Главная » 2012»Апрель»30 » Masallıya təzə gələn başçılar Köhnə Bazardan başlayır
21:18
Masallıya təzə gələn başçılar Köhnə Bazardan başlayır
Və yaxud, Masallı rayonunun siyasi "KAŞASI" nədən bazarda bişirilir?
Demişdik axı, Masallı "arıq eşşəyin yaylağıdır". Bütün dediklərimiz həmişə doğru çıxıb, təsdiqini tapmışdır. Masallı camaatı uzun illərdir ki, hər gələn İHB-nı hörmətlə və qonaqpərvərliklə qarşılayıb. Amma bu hörmət və qonaqpərvərliyin qarşılığında zülüm və iztirablara düçar olmuşlar. Dediklərimin birinci səbəbi də elə rayon əhalisinin bəzi şeytan maskası taxan "HACI", "KƏRBƏLAYİ", "MƏŞHƏDİ", "MÜƏLLİM" və İcra Hakimiyyəti aparatında işləyən köhnə məddah işçilərin drijorluq etmələridir.
Hansı İHB- rayona təyin olubsa, qeyd etdiyim maskalılar çox məharətlə onu istədikləri kimi "təlimatlandıraraq" həm özlərinə lazım olan vəzifələri, həm də "Köhnə Bazar"dakı dükanlardan ələ keçirməyə nail ola bilirlər. İHB-sı da bu maskalı şeytanların ağızlarını bağladıqdan sonra rayonun canına girişərək, mərkəzləşmiş qaydada bala-bala başlayır rayonu çapıb talamağa. Hər gələn, əvvəlkiyə "rəhmətlik" adı qoyaraq, yaxşıca "yemlənib" kökələrək buradan da digər baş vəzifəyə göndərilir.
Bu barədə uzun-uzadı yazmaq istəmirəm. Çünki əhali palaz-palaz yazılan hakimiyyət və bəzi müxalifət qəzetlərdə yazılan mənasız yazıları oxumaqdan bezib. Odur ki, uzun yazıları az adamın oxuması da reallıqdır. Konkret olaraq, bircə bunu demək istəyirəm ki, sabiq İHB Qəzənfər Ağayev qədər Masallını dağıdan olmamışdı. Onun Bazarın "söküntü-tikinti", korrupsiya və rüşvətxorluq bazasından mütəmadi olaraq, internet-sosial şəbəkələrdə və KİV- də məlumat vermişdik. Masallının infrastrukturunu məharətlə dağıtdığının "mükafatı" olaraq, ölkə başçısı onu qonşu Astara rayonuna İHB-sı təyin etdi. Rafil Hüseynov isə Masallı rayon İHB-sı təyin edildi.
Yuxarıda qeyd etdiyim maskalılar mabədi olaraq Rafil müəllimi "Köhnə BAZARA" yönəltməyi bacardılar. 30.04.2012-ci il tarixdə Masallı polis şöbəsi tam heyətdə bazarın bütün giriş yollarını bağladılar. Camaat alış-verişə buraxılmadı, maşınlar bazar ətrafından uzaqlaşdırıldı. Bazarın dar yolları tam genişləndirilərək Rafil müəllimin bazara rahat girməsinə şərait yaradıldı. Məsələdən bir qədər hali olandan sonra, bazar əhli bildirdi ki, bazar yenə söküləcək. Bir çoxları dedilər ki, təzə başçı şəhərin "GENPLANI" ilə tanış olub, görüb ki, bazar tam qanunsuz yerdə tikilibmiş. Bazarin indiki yeri hələ "ibtidaidən, yəni KADUSİLƏRİN tayfa hakimiyyəti dövründən" Zərifə Əliyeva adına istirahət parkı olmalı idi.....
Nə başınızı ağrıdım, bazar "siyasiləri" təlatüm keçirirlər. Hələ Ğəzi müəllimin onların özünə tikdirdiyi dükanları bir neçə dəfə özlərinə satdıqları pulun mayasını çıxarmamış, təzə başçı "TƏZƏ SÜPÜRKƏ İLƏ BAZARA GİRİB"... Axırın ALLAH özü xeyir eləsin!