Əssəlamun-Əleyküm, ey Adəm övladları!
Nədən bildiniz ki, bu gün Masallı rayonunun Əhalinin Sosial Müdafiəsi Mərkəzini (ƏSMM) sancmaq fikrimdəyəm?
Ay canınıza daraşım, bu kəlpeysər məmurlara hələ yaxınlaşmamış, tez zəng edirlər böyüklərinə: "Ay-aman, kimsə idarəyə gəlib, çəkiliş aparır, diktafonu açıb, bu "lütüşlərdən" müsahibə götürür". Bir də görürsən ki, baş dəllal rolunda olan, "sosial müdafiə"-pul kartlarını özündə saxlayan, məzlumların pulunu qamarlayan ağabalalar cin kimi yox oldular.
Bu məzlum əhali sözünü, dərdini deməyə ünvan tapa bilmir. Necə niyə? Ay canınıza daraşım, Siz məgər bilmirsiniz ki, rayon icra hakimiyyətinin başçısı Qəzənfar Ağayev bütün ərazi nümayəndələrinə tapşırıb ki, kimin ərazisindən üstümə şikayətçi gəlsə, danışıqsız işdən azad olacaq, "yerlərinə naxçıvanlı tapıb gətirərəm"?...
Ay canınıza daraşım, məgər bu rayonun məsul vəzifələrində bir yerli adamın olduğunu görürsünüz? Hə, Səhiyyə şöbəsinin müdiri Cəlil Nəzərovu deyirsiniz? Vallahi və billahi, o ki, o cür işləyir, heç işləməsə yaxşıdır. Adama nə qədər "TAS" qoyarlar, hər ay artırılır, hünəri var verməsin. Həmin gün, ağına-bozuna baxmadan əmri veriləcək. Hələ dəhşət onda olar ki, ona cinayət işi açıla, üst-üstə hesablansa, beş ömür də bizim bu məhkəmələrin hökmünə bəs etməz.
Şəkildəki insanlar hər gün bu dövlət idarəsinin qarşısında haqqını tələb etsələr də əhəmiyyət verən yoxdur. Bəzi ağzıgöyçəklər də deyir ki, biz müstəqil dövlətdə yaşayırıq. BU YAŞAMAQDIRSDA, YAŞAYIN, ÖMRÜNÜZ UZUN OLSUN!
"ALLAH sizin ömrünüzdən kəsib, rəhbərinizin ömrünə calasın"!...