Rusiyanın Ria Novosti saytı "Ты кто такой? Давай, до свидания!" adlı meyxanasına görə Rusiya internet məkanında populyar olmuş meyxanaçı İntiqam və Ehtiram Rüstəmov qardaşlarından müsahibə götürüb. Xəbərdə deyilir: "Azərbaycan "çastuşka”larının anidən və çox sürətlə internetdə populyarlaşması onları ölkə xaricində də məhşur etdi. Keçən ilinin qışı onlar"Ты кто такой? Давай, до свидания!" meyxanasını oxudular, ağıllarına da gəlməzdi ki, indi onlar Rusiya internetinin ulduzları olacaqlar.
İntiqam Rüstəmov deyir ki, o, belə populyarlıq gözləmirdi. O, meyxananın replə eyniləşdirilməsini də qəbul etmir. Onlar belə hesab edir ki, meyxana repdən öz tarixinin olması və improvizasiya ilə seçilir.
Meyxanaçıların qarşıda çoxlu planları var. Onlar rus kanallarında çıxış etməyə hazırlaşırlar. Ay ərzində onlar dinləyicilər üçün "Давай, иди, гуляй, до свидания" meyxanasının diskoteka oranjimanını hazırlayıb təqdim edəcəklər.