Martın 27-dən Masallıda aclıq aksiyası keçirənlərin müraciəti yayılıb. Bütün ağla gələn instansiyalara ünvanlanan müraciətdə Masallıda uzun müddətdən bəri formalaşan dərəbəylikdən sohbət açılır.
Müraciətdə deyilir ki, Masallı Rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayev rayonda yaratdığı dözülməz vəziyyətə, rayonun abadlıq, quruculuq işlərinə, rayon büdcəsində nəzərdə tutulmuş digər vəsaitlərin mənimsənilərək, həmin vəsaitlərin hesabına öz şəxsi biznesini yaradaraq şəxsi obyektlər inşa etməsinə, torpaq sahələri almasına, rayonun demək olar ki, özünün balıqçılıq biznesi ilə əlaqədar bütün su tutarlarını şəxsi nəzarətinə keçirməsinə, əhalinin örüş sahələrində özünə yeni su tutarları yaratmasına, sahibkarlara qarşı apardığı "səlib yürüşünə”, insan hüquq və azadlıqlarına, xüsusilə yaşamaq, işləmək, mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəbkardır.
Müraciət məllifləri bildirirlər ki, bu dözülməz, acınacaqlı vəziyyətin aradan qaldırılmasına etiraz olaraq 14 mart 2012-ci il tarixdə rayon ziyalıları və ictimaiyyət nümayəndələrinin bir qurupu "Ölüm aclığı” keçirmək barədə qərara gəliblər və aclıq aksiyası keçirilən ərəfədə başlarına gələcək hər bir hadisənin məsuliyyətinı Qəzınfər Ağayevin və ölkə rəhbərliyinin üzərinə düşəcəyinə bildirirlər.
Müracıətin sonunda deyilir: "Cənab Prezident, çox hörmətli Mehriban xanım, Elmira xanım, koray Taqay, xarici ölkə səfir cənabları, Avropa Birliyinin nümayəndəliyi, İnzibati orqan rəhbərləri, İnsan hüquqları təşkilatları, Kütləvi İnformasiya Vasitələri, bir daha sizlərdən çox böyük inam və etimad hissləri ilə xahiş edirik dünyada və ölkəmizdə baş verən son hadisələri nəzərə alaraq Qəzənfər Ağayevin bu qanunsuz, cinayət əməllərinə, Masallı əhalisinə etdiyi zülmlərə son verilməsi, Masallıdakı dözülməz vəziyyəti nəzarətinizdə saxlamaqla imkan və səlahiyyətlərinizdən istifadə edərək raynumuzdakı bu, RƏZALƏTƏ DUR! demək üçün müvafiq addımlar atın, tədbirlər görün".