Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Март » 18 » MİRZƏ XƏZƏRİN vicdan səsi
00:00
MİRZƏ XƏZƏRİN vicdan səsi
Əziz Oxucu! Qəzetimizin növbəti qonağı hamımızın yaxşı tanıdığı, Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdıran, 1990-cı il 20 yanvar faciəsi zamanı milyonlarla həmvətənlərimizin, o cümlədən Talışların dillər əzbərinə çevrilmiş xilaskarı və son ümid yeri hesab edilən Mirzə Xəzərdir.

Görkəmli jurnalist, publisist, naşir, tərcüməçi, huquqşünas Mikayılov Mirzə Kərim oğlu (Mirzə Xəzər) 1947-ci il noyabrın 29-da Göyçay şəhərində doğulub. 1973-cü ildə indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyununda İsrailə mühacirət edib. 1985-1987-ci illərdə Vaşinqtonda "Amerikanın səsi” radiosunun Azərbaycan bürosunun, 1987-2003-ci illərdə isə Almaniyada "Azadlıq” radiosunun (Radio Free Europe/Radio Liberty) Azərbaycan redaksiyasının direktoru vəzifələrində işləmişdir.

Son günlərədək, istər şəxsi, istərsə də ictimai-siyasi fəaliyyətinin hər anını VİCDANının sədasıyla yaşayan Mirzə Xəzər kimi dahilər barədə yazmaq lap çoxdankı arzumuz idi... Amma, belə mücahid övladına sonralar lazımi qiymət verə bilməyən unutqan bir cəmiyyətin nümayəndəsi kimi, biz də xəcalətimizdən bu addımı atmağa cürət etmirdik...Həm də ona görə xəcalət çəkirdik ki, bir vaxtlar ona yaxın olan deputat və nazirlərimiz Mirzə Xəzəri dünya malına sataraq, ən çətin məqamında belə onun müdafiəsinə qalxmadılar, ona dəstək olub, dərdinə şərik çıxmadılar...Neylək, analoqu olmayan məmləkət əhlinin də analoqu olmaz...

Əziz Oxucu! Mirzə Xəzərlə aşağıdakı kiçik müsahibəni dərc etməklə, xəcalət yükümüzü bir balaca yüngülləşdirmək qərarına gəldik... Yaşasın Mirzə Xəzərin VİCDAN səsi!

- Əziz Mirzə bəy, ilk öncə, "Tolışi Sədo” ("Talışın Səsi”) qəzetinin redaksiya heyəti və oxucuları adından Sizi salamlayır və rəhmətlik prof. Novruzəli Məmmədovla bağlı və digər bütün yazılarımızı, nöqtə-vergülünə toxunmadan belə saytınızda dərc etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

- Çox sağ olun.

- Mirzə bəy, Sizə-professional bir jurnalistə, hüquqşünas-vəkilə, ictimai-siyasi xadimə ünvanlamaq istədiyimiz ilk sualımız da məhz rəhmətlik Novruzəli müəllimlə bağlıdır: Azərbaycan EA Dilçilik İnstitutunun Roman-German dilləri sektorunun müdiri, Talış Mədəniyyət Mərkəzinin rəhbəri və "Tolışi Sədo” qəzetinin baş redaktoru olmuş 67 yaşlı ağsaqqal bir alimin - prof. Novruzəli Məmmədovun "Vətənə xəyanət” və "Casusluq” ittihamları ilə həbsi, 12 il azadlıqdan məhrum edilməsi, zindanda müəmmalı şəkildə vəfat etməsi və digər bu kimi məlumatları eşidərkən, ilk öncə Sizdə hansı təəssüratlar yarandı? Sizcə, Talış ziyalılarının və dindarlarının "İran casusları” adıyla beynəlxalq aləmə təqdim edilməsi cəhdində Azərbaycan hakimiyyətinin niyyəti nədir?

