milli ədavəti qızışdıraraq, millətlərarası qarşıdurma yaratmaqla, mövcud ölkə başçısının bərkiyən nüfuzuna sarsıdıcı zərbələr endirərək qarşıda gələn Prezident seçkilərində məqsədlərinə çatmaq niyyətindədirlər. Ona görə də mən bu xəbərdarlıqlara çox ciddi yanaşıram və Hilalın sağlamlıq durumu üçün yaman narahatam.

- Yeri gəlmişkən Moskvada Hilal Məmmədovun müdafiəsinə dəstək olan piketlərə münasibətiniz necədir?


- Hilal Məmmədovun qondarma ittihamlarla həbs olunmasından hali olan bütün sağlamfikirli insanlar bu olaydan narahatdırlar. İstər respublikamızda, istərsə də onun hüdudlarından kənarda! Axı Hilal müəllim bu günkü dünyamızın o nadir insanlarındandır ki, ömrünün bütün mənalı hissəsini azad və bərabərhüquqlu vətəndaş cəmiyyətləriinin yaranmasına, demokratiyanın əsas meyarı olan fikir və söz azadlığına həsr etmişdir. Belə olan halda Rusiyanın və ya dünyanın digər ölkələrinin tərəqqipərvər insanlarının tək-tək və ya qrup halında Hilal Məmmədovun özünün hüquqlarının biabırçı bir vəziyyətdə tapdalanmasının müdafiəsinə qalxması reallıqdır. Sivil qanunlarla idarə olunan belə müdafiə formaları bizdə Hilal Məmmədovla bağlı ölkəmizin Prezidenti tərəfindən ədalətli bir qərarın çıxarılmasına ümid yaradır.

- Sizcə bu gün Hilal Məmmədovu müdafiə edən kəsimlər niyə 2007-ci ildə Novruzəli Məmmədovu müdafiə etmədi?


- Novruzəli Məmmədov və Hilal Məmmədov. Hər ikisi oxşar qondarma iddialarla həbs olunsa da, 1-ci ilə 2-cinin həbs olunma situasiyaları arasında fərq ondadır ki, rəhmətlik professor Novruzəli dövlətin yürütdüyü siyasi kursa qarşı əsasən muxalif mövqe göstərməzdi. Professor nəhəng elm adamı olmaqla yanaşı, həm də yorulmaz Talış tədqiqatçısı idi. Dövlətimizin milli münasibətlərlə bağlı apardığı siyasətinə loyal mövqeyi ilə seçilirdi və siyasətə qarışmazdi. Ona görə də o, həbs olunanda insanlar çaşbaş qaldılar. Bunun müvəqqəti bir anlaşılmazlıq olduğunu zənn edib, reaksiya vermədilər. Məhkəmə tərəfindən ona uzun müddət iş kəsiləndən sonra içtimaiyyət bu dəhşəti başa düşüb, güclü reaksiyalar verməyə başlasa da, artıq gec oldu, çünki professor Novruzəli Məmmədovun həyatına türmədə son qoyuldu.
Hilal Məmmədov isə aktiv siyasi mövqeyi ilə seçilən bir içtimai fikir adamıdır. O, qorxmaz və cəsarətli hüquq müdafiəçisi olmaqla yanaşı, yeri gələndə hökumətin apardığı siyasi kursda bəyənmədiyi prosseslərə qarşı muxalif mövqe bildirməkdə çəkinməyən insandır. Siyasi baxışlarına görə fərq qoymadan Respublikamızın istənilən aktiv siyasi-içtimai insanı əgər bəlaya düçar olursa, Hilal onun yanında olan birincilərdəndir! Məhz bu və digər obyektiv səbəblərə görə Hilal Məmmədov Novruzəli Məmmədova nisbətən daha aktiv və davamlı müdafiə olunur.

- Talış Mədəniyyəti Mərkəzinin Bakı komitəsinin sədri kimi həm iqtidara, həm də hüquq-müdafiə orqanlarına nə demək istərdiz?


