Çalınsın Babəkin yurdunda cəngi,
Budur gəlir elin məğrur pələngi.
Alqışlar elimin hər oğul, qızı,
Talış səmasında o dan ulduzu.
Lerikdə problem qalaq- qalaqdır,
Neçə kəndin yolu otdur, alaqdır.
Neçə ocaqların közü sönübdür,
Elə düşünməyin özü sönübdür
Söndürən də bizik, sönən də bizik,
Külə dərd əlindən dönən də bizik,
Səbəb nə işsizlik, nə özbaşnalıq
Nədə problemlə yaxın aşnalıq
Əsil səbəb odur həmrəy olmuruq,
Haqqa yaxın durub dəstəy olmuruq.
Açıbdır ağuşun özü Haqq bizə,
Yönəldib doğrunu, düzü Haqq bizə.
Gəlin birgə olaq, deyək- Mehtibəy,
Qədəmin, yöndəmin, yolun mübarək!
Sənə SƏS veririk, səni seçmişik,
Bütün əhli-Lerik, səni seçmişik.
Xalqının, elinin sadiq oğlusan,
Millət vəkilliyə laiq oğlusan.
Pələng çaqqal deyil, poza əhdini,
Mehdi tarix yazır, tarix Mehdini!
Mirfayaz LİKMƏKANİ
13 oktyabr 2015
TALISH.ORG