- Mən irqindən, dinindən, milliyyətindən, etnik köklərindən asılı olmayaraq bütün insanların bərabər hüquqlara malik olduğuna inanıram. Öz varlığını müdafiə edən hər bir millət və xalq başqa millət və xalqların da öz varlığını qorumaq hüququna malik olduğunu dərk etməlidir. SSRİ mövcud olan illərdə Kreml rəhbərliyi qeyri-rus millətlərə, o cümlədən azərbaycanlılara qarşı ruslaşdırma siyasətini təzyiqlə həyata keçirirdi. Və təbiidir ki, qeyri-rus millətlərin ziyalıları öz milli varlıqlarını, ana dillərini, adət və ənənələrini hifz etmək üçün mübarizə aparırdılar. Bu mübarizə təhlükəsiz deyildi. Ziyalılar təqib olunur, çox vaxt müxtəlif uydurma ittihamlarla həbsxanalara atılırdı. Azərbaycan ziyalıları da əzab-əziyyətə qatlaşmalı idilər. Bu gün Azərbaycan müstəqildir. Və bu gün Azərbaycanda yaşayan milli azlıqların bütün hüquqlarına, o cümlədən ana dillərinə, milli adət-ənənələrinə hörmətlə yanaşılmasının qəti tərəfdarıyam. Hansısa milli azlığın öz hüquqlarını müdafiə etməsinə şəkklə yanaşmaq, buna zorakılıqla cavab vermək əks tərəfin zəif olması təəssüratını yaradır. Bu məsələdə problem varsa, onu mədəni dünyanın ənənələrinə uyğun dinc mükalimə yolu ilə həll etmək dövlət üçün böyük əhəmiyyət daşıyır. Mərhum professor Novruzəli Məmmədovun hüquqlarını müdafiə etmək, ona əlimdən gəldiyi qədər yardım etmək mənim üçün vicdan məsələsi idi.

- Mirzə bəy, məlumdur ki, bütün azərbaycanlılar kimi, Talışlar da Sizə həmişə, xüsusən də keçən əsrin 89-90-cı illərində böyük rəğbət, məhəbbət və ümüdlə baxmış və yaşadıqları Talış diyarından mütəmadi olaraq Sizinlə əlaqə yaratmışlar. Şübhəsiz ki, bunu da yaxşı bilirsiz ki, 1989-cu ilin noyabr ayının əvvəllərində ilk dəfə olaraq Cəlilabadda, dekabr ayında isə Astarada sərhəd dirəklərini qopardan da, 1990-cı ilin yanvar ayının 11-də Sovet hakimiyyətini Lənkəranda yıxan da Talış zonasının əhli oldu. Düzdü, onda milli-etnik xarakterli hər hansı bir mövzudan söhbət belə getmirdi: bu addımlar gələcək azad, müstəqil, demokratik Azərbaycan naminə atılırdı! O günlərin az qala hər anını radio efirdə canlandıran Siz idiniz... Sizcə, nədən bu son 22 ildə həmən Cəlilabad-Astara-Lənkəran hadisələri nə iqtidar, nə də müxalifət tərəfindən yada düşmür, amma, məlum 1993-ün avqust hadisələri tez-tez xatırlanır? Sizcə, rəhmətlik M.Ə.Rəsulzadənin - "İnsanlara hürriyət, millətlərə istiqlal!” şüarı yalnız türkdilli xalqlaramı aid idi?

- Təəssüf ki, mən bunun səbəbini dəqiq bilmirəm. Mən ancaq təxmin edə bilərəm. Talışlar 1989-1990-cı illərdə Azərbaycanın milli müstəqilliyi və azadlığı uğrunda alovlanan kütləvi hərəkatın ön cərgələrində olmuşlar. Sovet dövlət təhlzkəsizliyi komitəsindən və cəza aparatından qorxmayaraq Bakıdakı mitinqlərə dayaq durmaq üçün Talışlar yaşadıqları ərazilərdə mitinqlər keçirmiş, "Azadlıq” radiosu ilə fəal əməkdaşlıq etməkdən çəkinməmişlər. Talışların Qarabağ uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə də fədakarcasına fəal iştirak etdiyi də danılmaz tarixi faktdır. 1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsinin ən fəal qolu da Lənkəranda idi. Bunun üstündən sükutla keçmək istəyən, unutmağa çalışanlar bununla öz acizliyini və zəifliyini nümayiş etdirir.