- İstənilən hüquq mədəniyyətə, əxlaqa və məntiqə əsaslanır. Deməli, hüquqla məşğul olan şəxslər də bu kateqoriyaların daşıyıcıları olmalıdırlar. Hilal Məmmədovun şəxsiyyətinə, mədəniyyətinə və digər insani parametrlərinə bələd olan bir şəxs kimi deyə bilərəm ki, ona qarşı sürülən iddiaların heç birinin inandırıcı hüquqi əsası yoxdur. Bu oyunları quran şəxslər ləyaqətli hüquq-mühafizə işçilərimizi də müəyyən qədər labirintə salmışlar. Məsələ orasındadır ki, "sifarişçi” çox güclüdür və onun sözü çox yerdə keçir. O, o qədər güc yığıb ki, planlarının əleyhinə getmək istəyən istənilən sadə hüquq işçisini də məhv edə bilər. O artıq heç kimdən və heç nədən çəkinmir. Nümayişkaranə vəziyyətdə tanınmış bir alimin cıbinə narkotika atdırır, başqa birisinə tətbiq olunan ağır cinayət işini nöqtə-vergülünə toxunmadan ona sırıyır. Belə olan vəziyyətdə hörmətli qanun keşikçilərimizin məsuliyyəti ikiqat artır. Dövlətçiliyimiz və qanunlarımızın aliliyi naminə onlar haqq yolundan çəkinməməlidirlər. Onlar daha cəsarətli, daha prinsipial, daha mərd və daha ədalətli olmalıdırlar! Axı, ümumi evimiz olan doğma Azərbaycanda normal, sivil, demokratik və hüquqi bir cəmiyyətin qurulmasında onlara böyük ehtiyacımız var.
Mən Hilal Məmmədovla bağlı gedən prossesdə bir vacib məsələyə də toxunmaq istəyirəm. Hilal Məmmədov Astara rayonunda nə vaxtsa toyların birində ifa olunan "Tı kto takoy, davay dosvidaniya" adlı meyxananı 2012-ci ilin yanvar ayında Yootube-da yerləşdirir. May ayında isə Respublikamızda maştabına görə dünya kütləvi tamaşalar tarixində misli görünməmiş bir festival - "Avroviziya-2012" mahnı yarışması keçirilir. Sujetləri yüksək maraq doğuran kompozisiyalarla müşayət olunan, tərtibat və dekorasiya baxımından valehedici görünən, məzmununa görə isə ümumxalq bayramına çevrilmiş bu karnavaltipli festival dünyanın bütün maraq dairəsini Azərbaycana yönəltmişdir. Bu ərəfələrdə Azərbaycanla bağlı hər bir xırda məsələ belə dünya içtimaiyyətinin marağına səbəb olurdu. Heç təsadüfi deyildir ki, 4-5 ay əvvəl Hilal Məmmədovun kiminsə xahişi ilə Yootube-də yerləşdirdiyi, amma heç bir dərin mənanı özündə ehtiva edə bilməyən, rus dilində zarafatyana ifa olunmuş " Tı kto takoy, davay, dosvidaniya" adlı meyxana indi, yəni "Avroviziya - 2012" mahnı yarışmasının Bakıda keşirildiyi ərəfələrdə populyarlaşır. O, hətta özü buna ironiya ilə yanaşmışdır. Belə ki, o, 13 iyunda Astarada keçirilən bir şəxsin məclisində zarafatyana, mənaaltı fikirlə təxminən bunu etiraf etmişdir ki, Respublikamızda "Avroviziya 2012" çox yüksək səviyyədə keçirildi və bu yüksək uğurların kölgəsində onun internetdə yerləşdirdiyi balaca bir klip də pulsuz-parasız dünyaca məhşurlaşdı. Düzdür, onun "Avroviziya-2012" mahnı yarışmasına xərclənən vəsaitlərlə müqayisədə öz klipinə bir qəpik də pul xərcləməməsi ilə bağlı etdiyi zarafat ona uğursuzluq gətirdi! Sanki pusquda duran qara qüvvələr bundan dərhal məqsədlərinə nail olmaq üçün istifadə edərək, ona aman vermədilər. Belə ki, onun dediyi fikirləri tamamilə təhrif olunmuş formada əlehinə işlədərək, 3-4 gün sonra təsir edə bildikləri dövlətimizin bir sıra güc rıçaqlarından sui-istifadə edərək, qondarma ittihamlarla onun həbs olunmasına nail oldular.
Hilal Məmmədov bir qrup qoluzorlular tərəfindən həbs olunarkən, fiziki işgəncələrə məruz qalmaqla yanaşı, onun milli mənsubiyyəti təhqir olunmuş və ona qarşı törədilən cinayət əməlinin izini azdırmaq məqsədi ilə ona "Tı kto takoy, davay, dosvidaniyanı indi orda deyəcəksən!" deyərək, həbsinin sifarişinin istiqamətini qəsdən dövlət rəhbərlərinə tərəf yönəltmək istəmişlər. Yaxud, alimin cibinə nümayişkaranə qaydada narkotik maddəsinin qoyulması faktı bilə-bilə kiməsə nifrət hissini yaratmaq məqsədi ilə düşünülmüş bir ssenari deyilmi? Bütün bu suallar çox düşündürücüdür!
Hilal Məmmədovun çox absurd və qondarma ittihamlarla həbs olunması mənim belə bir qənaətə gəlməyimə əsas verir ki, bu günkü hakimiyyətimizdə özünə yer eləmiş müəyyən qara fikirli qüvvələr hər vəchlə respublikamızda milli zəmində qarşıdurma yaratmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Amma çox əbəs yerə! Arzuları ürəklərində qalacaqdır! Onlar bir şeyi yaddan çıxardırlar ki, min illərin tarixi sınaqları bunu sübut edir ki, Azərbaycanda türklərlə talışlar arasında heç vaxt, heç kim hər hansı qarşıdurma yarada bilməmişdur. Bu iki xalq həmişə ağır gündə daha da sıxlaşmış, biri-birilərinə dayaq və qardaş olmuşlar. Ona görə biz talışlar bu gün də azəri türklərinə arxalanırıq və ümid edirik ki, hər hansı ədalətsizlik başımızın üstünü qara buludlar kimi alanda onlar əzəli və əbədi qardaşlarına dayaq durarlar.   
Azərbaycan mədəniyyətinin bilicisi kimi isə onu deyə bilərəm ki, Talış etnokulturologiyası tarix boyu ümumazərbaycan mədəniyyətini, folklorunu, adət-ənənələrini, mərasim və ya xalq mahnılarını, tarixini  qaynaqlandıran əsas mənbələrdən biri olmuşdur. Ona görə də ana vətənimiz olan Azərbaycanımızın bütün mədəni və mənəvi sərvətlərinin qayğısına qalmaq istəyən hər kəs Talış mədəniyyətinə də analoji münasibəti əsirgəməməlidir.  
Sonda Azərbaycan Respublikasının Prezidenti, millətindən və dinindən asılı olmayaraq bütün vətəndaşlarımızın hüquqlarının Qarantı olan Cənab İlham Əliyevə müraciət edirəm.
Cənab Prezident, mən respublikamızın talış kökənli ziyalısı kimi Sizdən çox xahiş edirəm ki, Talış mədəniyyətinin təmənnasız və yorulmaz tədqiqatçısı, riyaziyyatçı alim, dövlətçiliyimizə daim sədaqətli olan mütərəqqi fikirli ziyalı,  nadir  ruh adamı və ağır bronxial astma xəstəliyindən əziyyət çəkən  Hilal Məmmədovun müəmmalı iddialarla həbs olunması ilə bağlı yaranmış prosseslərə Şəxsən nüfuz edəsiniz və onun azadlığa çıxması üçün köməklıklər göstərəsiniz.

"Tolışon Sədo” N: 28(40)
24 avqust 2012

 

Категория: Müsahibə | Просмотров: 3921 | Добавил: admin | Теги: хилал мамедов, гилал мамедов, hilal məmmədov, mehdibəy səfərov, talış, талыш | Рейтинг: 4.3/3
Всего комментариев: 1
1 Rafag  
2
Арест очередного талышского ученого по стандартным обвинениям давно уже не секрет- это преступный метод жалкого режима, у которого цель- путем устрашения ликвидацией авторитетных талышей уничтожить талышскую нацию.
Проблема в том, что решение данной проблемы находится не в компетенции адвокатов и друзей талышей, в компетентности и искренности которых не сомневаемся.
Решение данной проблемы - в компетенции талышской нации, так как таким чудовищным образом, выпеющими нарушениями всех законов, в том числе этики и морали, очередной вызов брошен талышской нации, с которой так воюют и существование талышской нации только таким образом признают, тем самым показывают преданность одним, враждебность другим.
В сложившейся ситуации, как бы они не выдавали цивилизованный метод сосуществования нации в Азербайджане, как зло, ситуация вокруг талышей не так уж безнадежна. Положение талышей само по себе диктует всем гражданам Азербайджана, что в мирное время, что в состояние войны, талыши только как нация, объединившись вокруг общенационального лидера, могут игнорировать зло, приносить пользу общей Родине и жить в согласие, а не иначе.
Для этого Азербайджанская элита обязана налаживать продуктивную связь с авторитетными талышами, а не с теми, кто считает себя и себе подобных талышами.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus