Xəbər verildiyi kimi Azərbaycan Respublikası Milli Məclisinə seçkilərə start verilmişdir. 1 noyabr 2015-ci il tarixdə keçiriləcək seçkilərlə bağlı tanınmış ictimai-siyasi xadim Mehdibəy Səfərov öz namizədliyini 78 saylı Lerik seçki dairəsindən irəli sürmüşdür.
Mehdibəy Səfərov artıq imzatoplama kompaniyasını müvəffəqiyyətlə başa çatdırmışdır, imza vərəqələrini bir neçə gün əvvəl 78 saylı Lerik seçki dairəsinə təqdim etmişdir.
Dairə seçki komissiyasından verilən məlumata görə Mehdibəy Səfərovun təqdim etdiyi imzalar yoxlanılmış və namizədliyi qeydə alınmışdır.