- Sizcə, nədən, Talışlar öz milli haqlarını qorumağa cəhd ğöstərəndə dərhal "İran ya Rusiya casusları” ya "separatçı” yarlıklarına məruz qalırlar? Məsələn, Novruzəli müəllimin ittiham aktında cinayət əməlləri kimi, onun "talışların sayını milyona yaxın oldugunu iddia etməsi”, "xarici, Amerika, İngiltərə, Almaniya və i.a. alimləri Talışa dəvət edib, onlara təhrif edilmiş tarixi məlumatları çatdırması ”, "Talış idmançılarını qəzetdə təbliğ etməklə gələcəkdə Talış muxtariyyatının əsaslarını qoymağa cəhd etmisi”, "Babəkin Talış olduğunu bildirməsi” və i.a. absurd iddialar göstərilir.

- Mənim fikrimcə, bu, köhnə sovet təfəkkürünün təzahürüdür. Mədəni dünyada mükalimə belə olmur və bu cür həssas məsələlər belə ucdantutma ittihamlar irəli sürülərək həll olunmur. Əgər Azərbaycanın hansısa hissəsində, o cümlədən Talışlarn yaşadıqları ərazilərdə İranın nüfuzu güclənirsə, bunun günahkarı Talışlar, Talış ziyalıları deyildir. Əgər Amerika, İngiltərə, Almaniya və sair ölkələr Talış xalqının tarixi və mədəniyyəti ilə maraqlanırsa, fikrimcə, buna ancaq sevinmək lazımdır. Çünki ayr-ayrı milli mədəniyyətlərin mövcudiyyəti Azərbaycanın zənginliyidir.

- Mirzə bəy, yəqin ki, 20 il öncəki o mübariz-vətənpərvər ruhlu Azərbaycan əhlinin bu ğünki passiv mövgeyindən də xəbəriniz var. Sizcə, son günlərin o məlum Şərq küləkləri bir gün Bakıda da əsib, Xalqın əvvəlki haqsevər mübarizlik əzmini bərpa edə bilərmi?


- Azərbaycanda bu gün yaranmş vəziyyətdən, xalqın mübarizlik ruhunun azalmasından xəbərim var. Bunun bir sıra səbəbləri vardır. Mən Şərqdə əsən inqilab küləyinin istibdadın bərqərar olduğu bütün ölkələrə, o cümlədən, Azərbaycana da çatacağına əminəm.

- Qzetimizin oxucularına və ümumiyyətlə Talış xalqına arzularınız?

- Qəzetinizin oxucularına və ümumiyyətlə Talış xalqına firavanlıq və işıqlı gələcək arzu edirəm.

- Əzix Mirzə bəy, biz də bu müsahibəyə görə Sizə təşəkkür edir və qarşıda gələn Axir Çərşənbə (Talışca: Kul Çoşanbə) və NOVRUZ (Nəvuzə id) bayramı münasibətilə Sizi və ailənizi səmimi qəlbdən təbrik edirik! İnşallah, yaxın vaxtlarda, tam demokratik və azad bir məmləkətə çevriləcək Azərbaycanımızın ayrılmaz parçası olan cənnəti-Talışın on minlərlə mirzəxəzərsevərləri ilə görüşmək niyyəti ilə Sizdən ayrılırıq. Allah amanında!


Materialı hazırladı: Hilal Məmmədov




Категория: Müsahibə | Просмотров: 2576 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 Caesaro  
0
Nece olur ki, Mirze Xezer kimi azeriler de var, istbdadchi, dar dushunceli milletchiler de ...
Meger Nirze Xezerin daimi dinleyicileri yalniz Talishda idiler?

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus