Masallı şəhər icra nümayəndəsi Laçın Sadıqov həbs olunub
Verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin keçirdiyi əməliyyat nəticəsində rüşvət alarkən yaxalanan Masallı şəhər icra nümayəndəsi Laçın Sadıqov(Sadıqzadə) həbs olunub.
Xatırladaq ki, Masallıda Laçın Sadıqov Masallı şəhər icra başçısı Qəzənfər Ağayevin sağ əli sayılır.
Qeyd etmək istərdik ki, Laçın Sadıqovun qaynı, Spartak Abı oğlu da yeznəsini müdafiə etmək istərkən polis tərəfindən saxlanılıb.