Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2015 » Октябрь » 21 » Mehdi əmi, Zuvanda gəl, Zuvanda!
22:03
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Salam olsun hüzuruna, ay əmi,
Gəlib deyən Lerikin də haqq dəmi!
Pis gündədir bu Lerikin görkəmi,
Gəl gör özün,bu anda gəl, bu anda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Sal yolunu Kələxana, Kəlvəzə,
Sevincindən quşlar verər səs-səsə,
Sözümüz var,eşitməyə gəl bizə,
Vəkil seçək səni doğma yuvanda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Yenə günəş bəxtimizə doğmadı,
Bizə rəhmət yağışları yağmadı,
Dırığ, Piran, yəqin bizdən doğmadı?!
Yol buz olur,burda sular donanda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Mehdi əmi, xəbərin var,qış gəlir,
Qışda bu el müsibətə tuş gəlir!
Peçdə yanan təzək iyi xoş gəlir;
Qara tüstü gör nə yazır tavanda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Gəl,gur olsun ocaqların alovi,
Gör neyliyir əhli - Nisli, Nazovi,
İmkan olsa,gəl seyr elə Razqovi,
Biz də olaq sənin xeyir-duvanda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Qəm-qüssədən ürəyimiz dağlıdır,
Bütün yollar üzümüzə bağlıdır,
Bu güzaran, vallah bizi ağladır,
Ömrümüz də keçir ancaq gümanda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Vətən eşqin bir sahılsiz dənizdir,
Bu yurd sənin ürəyinlə əkizdir!
Mən bilirəm,hamı sənə əzizdir,
Gözləyirik,çox yubanma Piranda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Zərdüşt ruhu bu torpaqda dolaşır,
Bulaqlar da burda bəzən alışır!
Vicdanımız dözmür bizlə dalaşır,
Abidələr itir – batır məkanda, 
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Vaxt var idi, yüz ildən çox yaşardıq,
Yüz əllini hətta bəzən aşardıq,
Yüz yaşlıya” bala” deyib çaşardıq;
Bir qocadır indi sanki cavan da,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Kartofumuz adlı idi bir zaman,
Pendirimiz yağlı idi bir zaman,
Çörəyimiz dadlı idi bir zaman,
İndi olsa, lap yeyərdik yavan da,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Ölüm – qalım bir-biriylə davada,
Gəlmiş idin bir çiskinli havada,
Halımız tək məxşuş idi hava da,
Sanki birdən gün açıldı boranda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Dırığlılar yollar boyu qaldılar,
Səni görcək sevinc payı aldılar,
Qollarını boynuna da saldılar,
Yolun salıb ordan getdin Oranda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Zuvand dağın zirvəsində qar oldu,
Amma bizim ruzgarımız zar oldu,
Ata yurdu nədən bizə dar oldu,
Çoxlarımız indi olur Muğanda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Allahın da gəlmir bizə yazığı,
At da batır, keçə bilmir palçığı
Dünən geydim babam geymiş çarığı
Lehmə olur yollar yağış yağanda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Necə olar pulsuz bizim günümüz,
Alan yoxdur, çardaxdadır yunumuz,
Neçə gündür, qurtarıbdır unumuz,
Bir dükan var, qalıb çaydan o yanda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Yollar boyu əzgil, armud yeyərsən,
İtburnunun budağını əyərsən,
“Bələdçimiz harda qaldı”, deyərsən,
Onda sənə əl uzadar İlvan da,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Gəl özün gör, nə yamandır halımız,
Dəymiş qalıb, tökülübdür kalımız!
Pesok dadır bizim şanlı balımız,
Yetir özün belə çətin zamanda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Kələxandan sən Kəlvəzə keçərsən,
Yurd dərdinə məlhəm otu biçərsən,
Hərdən enib bulaq suyu içərsən,
Qırğı onda qırqovulu qovanda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Niyyətinə ellər hamı sevinər,
Cavanlar da evlərinə tez dönər,
Bütün Lerik bahar donu geyinər, 
Zuvand dağı kədərlidir dumanda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Arzumuz var, bu yerlərdə yol olsun,
Çay əkərik, dağ döşündə kol olsun!
Əriyimiz, əncirimiz bol olsun,
Gəl səninlə biz yaşayaq amanda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Həyat budur, kim sevərsə elini,
O gələndə ellər sıxar əlini!
Qoy eşidək doğma ana dilini,
Gözləyirik, hətta olsan Aranda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Beko mande beroş kardə əmənış,
Nıştemoni yarəş kardə əmənış,
Cılməy nuni təroş kardə əmənış,
Gəl yetiş sən, yurdu verək “xıvanda”,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda!

Qonaq gətir bizə Əli Nasiri,
Yanında da neçə cavan şairi.
Ruşinin də nə vaxt bitər şeyiri,
Çağır onu, son misranı yazanda,
Mehdi əmi, Zuvanda gəl, Zuvanda! 

 

Əli NASİR

Bəxtiyar RUŞİN

 

Категория: Azərbaycan | Просмотров: 1947 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus